Buzovnada ticarət mərkəzi yanıb.
“EDnews” xəbər verir ki , bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ümumi sahəsi 2000 m² olan birmərtəbəli ticarət mərkzininin ərazisində bir-birinə bitişik tikilmiş müxtəlif təyinatlı mağazalarda baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ticarət mərkəzində bir-birinə bitişik müxtəlif təyinatlı mağazalar ümumilikdə 214 m² sahədə yanıb.
Ticarət mərkəzinin böyük hissəsi yanğından mühafizə olunub.
Fatimə Mərdanlı // EDnews