Cənubi Koreyanın Phohan şəhərində Hərbi Dəniz Qüvvələrinə məxsus patrul təyyarəsi qəzaya uğrayıb.
“EDnews” xəbər verir ki, bu barədə "Yonhap" agentliyi xəbər yayıb.
Qəza yerli vaxtla saat 13:52-də (Bakı vaxtı ilə 08:52-də) baş verib. Məlumata görə, təyyarənin göyərtəsində dörd nəfər olub.
Qeyd olunur ki, qəzaya uğrayan təyyarə Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinin patrul təyyarəsi olub və təpəlik ərazidə yerə çırpılıb.
Hadisə ilə bağlı ilkin mərhələdə kiçik mülki təyyarənin qəzaya uğradığı bildirilmişdi. Lakin sonradan bu məlumat dəqiqləşdirilərək qəzaya uğrayan təyyarənin hərbi təyyarə olduğu təsdiqlənib.
Hadisənin səbəbləri araşdırılır.