Münxen Təhlükəsizlik Konfransı dünyada dominant olan ikili standartlar siyasətinə nümunədir.
“EDnews” xəbər verir ki, bu barədə Misirin “ARTOC Group” şirkətinin direktoru Şafik Qabr XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, bu ikili standartlar dünyasında hamıya tətbiq edilə biləcək universal qayda mövcud deyil.
"Parlaq nümunələrdən biri Münxen Təhlükəsizlik Konfransıdır, burada bəyan edilən məqsədlər müzakirələrin real məzmununa uyğun gəlmirdi. Təsəvvür edin - bütün iştirakçılar yalnız silahlar haqqında danışırdılar, bu isə konfransın bəyan edilmiş məqsədinin tam əksidir", - şirkətin direktoru qeyd edib.
Qabrın sözlərinə görə, konfransda atəşkəs və sabitliyin bərqərar olunması barədə danışan yeganə ölkə Çin olub.