"Onlarda toy"-da Nikah üçün verilən ərizəyə bir neçə gün, hətta aylar sonra baxıla bilər Əlcəzair toylarının heyrətləndirən ADƏTLƏRİ

Maraqlı 20:00 28.03.2022

Hər bir millətin özünə xas tarixi, mədəniyyəti, milli-mənəvi, dini  dəyərlərinə söykənən fərqli toy adət-ənənələri var. Elə bu səbəbdən də hər bir xalqın özünəməxsus, maraqlı bəzən təəccübləndirən toy qaydaları mövcuddur.

 

Mövzunun cəmiyyət arasında geniş maraq doğurduğunu nəzərə alaraq, Ednews oxucuları üçün mütəmadi olaraq dünya toy adət-ənənələri haqqında maraqlı faktları təqdim edəcək. 

 

Ednews “Onlarda toylar” rubrikasını təqdim edir. Bu günkü qonağımız Afrika qitəsində yerləşən və ərəb ölkələri içərisində sahəcə böyük sayılan Əlcəzairdir.

Digər ölkələrdən əsas fərqi bilirsiz nədir? Bu ölkədə 48 əsas şəhər və hər şəhərin özünəməxsus maraqlı və qeyri-adi adət-ənənələri var. Lakin gəlin, ümumi toy adət-ənənələrindən danışaq.

Bildiyimiz kimi ölkə 19-cu əsrdə Fransanın əsarəti altında olub. Bundan təsirlənərək, ölkə həm xristian, həm də müsəlman təbəqəsinə bölünür, insanlar isə həm fransız, həm də ərəb dilində danışırdılar. Lakin Əlcəzair əhalisinin əksəriyyətini müsəlmanlardan təşkil edir. 

Ölkədə toy adət-ənənələri də digər müsəlman ölkələrində olan büsatlardan fərqlənmir. 

Əlcəzairlilər erkən nişanlanmaya adi yanaşsalar da,  ölkədə erkən evliliyə nadir hallarda rast gəlmək olur. Onlar toyu yay aylarında etməyə daha çox üstünlük verirlər.

İlk olaraq, bəy özü gələcək həyat yoldaşını seçir. Burada görüş yerinin mağaza, küçə, universitet və ya başqa bir toy olması heç bir əhəmiyyət kəsb etmir. Oğlan qızla tanış olduqdan sonra dərhal öz ailəsi ilə məsləhətləşir.  

Ailə razılığa gəldikdən sonra oğlanın anası qızın evinə gözəl bir hədiyyə göndərir. Əgər qız tərəf oğlan tərəfdən gələn bu ənamı qəbul edərsə, demək ki qızın da bu işdə könlü və razılığı var. O andan etibarən qız rəsmi olaraq o evin gəlini sayılır. Yox, əgər gəlin tərəf heç bir səbəb olmadan başqa birisinin də hədiyyəsini qəbul etmiş olarsa, bununla onun ailəsi bütün şəhərdə rəzil olur. 

Bundan sonra nişanlıların ailələri birlikdə şam yeməyinə toplaşır və toyun bütün təfərrüatlarını və bəyin rifahını müzakirə edirlər. Razılıqdan sonra rəsmi nikah üçün dövlət xidmətinə ərizə yazılır. Ərizə bir neçə gün və ya bir neçə ilə qədər də baxıla bilər. Hökumət razılaşarsa, yeni cütlük mərasimsiz imza atıb evlərinə gedirlər. Bundan sonra ailələr müzakirə üçün yenidən görüşürlər.

Onu da qeyd edim ki, bəzi ölkələrdə olduğu kimi burada da bütün tədarükləri bəy tərəf öz üzərinə götürür. Gəlinin geyimlərindən tutmuş bütün hədiyyələrə qədər bəyin ailəsinin öhdəliyində olur. Bunun üçün kişi yaxşı bir fidyə verməli və qıza böyük miqdarda gümüş zinət əşyaları hədiyyə etməlidir. 

The Marriage Traditions in the Kabyle Regions - About Algeria | Discover  Algeria

Toydan bir gün əvvəl kəbin kəsmək üçün “Fatihə” adlanan ənənəvi mərasim baş tutur. Əlcəzairdə kəbin imamın evə dəvəti və kişilərin iştirakı ilə keçirilir. Bəy və gəlin evinin nümayəndəsi (adətən, ata) mehrdə (gəlinə toy hədiyyəsi) razılaşır (bu pul, zinət əşyası və bəyin var-dövlətindən asılı olaraq, başqa bir şey də ola bilər). Sonra imam  dua oxuyaraq, gəlinlə bəyi rəsmi olaraq Allah qarşısında ər-arvad elan edir. Heç bir şənlik olmadan, hər kəs öz evinə yollanır.

Welcome To a Traditional Algerian Wedding - Arab America

Kəbindən bir gün sonra, qadınlar qızı toya hazırlamaq üçün gözəllik salonuna aparırlar. Əlcəzairli gəlinlər dekolteli geyimləri çox sevdiyindən toyda bir saatdan bir, azı 7-12 paltar dəyişirlər. Varlı təbəqə gəlinlikləri tikdirir, qismən aşağı təbəqə isə kirayə götürürlər.

Rites and craftsmanship associated with the wedding costume tradition of  Tlemcen - YouTube

Əlcəzair toyunda gəlinlər toyda çoxlu qızıl zinət əşyaları taxırlar, həm də onlar çox parlaq makiyajı sevirlər. Bu səbəbdən bəyin toydan sonra xanımını tanımamaq kimi bir hal yaşaması bu ölkədə adidir. Çünki gəlinlər toylarında  tanınmayacaq qədər çoxlu makiyaj edərlər.

Welcome To a Traditional Algerian Wedding - Arab America

Şənlikdə əsas təamlar  yeməklər yox, kiçik şirniyyatlar hesab olunur. Girişdə hər bir qonağa şirniyyatlar təqdim olunur. Toy masası ənənəvi sayılan kuskus, hrira şorbası, salat, şirniyyat və alkoqolsuz içkilərdən ibarət olur.

Algeria: 71 persons poisoned by food in a wedding celebration in Tiaret |  DZ Breaking

Bütün qonaqlar toplandıqdan sonra yeni evlənənlər mərasimə daxil olduqda hər kəs onlarla şəkil çəkdirmək üçün tələsirlər. Bəzən gəlini xüsusi taxtda aparıb üzərinə də qızılgül ləçəkləri səpirlər. 

Qonaqlar içində üstünlük əsas qocalar və uşaqlar sayılır.  Onlar nə qədər çoxluq təşkil etsələr, toy mərasimi bir o qədər şən və samballı keçir. Yəni, bir sözlə dillərə dastan olar.

Traditional wedding , GHARDAIA : r/algeria

Əlcəzair toyları, adətən səhərə qədər davam edir. Hətta bəzən qonaqların bu səbəblə səhhətləri pisləşir. Toy mərasiminı 1000-dən çox qonaq ziyarət edə bilər. Bəzi ərazilərdə isə bütün kənd camaatı gəlinin paltarlarına, zinət əşyalarına baxmaq üçün toya yığışır. 

algerian bride | Spsilk

Bilirdinizmi Əlcəzairin  bizlərlə oxşar toy adəti var? 

Gəlin ata evindən bəylə çıxarkən, qızın atası əlini qapının ağzına qoyar və gəlin onun əlinin altından keçərək, atası evini tərk edər.

Изображение

Uzun illər keçsə də, Əlcəzair öz qədim toy adət-ənənələrini müasir dövrə daşıyaraq onları müqəddəs bir ritual kimi qoruyub saxlayır.

Rəna Mürşüd


Məşhur fotoqraf: "Heydər Əliyev mənim həyatımı dəyişdi" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

“Narkotiklə bağlı ölümlərin sayı statistik göstəricilərdən daha çoxdur” – Narkomaniya üzrə ekspertlə ÖZƏL MÜSAHİBƏ
14:00 10.05.2024
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşdü
13:10 10.05.2024
İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda birinci tunelin açılışında
13:04 10.05.2024
Ukrayna 20 min məhbusu cəhbəyə göndərir
Ukrayna 20 min məhbusu cəhbəyə göndərir
13:00 10.05.2024
Xankəndidə Türkiyə konsulluğu açılacaq? – Səfirdən AÇIQLAMA
12:51 10.05.2024
Microsoft ABŞ kəşfiyyatı üçün süni intellekt hazırlayıb
Microsoft ABŞ kəşfiyyatı üçün süni intellekt hazırlayıb
12:42 10.05.2024
"Paşinyanın sülh təşəbbüsü erməni revanşistlərini dərindən narahat edir" - Türkiyəli Politoloq - VİDEO
12:30 10.05.2024
Ukraynada sülhə gedən yol danışıqlardan deyil, döyüş meydanından keçir - Finlandiya Prezidenti
Ukraynada sülhə gedən yol danışıqlardan deyil, döyüş meydanından keçir - Finlandiya Prezidenti
12:28 10.05.2024
BMT: “COP29-la bağlı Azərbaycana dəstək vermək öhdəliyimizdir”
12:26 10.05.2024
Azərbaycandan Yaşıl Enerji sahəsində MEQA LAYİHƏ
Azərbaycandan Yaşıl Enerji sahəsində MEQA LAYİHƏ
12:25 10.05.2024
Umud Mirzəyev: “Heydər Əliyev əbədiyaşar liderdir”
12:22 10.05.2024
Netanyahu: "Sona qədər dırnaqlarımızla döyüşəcəyik" - VIDEO
Netanyahu: "Sona qədər dırnaqlarımızla döyüşəcəyik" - VIDEO
12:20 10.05.2024
Kral Çarlzdan yeni həmlə: Şəhzadənin səlahiyyətlərini əlindən aldı
Kral Çarlzdan yeni həmlə: Şəhzadənin səlahiyyətlərini əlindən aldı
12:15 10.05.2024
İran hökuməti Nizami Gəncəvini farslaşdırmağa çalışır - FOTO
12:12 10.05.2024
İŞİD-in Azərbaycandakı üzvlərinə HÖKM OXUNDU
12:05 10.05.2024
"Məni professional fotoqraf edən Heydər Əliyev oldu" - Rafiq Bağırov - VİDEO
12:00 10.05.2024
Bu il Azərbaycana hava nəqliyyatı ilə sərnişindaşıma ARTIB
11:52 10.05.2024
Rusiyada sanksiyalara görə inflyasiya sürətlənib
Rusiyada sanksiyalara görə inflyasiya sürətlənib
11:48 10.05.2024
"Azalan Rusiya təsiri Ermənistanda bu dəyişikliklərə səbəb olacaq" - Fransız Ekpert Şərh Edir
11:40 10.05.2024
SON DƏQİQƏ: Erməni revanşistləri İrəvan Dövlət Universitetinə DAXİL OLUBLAR - VIDEO
11:29 10.05.2024
Çinin Macarıstan səfəri nə vəd edir?
Çinin Macarıstan səfəri nə vəd edir?
11:20 10.05.2024
İran yeni neft-qaz yataqları kəşf edib
İran yeni neft-qaz yataqları kəşf edib
11:05 10.05.2024
Mayın 11-12-də güclü maqnit qasırğası gözlənilir
10:45 10.05.2024
Putin Mişustinin Baş nazir təyin edilməsini TƏKLİF ETDİ
10:38 10.05.2024
Ermənistanın fiaskoya məhkum "revanşist"ləri - İşxan Verdiyanın ŞƏRHİNDƏ
10:30 10.05.2024
Mayın 12-də dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
10:25 10.05.2024
Azərbaycan nefti BAHALAŞDI
10:17 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Ulu Öndərin məzarını ziyarət etdilər –VİDEO
10:08 10.05.2024
Almaniyada şirkətlərin iflası artır
Almaniyada şirkətlərin iflası artır
10:05 10.05.2024
Məşhur fotoqraf: "Heydər Əliyev mənim həyatımı dəyişdi" - MÜSAHİBƏ - VİDEO
10:00 10.05.2024
Zelenski sui-qəsdə görə iki vəzifəlini həbs etdi
Zelenski sui-qəsdə görə iki vəzifəlini həbs etdi
09:55 10.05.2024
Rezidenturaya qəbulun ikinci cəhdinə qeydiyyat başlayıb
09:45 10.05.2024
Baş nazir: “Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət bu günədək özünü doğruldur”
09:38 10.05.2024
Azərbaycan XİN-dən Heydər Əliyevin 101-ci ildönümü ilə bağlı PAYLAŞIM
09:30 10.05.2024
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
09:26 10.05.2024
İlham Əliyevdən Ulu Öndərin anadan olmasının ildönümü ilə bağlı paylaşım – FOTO
09:14 10.05.2024
Ceyhun Bayramov Qazaxıstana yola düşdü
09:11 10.05.2024
Bu gün Almatıda Azərbaycan və Ermənistanın XİN başçıları GÖRÜŞƏCƏK
09:00 10.05.2024
Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
00:02 10.05.2024
Kopenhagen-Tokio reysinin təyyarəsi Bakı hava limanına təcili eniş edib
23:45 09.05.2024
Hamısı