"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"

Xarici siyasət 11:47 08.05.2025

Bu gün Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam Azərbaycana səfəri çərçivəsində yerli iş adamları ilə görüş keçirib.

“EDnews”xəbər verir ki, görüşdə iş adamları və şirkət rəhbərləri ilə yanaşı Vyetnamın Sənaye və Ticarət Nazirliyinin təmsilçiləri iştirk ediblər.

Baş katib To Lam ölkəsindəki investisiya mühiti, vergi sistemi, faydalı qazıntıları haqqında geniş məlumat verib. Qeyd olunub ki, sonuncu dəfə Vyetnamın dövlət başçısı 1969-cu ildə Azərbaycanda səfərdə olub.

“Vyetnamın neft və qaz sənayesində çalışan bir çox mütəxəssislər Bakıda ali təhsil alıblar. Azərbaycan ilə əlaqələrin uzaq tarixi olsa da bu gün qarşılıqlı iqtisadi əlaqələrin daha da genişlənməsi zərurəti yaranıb. Azərbaycanın böyük iqtisadi potensialı var və buna görə də Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir. Biz neft və qaz sahəsində əməkdaşlıq edirik. Azərbaycanın SOCAR şirkəti ilə Vyetnam Milli Sənaye – Enerji Qrupu (“PetroVietnam”) arasında Anlaşma Memorandumu imzalanıb. Bu sənəd ölkələrimiz arasında enerji sahəsində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişafına böyük təkan verəcək”, - deyə To Lam vurğulayıb.

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam nəzərə çatdırıb ki, Azərbaycan ilə alternativ enerji istehsalı sahəsində də əməkdaşlıq etmək niyyəti var: “Vyetnamın coğrafi vəziyyəti - günəş, külək enerji istehsalına imkan verir. Buna görə də Azərbaycanın şirkətləri ekoloji cəhətdən təmiz enerji istehsalı üçün Vyetnama sərmayə yatıra bilərlər. Hazırda Vyetnamın müvafiq dövlət strukturları Azərbaycana sərmayə yatırmaq məsələsini nəzərdən keçirirlər. Qarşılıqlı investisiya yatırımı ölkələrimizin iqtisadi və siyasi əməkdaşlığını gücləndirər”.

Baş katib To Lam Azərbaycanın Dövlət Neft Fondunun fəaliyyətini təqdir edərək, bu təcrübədən istifadə edəcəklərini də qeyd edib. Nəzərə çatdırılıb ki, Vyetnamda faydalı qazıntılar ilə məşğul olan dövlət şirkətləri ilə yanaşı özəl şirkətlər də var və bu sahəyə sərmayə yatırılmasını istəyən şirkətlər əməkdaşlığa hazırdırlar.

Vyetnamın dövlət başçısı onu da bildirib ki, hazırda ölkəsində geniş islahatlar həyata keçirilir və bu islahatların nəticəsində investisiya mühiti daha da səmərəli olacaq.

Sonra iş adamları və şirkət rəhbərlərinin sualları cavablandırılıb.

Fatimə Mərdanlı //EDnews 

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

" Bizim İran İslam Respublikası qarşısında hərbi öhdəliyimiz yoxdur "
18:03 20.06.2025
"İrəliləyişimiz sistemli inkişafın nəticəsidir"
16:44 20.06.2025
" Təhlükəli istiləşmədən yayınmaq üçün cəmi bir neçə ilimiz qalıb"
16:39 20.06.2025
“Abzas Media” işi üzrə həbs olunan şəxslərə hökm oxunub
16:25 20.06.2025
Ceyhun Bayramov və Kaya Kallas İsrail-İran qarşıdurmasını müzakirə edib
15:27 20.06.2025
Orban Ukraynanı Aİ-də görməyi niyə istəmir?
15:24 20.06.2025
Süfrənin Diplomatiyası: Qida və Qlobal Ayrı-Seçkilik
15:00 20.06.2025
"Xəzər regionu üzərində nüvə təhlükəsi yaranıb"
14:43 20.06.2025
ADA böyüyəcək
14:32 20.06.2025
İlham Əliyev UFC-nin prezidentini qəbul etdi
14:30 20.06.2025
Aprel döyüşləri zamanı Ermənistan tərəfindən hərbi əməliyyatlara rəhbərlik etmiş generalların adları məhkəmədə açıqlanıb
14:24 20.06.2025
İsrailin 50 qırıcı təyyarəsi Tehranı bombaladı
14:18 20.06.2025
Qax rayonunun icra başçısına qarşı əməliyyat keçirildi
14:09 20.06.2025
"Müharibəyə son qoymağın yeganə yolu atəşkəsdir"
14:02 20.06.2025
Azərbaycan Çin ilə “Kəmər və Yol” üzrə Əməkdaşlıq Planını təsdiq edib
13:48 20.06.2025
Paşinyan Türkiyədə səfərdədir
13:14 20.06.2025
Azərbaycan güləşçisi dopinqə görə diskvalifikasiya edildi
12:49 20.06.2025
"Sülh müqaviləsini dərhal imzalamağa hazırıq"
12:28 20.06.2025
"Səs mənimdir,sözlər yox" - Süni intellektin təqlid gücü və etik təhlükələr
11:47 20.06.2025
"Terror aksiyası həyata keçirsə, "Hizbullah" olmayacaq"
11:43 20.06.2025
"Ermənistan Qarabağdan imtina etməklə suverenlik qazanıb"
11:40 20.06.2025
İran və İsraildə həlak olanlar arasında Azərbaycan vətəndaşları yoxdur
11:37 20.06.2025
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Məzun günü” keçirilib
11:24 20.06.2025
"Haber Global" İPrezident İlham Əliyevin Kahramanmaraşa səfəri haqqında video-sujet hazırladı
11:18 20.06.2025
Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib
10:54 20.06.2025
Prezidentlər zəlzələdən zərərçəkənlərin evində qonaq oldu
09:15 20.06.2025
Prezidentlər onların evinə getdi
09:04 20.06.2025
" İran nüvə bombası hazırlamırdı"
06:12 20.06.2025
"Britaniya ABŞ-ni İrana zərbə endirməməyə çağırır"
02:39 20.06.2025
Meksikanın şimalında narkotik tuneli tapılıb
02:06 20.06.2025
BMT TŞ-də İran - İsrail münaqişəsi ilə bağlı təcili iclas keçiriləcək
01:03 20.06.2025
"Əməliyyatın məqsədi İran hökumətini devirmək deyil"
20:42 19.06.2025
Prezident İlham Əliyevə “Qarabağın fatehi” dedilər
17:54 19.06.2025
"Şlyapa Zahid"in məhkəmə prosesində yeni təfərrüat üzə çıxdı
17:49 19.06.2025
İranlılar şəhərləri tərk edirlər
17:23 19.06.2025
Alonso rəhbərlikdən yarımmüdafiəçi tələb edir
17:21 19.06.2025
İsrail Məşhədi "vurdu"
17:06 19.06.2025
İtaliya ABŞ-yə öz bazalarını təklif edə bilər
17:01 19.06.2025
Bolqarıstanın İrandakı səfirliyi Azərbaycana köçürülüb
16:47 19.06.2025
Sökülən binalarda evlər hansı üsulla qiymətləndirilməlidir? -Ekspert Danışdı
16:37 19.06.2025
Hamısı