Türkiyənin Van bölgəsinin Böyükşəhər Bələdiyyəsinin təşkil etdiyi üzgüçülük festivalında iştirak edən jurnalistlər Van gölünə dalaraq dünyanın ən böyük mikrobialitlərini öz gözləri ilə görüblər.
Ednews xəbər verir ki, Van gölünü ziyarət edən jurnalistlər dünyanın ən böyük mikrobialitlərinin yerləşdiyi Gevaş mahalının Altınsaç mahalına səfər ediblər. Van Dalğıc Məktəbinin, təlimatçısı Serkan Ok və Böyükşəhər Bələdiyyəsi Yanğından Mühafizə İdarəsinin dalğıc dəstəyi ilə suya dalış edən jurnalistlər mikrobialitlərin ecazkar görüntülərini kameranın yaddaşına köçürüblər.
Qırğızıstan olan jurnalist Erlan Aknazarov Van gölünə səyahətin onda buraxdığı təssüratlarından danışıb.
"Gölün suyu çox fərqli və dəniz qədər böyükdür. Vanın gözəl təbiəti və coğrafiyası var. Dalğıclarla birlikdə mikrobialitləri görmək çox ecazkar idi. Onların sualtı şəkilləri çox təsir edici idi. Bu, mənim üçün inanılmaz təcrübə oldu. “Bütün dostlarımı bura gətirmək üçün səy göstərəcəyəm".
Festivalda idmançılarla birlikdə Çarpanak adasında üzən Van Gölü Aktivistləri Dərnəyinin sədri Ərdoğan Özəl də iştirak edib.
"Çarpanak adası Van gölünün 4-cü böyük adasıdır. Adaya turistlərin nəzərini cəlb etmək üçün belə bir festival təşkil etdik. Van gölü çox xüsusi bir yerdir. Biz bunu sübut etməyə, tarixi və təbiəti ilə dünyaya tanıtmağa çalışırıq”.
Qeyd edək ki, mikrobialitin əmələ gəlməsinə əsrlər tələb olunur. Dünyanın ən böyük mikrobialitləri Van gölündə kəşf edilib.
Səyahət zamanı çəkilən maraqlı görüntüləri təqdim edirik:
Vüsalə Balayeva