Misirin mərkəzi hissəsində yerləşən Asyut əyalətində aprelin 9-da binanın çökməsi nəticəsində ölənlərin sayı doqquz nəfərə çatıb.
“EDnews” xəbər verir ki , əyalətin Fövqəladə Halların Monitorinqi Mərkəzindən bildirilib ki, ölənlərdən səkkiz nəfəri qadın olub.
Xilasetmə komandaları dağıntıları təmizləməyə və axtarışlara davam edirlər.
Məlumata görə, təhlükəsizlik məqsədilə dörd qonşu binanın sakinləri təxliyə edilib.
Fatimə Mərdanlı // EDnews