“DeepSeek anı” anlayışının Qərbdə istifadə olunan “Sputnik anı” ilə eyniləşdirilməsinin düzgün olmadığı bildirilir.
EDnews xəbər verir ki, bu barədə Çin mediası araşdırma edib.
Araşdırmada qeyd olunur ki, 2025-ci ilin əvvəlində Çin şirkəti DeepSeek tərəfindən təqdim edilən açıq mənbəli "DeepSeek-R1" süni intellekt modeli aşağı xərclə yüksək performans nümayiş etdirərək qlobal texnologiya sektorunda diqqət çəkib. Müəllif bunun Çin innovasiyalarının yeni mərhələsini simvolizə etdiyini vurğulayır.
İddia edilir ki, “Sputnik anı” anlayışı Soyuq müharibə dövrünün rəqabət və qarşıdurma məntiqi ilə bağlı olduğu halda, “DeepSeek anı” açıq əməkdaşlıq, texnologiyaların paylaşılması və qarşılıqlı inkişaf prinsiplərinə əsaslanır.
Araşdırmada həmçinin Çin Prezidenti Si Cinpinin süni intellekt və elmi-texniki əməkdaşlıqla bağlı çıxışlarına istinad olunaraq, ölkənin texnologiya sahəsində beynəlxalq əməkdaşlığı, açıq innovasiyaları və BMT çərçivəsində qlobal süni intellekt idarəçiliyinin gücləndirilməsini dəstəklədiyi qeyd edilir.
Yazıda “DeepSeek anı”nın əsas mərhələləri kimi 2025-ci ildə "DeepSeek-R1" modelinin təqdimatı, avtomobil sənayesində süni intellekt texnologiyalarının tətbiqi, Tsinxua Universitetinin TurboDiffusion platformasının hazırlanması və 2026-cı ildə Huawei şirkətinin yarımkeçirici texnologiyalarındakı nailiyyətləri göstərilir.







