Avstraliyalı gənc bir adam ara-sıra cəmiyyətdən uzaq yaşamağı üstün tutaraq meşə hazırladığı icadları öz açdığı bloqunda paylaşır.
Gənc adam su ilə işləyən “Monjolo” adlandırdığı bir çəkic hazırlayıb. O, qeyri-adi icadının hazırlanma mərhələsindən danışıb.
İlk əvvəl işə birbaşa dərənin içindən su püskürtən kötükdən bir mexanizma düzəldərək başlayıb. Daha sonra odunda suyun keçməsini təmin edən hissəyə oyuq açıb. Oyma prosesinə davam edərkən vaxta qənaət etmək üçün oddan hazırladığı kömürlərdən istifadə edib. Oyuğun kənarlarını gil ilə möhürləyib, bu da ağacın yanmasının qarşısını alıb. Gənc adam bu yanıqların suyun düşmə surətinə təsir edəcəyini deyib. Bağlama nöqtəsi olaraq kötüyün ortasından bir oyuq açıb. Kömürlərlə etdiyi üsulu bu hissədə də tətbiq edib. Möhürləmək üçün də eyni şəkildə gildən istifadə edib.
Ağacdan çəkicin yerləşdirilməsi üçün eyni şəkildə bir oyuq açıb. Onun hazırlanması da təxminən 4-5 saat çəkib.