Sumqayıtda üçmərtəbəli tikilinin sonuncu mərtəbəsində baş vermiş yanğın genişlənərək digər mərtəbələrə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Bu barədə “EDnews”a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, yanğın nəticəsində ümumi sahəsi 540 kvadratmetr olan tikilinin taxta konstruksiyalardan ibarət üçüncü mərtəbəsi əşyaları ilə birgə 180 kvadratmetr sahədə yanıb.
Tikilinin birinci və ikinci mərtəbələri yanğından mühafizə olunub.
Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb.