1 milyarddan çox istifadəçisi olan WhatsApp-ın 3 ay ərzində iki dəfə çökməsindən sonra Facebook araşdırmaya başlayıb. Bu qısa müddətlik "rəqəmsal faciə" ilə bağlı zarafatlar da sosial şəbəkədə sürətlə yayılmağa başladı.
Braziliyadan Rusyaya, Türkiyədən Vyetnama qədər bir çox ölkədə xidmət çökərkən, Twitter-də "#Whatsappdown" heşteqi trend oldu.
Təxminən 30 dəqiqə boyunca WhatsApp dayandı. Bəzi ölkələrdə isə bu müddət 22 saata qədər çəkdi.
WhatsApp-ın niyə çökdüyü ilə əlaqədar olaraq Sinqapurdakı Facebook sözcüsü Reuters-ə açıqlama verib və olayı araşdırmağa davam etdiklərini bildirib.
Məşhur sosial şəbəkə kəsintilərini təqib edən DownDetector internet portalının məlumatın görə, istifadəçilərin yüzdə 38-ində mesaj problemi olub.
WhatsApp-ın çökməsi sosial şəbəkədə "rəqəmsal qiyamət" təəssüratı yaratıb.(milli.az)