"İtkin düşmə kimi axtarışa elan edilən iki yeniyetmənin tapılaraq aidiyyəti üzrə təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür".
Bunu “EDnews” -un sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib.
Bakının Maştağa qəsəbəsində azyaşlı qızlar itkin düşüb.
Bu barədə onların valideynləri məlumat verib.
Belə ki, 16 aprel axşam saat 20:00 radələrində sözügedən 2008-ci il təvəllüdlü Hüseynova Aygün Bəhram qızı və 2007-ci il təvəllüdlü Hüseynova Reyhan Elşən qızı yaşadıqları ünvandan çıxıb və bir daha geri dönməyiblər. Onlar dayı qızı – bibi qızı olublar.
Qeyd edək ki, qızların itkin düşməsi ilə bağlı polisə məlumat verilib.