İranın Səmnan əyalətində yerləşən kömür mədənində qaz sızması nəticəsində ən azı 7 nəfər həyatını itirib.
“EDnews” xəbər verir ki , məlumata görə, mədəndə olan bütün işçilər tuneldə qalaraq qazdan zəhərləniblər. Qaz sızmasının dəqiq səbəbi hələ müəyyən edilməsə də, içəridə hələ də 3 nəfərin qalması ehtimal edilir.
Bildirilir ki, həlak olanlardan üçü xarici vətəndaşdır.
Fatimə Mərdanlı // EDnews