Azərbaycanda dərslik problemi: Mövzular səthi, dili çətindir...

Təhsil 11:53 24.02.2025

Azərbaycanda bir sıra təhsil ekspertləri, o cümlədən valideynlər və bəzi müəllimlər məktəb dərsliklərinin yenilənməsinin zəruri olduğunu düşünür. Onların fikrincə, hazırkı dərsliklər universitetə hazırlıq üçün kifayət qədər dərin bilik vermir. Valideynlər hər il övladları üçün əlavə hazırlıq vəsaitlərinə pul xərcləməyə məcbur olduqlarını bildirirlər.

Ekspertlər hesab edirlər ki, dərsliklərdə mövzuların izahı çox səthi və çətin dildə təqdim olunur. Bu isə şagirdlərin dərsi tam anlamaqda çətinlik çəkməsinə səbəb olur. Eyni zamanda, dərsliklərdə tətbiqi biliklərin formalaşması üçün kifayət qədər əlavə tapşırıqların olmaması da tənqid edilir.

Valideynlər qeyd edirlər ki, məktəb dərslikləri ilə universitetə hazırlaşmaq mümkün deyil və abituriyentlər repetitor yanına getməyə məcbur olurlar. Onların fikrincə, yeni dərsliklər hazırlanmalı, daha əlçatan dildə izahlar verilməli və praktik tapşırıqlar artırılmalıdır.

“EDnews” xəbər verir ki, deputat Ceyhun Məmmədov Modern.az-a bildirib ki, dərsliklərin yazılmasına səthi yanaşıldığından onun əhatə etdiyi mövzular da səthi olur.

“Dərsliklərin hazırlanması məsələsinə kifayət qədər ciddi yanaşılmalıdır, çünki bu sahə olduqca həssasdır. Burada həm tərbiyəvi, həm də təlim-tədris məsələləri özünü göstərir. Məktəblilərin formalaşması onlara keçirilən dərslərdən, o cümlədən öyrədilən mövzulardan aslıdır. Bu gün ümumi prosesə baxanda hesab edirəm ki, dərsliklərə yanaşmada bir neçə amil və məsələ ciddi boşluqlar var və onlar gələcəkdə nəzərə alınmalıdır ki, problem daha da özünü qabartmasın”. 

Ceyhun Məmmədovun fikrincə, dərsliklər aid olduğu sahənin ən peşəkar insanları tərəfindən yazılmalıdır və müxtəlif mərhələlərdən keçərək son vəziyyəti məktəblilərə təqdim olunmalıdır.

“Əvvəlki dövrdə proses bu cür tənzimlənsə də, sonrakı mərhələlərdə dərsliklərin yazılması tenderə çıxarıldı və təhsil müəssələri üçün hazırlanan kitabların tərtib edilməsi müəyyən nəşriyyatlara verildi, dərsliklərin müxtəlif nəşriyyatlar tərəfindən tərtib və çap edildi. Bu da özü ilə bərabər bir sıra çətinliklər və problemlər yaradır. Paralel olaraq, dərsliklər bir neçə dəfə ekspertizadan, müəyyən mərhələlərdən keçməlidir və bundan sonra qərara alınmalıdır ki, həmin dərslik çap olunsun, ya yox. Bu gün şagirdlər qarşısına çıxarılan metodik vasitələr yetərli deyil, özünü doğrultmur və məsələyə həssas yanaşma yoxdur. Uşaqlar oxuduqları və keçdikləri dərslik əsasında imtanlarını verməli və sırf onun əsasında proses getməlidir”. 

Ceyhun Məmmədov sonda qeyd edib ki, ümumi təhsilə nəzarətin Elm və Təhsil Nazirliyi, imtahanın Dövlət İmtahan Mərkəzi, kitabların fərqli nəşriyyatlar tərəfindən dərc olunması prosesdə natamamlığın olduğunu göstərir. Beləliklə də şagirdlərin, valideynlərin üzərinə böyük yük düşür və ümumi sistemə öz mənfi təsirini göstərir,müəyyən problemlər və çətinliklər də yaradır. 

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

" Bizim İran İslam Respublikası qarşısında hərbi öhdəliyimiz yoxdur "
18:03 20.06.2025
"İrəliləyişimiz sistemli inkişafın nəticəsidir"
16:44 20.06.2025
" Təhlükəli istiləşmədən yayınmaq üçün cəmi bir neçə ilimiz qalıb"
16:39 20.06.2025
“Abzas Media” işi üzrə həbs olunan şəxslərə hökm oxunub
16:25 20.06.2025
Ceyhun Bayramov və Kaya Kallas İsrail-İran qarşıdurmasını müzakirə edib
15:27 20.06.2025
Orban Ukraynanı Aİ-də görməyi niyə istəmir?
15:24 20.06.2025
Süfrənin Diplomatiyası: Qida və Qlobal Ayrı-Seçkilik
15:00 20.06.2025
"Xəzər regionu üzərində nüvə təhlükəsi yaranıb"
14:43 20.06.2025
ADA böyüyəcək
14:32 20.06.2025
İlham Əliyev UFC-nin prezidentini qəbul etdi
14:30 20.06.2025
Aprel döyüşləri zamanı Ermənistan tərəfindən hərbi əməliyyatlara rəhbərlik etmiş generalların adları məhkəmədə açıqlanıb
14:24 20.06.2025
İsrailin 50 qırıcı təyyarəsi Tehranı bombaladı
14:18 20.06.2025
Qax rayonunun icra başçısına qarşı əməliyyat keçirildi
14:09 20.06.2025
"Müharibəyə son qoymağın yeganə yolu atəşkəsdir"
14:02 20.06.2025
Azərbaycan Çin ilə “Kəmər və Yol” üzrə Əməkdaşlıq Planını təsdiq edib
13:48 20.06.2025
Paşinyan Türkiyədə səfərdədir
13:14 20.06.2025
Azərbaycan güləşçisi dopinqə görə diskvalifikasiya edildi
12:49 20.06.2025
"Sülh müqaviləsini dərhal imzalamağa hazırıq"
12:28 20.06.2025
"Səs mənimdir,sözlər yox" - Süni intellektin təqlid gücü və etik təhlükələr
11:47 20.06.2025
"Terror aksiyası həyata keçirsə, "Hizbullah" olmayacaq"
11:43 20.06.2025
"Ermənistan Qarabağdan imtina etməklə suverenlik qazanıb"
11:40 20.06.2025
İran və İsraildə həlak olanlar arasında Azərbaycan vətəndaşları yoxdur
11:37 20.06.2025
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Məzun günü” keçirilib
11:24 20.06.2025
"Haber Global" İPrezident İlham Əliyevin Kahramanmaraşa səfəri haqqında video-sujet hazırladı
11:18 20.06.2025
Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib
10:54 20.06.2025
Prezidentlər zəlzələdən zərərçəkənlərin evində qonaq oldu
09:15 20.06.2025
Prezidentlər onların evinə getdi
09:04 20.06.2025
" İran nüvə bombası hazırlamırdı"
06:12 20.06.2025
"Britaniya ABŞ-ni İrana zərbə endirməməyə çağırır"
02:39 20.06.2025
Meksikanın şimalında narkotik tuneli tapılıb
02:06 20.06.2025
BMT TŞ-də İran - İsrail münaqişəsi ilə bağlı təcili iclas keçiriləcək
01:03 20.06.2025
"Əməliyyatın məqsədi İran hökumətini devirmək deyil"
20:42 19.06.2025
Prezident İlham Əliyevə “Qarabağın fatehi” dedilər
17:54 19.06.2025
"Şlyapa Zahid"in məhkəmə prosesində yeni təfərrüat üzə çıxdı
17:49 19.06.2025
İranlılar şəhərləri tərk edirlər
17:23 19.06.2025
Alonso rəhbərlikdən yarımmüdafiəçi tələb edir
17:21 19.06.2025
İsrail Məşhədi "vurdu"
17:06 19.06.2025
İtaliya ABŞ-yə öz bazalarını təklif edə bilər
17:01 19.06.2025
Bolqarıstanın İrandakı səfirliyi Azərbaycana köçürülüb
16:47 19.06.2025
Sökülən binalarda evlər hansı üsulla qiymətləndirilməlidir? -Ekspert Danışdı
16:37 19.06.2025
Hamısı