Stalin Xəzəri niyə məhv etmək istəyirdi? Gizli tarix

Maraqlı 10:55 02.05.2018
Bilindiyi kimi, Rusiyanın böyük Volqası Xəzər dənizinə axır. Hələ sovet epoxasının hökm sürdüyü illərdə bu böyük çay xəritədən itə bilərdi. Xəzərin qurudulması layihəsini 1952-ci ildə İosif Stalin irəli sürüb...
 
SSRİ lideri İosif Stalinin Xəzər dənizi ilə bağlı hazırladığı plandan bəhs edən yazını təqdim edirik:
 
Xəzərin fəthi
 
Sovet hakimiyyəti daim irimiqyaslı layihələr həyata keçirirdi. Bu layihələr arasında Qazaxıstan və Mərkəzi Asiyada kənd təsərrüfatının inkişafı üçün Sibir çaylarının məcrasının dəyişdirilməsini göstərmək olar. Lakin Xəzər dənizinin qurudulması daha qlobal miqyasda bir layihə olaraq gündəmə gəlmişdi. Xəzərdə neft hasilatı hələ Rusiya İmperiyası dövründə, XIX əsrin sonlarından başlamışdı. Bakı bölgəsindəki Bibiheybət buxtası daha çox “qara qızıl” əldə etmək üçün doldurulmuşdu. Ötən əsrin əvvəllərində isə ruslar Xəzərin qurudulması barədə düşünməyə başladılar. 1906-cı ildə hətta ən yaxşı layihənin seçilməsi üçün müsabiqə də təşkil olundu. 1909-1912-ci illərdə daşdan qoruyucu bəndlər inşa edildi və çəpərə alınmış sahə dolduruldu. Vətəndaş müharibəsi illərində işlər dayandırılsa da, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra yenidən bərpa edildi. 1927-ci ilə qədər 300 hektara yaxın ərazi doldurulmuşdu.
 
Stalinin cəsarətli planı
 
1949-cu ildə SSRİ-də sahildən 40 kilometr məsafədə açıq dənizdə ilk neft quyusu qazılmışdı. Polad gövdə üzərində dayanması nəzərdə tutulan “Neft daşları”nın inşası planlaşdırıldı. Sonradan çoxkilometrlik estakadaların tikintisinin baha başa gəldiyi və onları yalnız dayaz ərazilərdə tikməyin mümkün olduğu məlum oldu. Həmin vaxt Xəzər Sovet İttifaqında neft hasilatının yeganə nöqtəsi idi, çünki Qərbi Sibir yataqları hələ aşkar edilməmişdi. Buna görə də neft hasilatının necə intensivləşdiriləcəyinə dair suallar yaranmışdı. Nəticədə 1952-ci ildə həmin suallar möhtəşəm bir layihəyə çevrildi.
 
Xəzər dənizinin tamamilə qurudulması planlaşdırıldı. Volqa suları indi Şimali Qazaxıstan, Terek çayı Kalmık çölləri istiqamətində axmalı, Kürün qarşısı tamamilə alınmalı idi.
 
Həyata keçirilməyən layihələr
 
Bu hadisə ilə bağlı 1952-ci ildə Daxili İşlər nazirinin birinci müavini vəzifəsini icra edən və Volqa-Don kanalının tikintisinə nəzarət edən İvan Serovun “Çemodan qeydləri” xatirələrində daha ətraflı şəkildə bəhs olunur. Stalin Serova iki həftə müddətində Xəzərin qurudulması ilə bağlı təklif və hesablamaları hazırlamağı tapşırır. Lakin layihənin icrası baş tutmur. Artıq müzakirə mərhələsində məlum olur ki, çayların məcrasının dəyişdirilməsi lazımdır və bunun üçün 4-5 il vaxt və 10 milyard rubl vəsait tələb olunur. Kürün bənd tikintiləri də baha başa gələcək və bundan əlavə münbit torpaqları zamanla sular altında qoyacaq böyük bir göl əmələ gələcək. Həmçinin Xəzərin tam qurudulması da mümkün olmayacaqdı, çünki onsuz da atmosfer yağıntıları çökəklikləri dolduracaqdı. Hidroloqlar isə suyun hətta intensiv şəkildə boşaldılacağı halda, mövcud texnologiyalarla buna 16-17 il lazım olacağını bildirirdilər.
 
Onların proqnozlarını dinləyən lider bu sözləri deyib: “Görünür, buna dəyməz”.
 
Layihə çox tezliklə unuduldu və yalnız 90-cı illərdə aşkarlıq dönəmində ortaya çıxdı. Bu barədə məlumatı SSRİ-nin keçmiş neft sənayesi naziri Nikolay Baybakov təsadüfən açıqladı. O vaxt 1954-cü ildə Stalinin ölümündən sonra Malenkov və Xruşşovun düşündükləri başqa bir layihə - Şimali Qazaxıstanın quraq torpaqlarının suvarılması üçün şimal çaylarını Xəzər dənizinə yönləndirmək haqqında daha çox danışılırdı. Xoşbəxtlikdən, burada da təbiətin və iqlimin dəyişdirilməsi ilə həyata keçirilməsi nəzərdə tutulan planın qarşısının alınması üçün ağıllı insanlar peyda oldu. Əks təqdirdə, hər şey ən acınacaqlı şəkildə sona çata bilərdi.(axar.az)
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi
15:01 02.05.2025
Əməyin Mühafizəsi Mərkəzi işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən müəssisələrdə layiqli əməyin təminatına dövlət dəstəyi ilə bağlı maarifləndirmə tədbirlərinə start verib
14:32 02.05.2025
Şüuraltı bəndləri yıxan sənətin əbədi təlimatı Xanəmir Telmanoğlu yazır...
14:28 02.05.2025
Meymun kənddə qarışıqlıq yaratdı: İnsanlara hücum etdi
12:48 02.05.2025
Gözümüzün altı niyə qaralır? - Nə etməli?
12:46 02.05.2025
" Pakistan qardaş Azərbaycanın dəstəyini çox yüksək qiymətləndirir"
12:43 02.05.2025
Londonda Azərbaycan–Böyük Britaniya biznes əlaqələrinə həsr olunmuş tədbir keçirilib
12:35 02.05.2025
Ötən ay 58 aptekdə monitorinq aparılıb, 20-də nöqsan aşkarlanıb
12:31 02.05.2025
UNDP-nin Azərbaycandakı fəaliyyəti başa çatıb
12:23 02.05.2025
Azərbaycanın dəniz məhsullarının Aİ ölkələrinə ixracı ilə bağlı işlər aparılır
12:19 02.05.2025
"Prezident Kuboku-2025”: Azərbaycan təmsilçiləri daha altı medal qazanıblar
12:12 02.05.2025
Alimlər bizi qaşındıran şeyləri aşkar ediblər
12:07 02.05.2025
BMT qlobal arxitekturada genişmiqyaslı islahat hazırlayır
12:02 02.05.2025
Marko Rubio İranla nüvə sazişinin şərtlərindən daha birini açıqlayıb
12:00 02.05.2025
Pekindən siqnal: ABŞ tarif danışıqlarına hazırdır
11:58 02.05.2025
"D" vitaminini necə tənzimləyək ?
11:55 02.05.2025
"Türk ölkələrinin xoreoqrafiya mədəniyyətini yaxınlaşdırmaq vacib amildir"
11:49 02.05.2025
Eskişehirdə Məhəmməd Əmin Rəsulzadəyə həsr olunan konfrans keçirilib
11:45 02.05.2025
İsrail “Azadlıq donanması”nı vurdu
11:42 02.05.2025
AMEA-da Azərbaycan-Misir elmi əməkdaşlığı müzakirə edilib
11:36 02.05.2025
Şərqşünas alim beynəlxalq konfransda qədim dillərin süni intellekt vasitəsilə öyrənilməsindən danışıb
11:34 02.05.2025
İraq ərazisində anti-İran qüvvələrin fəaliyyəti qadağan edilib
11:27 02.05.2025
Azərbaycan və Nepal arasında Anlaşma Memorandumunun imzalanması üçün hazırlıq işləri görülür
11:25 02.05.2025
Boliviyada sərnişin təyyarəsi yoxa çıxdı
11:16 02.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Azərbaycana səfər edəcək
11:07 02.05.2025
FHN metronun “28 May” və “Nizami” stansiyalarında taktiki-xüsusi təlim təşkil edilib
11:01 02.05.2025
Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilir
10:50 02.05.2025
Azərbaycan karbon bazarlarında iştirakını genişləndirməyi hədəfləyir
10:39 02.05.2025
Prezidentin Balaxanı Sənaye Parkının genişləndirilməsi ilə bağlı sərəncamının icrasına başlanılıb
10:35 02.05.2025
Süni intellekt güclü prosessorların köməyi ilə parolları sındırmağa nail olub
10:11 02.05.2025
“Xocalı. Son toy...” filmi nümayiş olunacaq
09:59 02.05.2025
Tramp 11 noyabr və 8 may tarixini qələbə günləri elan edib
09:54 02.05.2025
Vaşinqton Moskva-Kiyev danışıqlarında vasitəçi olmaqdan imtina edib
09:46 02.05.2025
Milli Aviasiya Akademiyasında autizmli uşaqlara həsr olunan festival keçirilib
09:21 02.05.2025
“Skype” platformasının fəaliyyəti dayandırılır
07:00 02.05.2025
BMT-də kütləvi ixtisarlar həyata keçirilə bilər
04:53 02.05.2025
Leyla Əliyeva və Arzu Əliyeva Sumqayıtda ağacəkmə aksiyasında iştirak ediblər
02:21 02.05.2025
Kardinallar imanlıların dua etməsini istəyiblər
01:24 02.05.2025
“Azərbaycanın İrana münasibəti hər zaman xoşməramlı olub”
18:03 01.05.2025
“Bu cür kütləvi məzarlıqlar erməni vandalizminin çoxsaylı əyani sübutlarındandır”
16:58 01.05.2025
Hamısı