Alp dağlarının Fransa ərazisindəki hissəsində 5 xizəkçi qar uçqunu altında qalıb və onları xilas etmək mümkün olmayıb.
“EDnyus” xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti yazır.
Norveçli 4 xizəkçi Savoya əyalətinin cənub-şərqində qar uçqunu altında qalıb.
Fransanın Val Cenis şəhərinin meri Jak Arnunun sözlərinə görə, onlarda uçqun ötürücüləri olub: “Bu, xizək sahəsinin kənarında baş verən böyük bir uçqun idi”.