Gəncənin ən məşhur 16 məkanı FOTOLAR

Maraqlı 20:12 12.06.2017

Azərbaycanın qədim mədəniyyət mərkəzi, Şeyx Nizami yurdu Gəncə bu gün əcnəbi qonaqların, yaxından-uzaqdan gələn turistlərin diqqətində olan, tarixi memarlıq abidələri ilə hər kəsdə maraq doğuran dünya səviyyəli cəlbedici məkana çevrilib. Həm füsunkar mənzərəsi,həm də möhtəşəm abidələri, görməli yerləri, yaşıllığa və gül-çiçəklərə qərq olmuş parkları, göydələnləri, xiyabanları ilə insanları valeh edən Gəncənin hər bir guşəsində, hər daşında qədim tariximizin silinməz izləri var.

Gəncənin diqqətçəkən görməli yerlərini sizə təqdim edirik:
1. Xan bağı

Xan bağı, (bir başqa adı isə Sərdar bağı) Gəncənin və Azərbaycanın ən gözəl və yaşıl parklarından biridir. Şəhərin mərkəzində yerləşir.

2. Şah Abbas Məscidi

Gəncəlilərin Cümə Məscidi də adlandırdığı Şah Abbas Məscidi 1606-cı ildə Şah Abbasın istəyi ilə inşa olunub. Məscidin memarı isə həmin dövrdə Gəncədə bir çox binanın memarı olan Şeyx Bahəddin Məhəmməd Amildir

3. Nizami Məğbərəsi

Nizami Məğbərəsini Gəncə şəhərinin simvolu da hesab etmək olar. Şəhərin girişində, Əhmədli kəndində yerləşən Məğbərənin ilk inşası 13-14-cü əsrlərə aid edilir. Ancaq hazırda Gəncənin şərqində ucalan məğbərə 1947-ci ildə inşa olunub, 1991-ci ildə isə yenilənib. Son illərdə Nizami Məğbərəsi əsaslı şəkildə bərpa olunaraq 35 hektar ərazidə şəhərcik yaradıb.

4. Cavadxan küçəsi

Cavadxan Gəncə tarixinin ən görkəmli şəxslərindən biri sayılır. Onun adına olan küçə isə şəhərin mərkəzi və qədim yerlərindən biridir.

5. Çökək Hamamı

Çökək hamam da 1606-cı ildə memar Şeyx Bahəddinin layihəsi əsasında tikilib. Bu binanın tikintisində də Şah Abbas Məscidində olduğu kimi, yumurta ağı ilə gil-əhəng (gəc) qatışığından və qırmızı kərpicdən istifadə edilib.

6. “Butulka ev”

Gəncə mərkəzində ən diqqətçəkən binalardan biri 1960-1964-cü illərdə 50.000 şüşədən istifadə edilərək inşa olunub. Gəncəlilərin “butulka ev” adlandırdığı bu mülk də tarixi əsərlər siyahısına daxildir.

7. Cavadxan küçəsində tarixi evlər

AXC-nin qurucularından olan Xasməmmədov qardaşlarının yaşadığı ev, həmçinin 1899-cu ildə tikilən və alman mühəndisi Zingerin yaşadığı ev də Cavadxan küçəsinin tarixi tikililərindəndir.

8. Səlim karvansarayı

Gəncənin Ağkənd ərazisində XIV’ə aid tarixi karvansara Elxanilər hökmdarı Əbu Səid Bahadur tərəfindən inşa olunub. Gəncəyə səyahət edənlər bu abidəni də görməli yerlər siyahısına əlavə etməlidir.

9. Göygöl

1139-cu ildə Gəncədə yaşanan zəlzələnin nəticəsində Kəpəz dağının bir hissəsi uçaraq Ağsu çayının qarşısını kəsmişdi. Bu təbiət hadisəsi Azərbaycanın ən gözəl yeri olan Göygölün yaranmasına səbəb oldu.

10. Maralgöl

Maralgöl də, Göygöl kimi eyni zəlzələ nəticəsində Murovdağın ətrafında yaranmış göllərdən biridir. Dərinliyi 60 metr olan göl yaşıl meşələrlə əhatə olunub.

11. Qala Qapıları: Arxeologiya və Etnoqrafiya Muzeyi

Kompleksin inşasına 2012-ci ilin yanvarında başlanıb, 2014-cü ilin yanvarında başa çatıb. Tarixdən məlumdur ki Gəncə qalasının beş qapısı olub.Yeni yaradılan bu abidə şəhərin “Məqbərə qapısı” adlanan qapılarının bərpa olunan variantıdır. Gəncə-Bakı magistral yolunun hər iki tərəfində inşa edilən, ümumi uzunluğu 50 metr, bürclərinin hündürlüyü 22 metr olan qalanın əsas hissəsi beşmərtəbəli, baş sütun hissəsi ilə birlikdə yeddimərtəbəlidir. Qarşıda 75 metr hündürlüyündə dövlət bayrağı ucaldılıb, ətrafında park salınıb. Abidə kompleksin sağ cinahında Gəncənin gerbi yaradılıb. Uzunluğu 62 metr olan yeraltı tunel hər iki qalanı birləşdirir.

12.”Zəfər Tağı”

Heydər Əliyev Mərkəzi yaxınlığında inşa edilən “Zəfər tağı” bir möcüzədir desək,yəqin ki, yanılmarıq. Eni 20, uzunluğu 50, hündürlüyü isə 38 metr olan “Zəfər tağı”nın ətrafı seyr etmək üçün 30 metr hündürlüyündə meydançası var. Meydançaya qalxmaq üçün pilləkənlər və lift quraşdırılıb.
Qurtuluşumuzun rəmzi olan “Zəfər Tağı” möhtəşəmli ilə maraq doğurur və ziyarətçilər də Gəncənin çox şərəfli mubarizə tarixini əks etdirir.

13. ”Nizami Gəncəvi” muzeyi

Nizami Gəncəvi yaradıcılığı səkkiz əsrdən artıqdır ki, xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilib. Böyük sənətkarın bütün həyatı və zəngin ədəbi fəaliyyəti həmin dövrdə Azərbaycanın və Qafqazın ən iri şəhəri, eyni zamanda,Yaxın və Orta Şərqin mühüm mədəniyyət mərkəzi kimi tanınan Gəncə ilə bağlıdır. Şair ömrü boyu burada yaşayıb yaradıb və dünya poeziyasına bir-birindən dəyərli söz sənəti inciləri bəxş edib.Onun xatirəsinə ucaldılmış Nizami Muzeyində görkəmli sənətkarın həyat və yaradıcılığı,dünya şöhrətli əsərləri haqqında zəngin eksponatlar nümayiş etdirilir.

14. "İmamzadə" dini memarlıq abidə kompleksi

Azərbaycanın müxtəlif bölgələrində Məhəmməd peyğəmbərin nəslindən olan insanların məzarları var. Bu insanlar imamların övladları olduğu üçün həmin yerlər “İmamzadə” adlandırılıb. Hazırda Azərbaycan ərazisində Naxçıvan, Şamaxı, Bərdə və Masallıda İmamzadə adlı ziyarətgahlar mövcuddur. Bu sahədə araşdırma aparmış bəzi tədqiqatçılara görə, Səudiyyə Ərəbistanı və İraqdan sonra Peyğəmbər nəslinin nümayəndələrinin ən çox məzarları Azərbaycandadır. Belə ziyarətgahlardan biri də Gəncədəki VIII əsrə aid tarixi memarlıq abidəsi – xalq arasında “Göy günbəz”, “Göy məscid” yaxud “Göy İmam” kimi tanınan “İmamzadə” dini–mədəniyyət kompleksi şəhərin və bütövlükdə,ölkəmizin ən dəyərli memarlıq abidələrindən biri hesab edilir. Bu kompleksin ən qiymətli abidəsi türbədir. Burada beşinci imam Məhəmməd Baqirin oğlu İbrahim dəfn olunub.

15. “Gəncəçay” park-bulvar kompleksi

Park bulvar kompleksinin uzunluğu 1,2 kilometrdir. İnşasına 2014-cü ildə başlanılan və ümumi sahəsi 34 hektar olan bu kompleksdə istirahət üçün hərtərəfli şərait yaradılıb, geniş işıqlandırma işləri görülüb, 15 fəvvarə və müxtəlif kompozisiyalı 10 heykəl quraşdırılıb. Çayın məcrasının hər iki tərəfində betondan ümumi uzunluğu 2,4 kilometr olan istinad divarı tikilib. Bulvarda Bayraq Meydanı, “Əli və Nino” kompleksi, Mətbuat Evi, Kitab Evi, Uşaq Əyləncə və Ticarət Mərkəzi, altımərtəbəli və yeddimərtəbəli üç yaşayış binası, üç kafe, restoran və kinoteatr, açıq havada attraksionlar və digər sosial obyektlər inşa edilib. Burada 1,7 kilometr uzunluğunda velosiped yolu və iki velosiped dayanacağı inşa edilib, böyük monitor quraşdırılıb.

16. “Uğurlu xan” karvansarayı

“Uğurlu xan” karvansarayı qədim memarlıq abidəsi olmaqla,tariximizin müəyyən dövrünü əks etdirir.Bir zamanlar ticarət mərkəzi olan və ipəkyolunun üzərində yerləşən Gəncəyə əcnəbi ölkələrdən saysız-hesabsız qonaqlar gələr, bu karvansarayda qalardılar.Karvansaray bir növ otel rolunu oynayırdı. (fins.az)

Bakıda quyuya düşdüyü deyilən gənclə bağlı şok detallar üzə çıxdı -Quyunun qapağı açıq deyilmiş

Xəbər xətti

Qəzzada ölənlərin sayı artıb
09:21 29.06.2025
Güləş Millimiz Avropa çempionu oldu
09:05 29.06.2025
"Rəsmi izahat gözləyirik " -Ekspert danışdı
08:51 29.06.2025
"WhatsApp"dan hər kəsi sevindirəcək yenilik
08:23 29.06.2025
Şanlıurfa istilik rekordu qırdı
07:49 29.06.2025
Türkiyə kəşfiyyatı Suriya liderinə sui-qəsdin qarşısını aldı
07:18 29.06.2025
ABŞ-İran danışıqları başlayır
06:53 29.06.2025
Kasparov dövlət çevrilişinə cəhddə ittiham olunur
06:20 29.06.2025
Norris Avstriya Qran-prisinin seçmə mərhələsinin qalibi oldu
05:57 29.06.2025
Erik Tramp da prezident olmaq istəyir
05:33 29.06.2025
Pol Poqba "Monako"-ya keçdi
05:09 29.06.2025
Alp dağlarında helikopter qəzaya uğrayıb
04:47 29.06.2025
Xameneinin Azərbaycan nifrəti
04:22 29.06.2025
Türkiyədəki yanğınların əksəriyyəti nəzarət altına alınıb
03:49 29.06.2025
Ayda və planetlərdə torpaq satan Dennis Houpun təəccüblü hekayəsi
03:27 29.06.2025
Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib
02:54 29.06.2025
"Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"
02:31 29.06.2025
“Üçbaşlı yırtıcı” kimdir? -II Qareginlə bağlı dəhşətli faktlar
02:02 29.06.2025
Bu bürclər iki qat bayram yaşayacaq -Gündəlik Qoroskop
01:47 29.06.2025
Süni insan DNT-si artıq fantastika deyil
01:25 29.06.2025
Boyu süni şəkildə uzatmaq mümkündür?
00:56 29.06.2025
Klublarası Dünya Çempionatı: "Palmeyras" ilk 1/4 finalçı oldu
00:46 29.06.2025
Laçında minadan təmizlənməmiş ərazidə baş verən yanğın söndürülüb
00:43 29.06.2025
"iPhone"-nin ekranı böyüyəcək
00:38 29.06.2025
Niyə boyat şorba daha dadlı olur?
00:17 29.06.2025
Arı südü niyə belə bahadır? -Kilosu 2 min manatdır
23:59 28.06.2025
Overçukun Azərbaycana nəzərdə tutulan səfəri ləğv olundu -
23:48 28.06.2025
Putin hərbi xərcləri nə vaxt azaldacaq? -"The Telegraph"
23:39 28.06.2025
BAMF Prezidenti Umud Mirzəyev Putinə müraciət etdi: " Bu cür hərəkətlər xalqlarımızın dostluq ruhunu sarsıdır"
23:24 28.06.2025
"Erməni kilsəsi yalnız dini qurum deyil"
23:15 28.06.2025
Maqnit Anomaliyası ABŞ-yə yaxınlaşır
23:01 28.06.2025
AEBA əməkdaşları İrandakı nüvə obyektlərinə buraxılmayacaq
22:44 28.06.2025
İsrailin hücumu zamanı öldüyü deyilən Əli Şamxani üzə çıxıb
22:29 28.06.2025
Türkiyədə FETÖ-yə qarşı növbəti əməliyyat keçirildi
22:06 28.06.2025
Zelenski Trampla son görüşdən razı qalıb
21:50 28.06.2025
İsrailin İrana hava zərbələri nəticəsində ölən jurnalistlərin adları açıqlandı
21:35 28.06.2025
"Barselona" Messiyə olan borcunu indi qaytarır
21:19 28.06.2025
Çıxarışı olmayan mənzilləri də sığortalamaq mümkündür
21:04 28.06.2025
Fransada Killerlər üçün mobil proqram yaradıldı
20:51 28.06.2025
"Google"un Rusiyadakı borcu 27,2 milyardı keçdi
20:28 28.06.2025
Hamısı