Tetris oyunu necə yarandı? ARAŞDIRMA

Maraqlı 21:00 10.04.2023

Ednews bir çoxlarımızın sevimli oyunu Tetrisin necə yaranması haqqında araşdırma yazını təqdim edir:

Tetris (ingiliscə: Tetris) ilk olaraq sovet kompüter mühəndisi Aleksey Pajitnov tərəfindən hazırlanmış və 6 iyun 1984-cü ildə nəşr edilmiş oyundur. Kompüter mühitində oynanan bəzi oyunlar əsasən bu oyuna yönəlmiş oyun alətlərində də məşhurlaşıb. Oyun xüsusilə 1990-cı illərdə çox populyarlaşdı.

Tetris müxtəlif həndəsi fiqurların oyun sahəsinə düşdüyü və oyunçunun onları boşluqlar olmadan xətlər yaratmaq üçün təşkil etməli olduğu bir tapmaca oyunudur. Əslində bu oyunu oynamaq çox sadədir. Etməli olduğunuz şey yuxarıdan düşən fiqurları elə yerləşdirməkdir ki, xətləri məhv etsinlər. Ancaq bunu etməsəniz, ekranınız dolacaq və oyunu itirəcəksiniz.

 Tetris kompüterlərdə yaxşı satılırdı, lakin oyun sənayesində böyük pullar əslində konsollardan gəlirdi. Tetrisin 1989-cu ilin əvvəlində Yaponiyada Nintendo tərəfindən buraxılan “Game Boy” üçün mükəmməl uyğun olduğunu ilk başa düşən Yaponiyada yaşayan hollandiyalı video oyun tərtibatçısı və iş adamı Henk Rocers oldu.

Tetrisin “Game Boy” versiyası 35 milyon ədəd satılıb. Daha sonra konsolu bütün zamanların ən uğurlularından birinə çevirməyə kömək etdi. Ancaq oyunun uğuruna baxmayaraq, Pajitnov yenə də oyundan pul qazana bilməyib. Eyni zamanda, Nintendo və Atari arasında Tetrisin ev konsolu hüquqları ilə bağlı münaqişə baş verdi. 1989-cu ilin sonunda bir hakim Nintendonun xeyrinə qərar verdi. Nəticədə, "Tetris: Sovet Ağıl Oyunu" şüarı altında oyun versiyasının yüz minlərlə nüsxəsini çıxaran Atari-yə ölümcül zərbə vurdu.

Pajitnov 1991-ci ildə Moskvadan Sietlə getdi. 1995-ci ildən sonra müddəti bitdikdən sonra nəhayət oyun üçün müəllif hüquqları almağa başladı. 1996-cı ildə Tetris şirkətini qurdu. 2005-ci ildə Tetris Korporasiyası Sovet İttifaqının dağılmasından sonra dövlət şirkətindən özəl şirkətə çevrilmiş Elorg-u aldı. Bu yolla o, bütün dünyada Tetris hüquqlarına nəzarəti ələ keçirdi. Şirkət hər Tetris parçasının adlarını və rənglərini standartlaşdırdı və ticarət markası etdi.

2019-cu ilin əvvəlində oyunun 35-ci ildönümünə təsadüf edən ən son versiya 99 oyunçunun eyni vaxtda oynadığı "Tetris 99" adlı onlayn multiplayer versiyasıdır. Yəni Tetris oyun çılğınlığı azalsa da, oyunun fanatikləri hələ də vərdişlərini davam etdirirlər...

Tetris oyunu düşüncə gücünü artırır. Düşünmə, konsentrasiya və diqqətin inkişafı üçün bir çox faydası olduğu sübut edilmiş oyun tam bir zehni məşq halına gəlir. Göz tənbəlliyi olan insanlar üçün də faydalı olan Tetris hər iki gözün eyni anda işləməsini təmin edir.

 Əgər siz uşaqların əlinə elektron cihazlar verməyə üstünlük vermirsinizsə, bu oyunu karton və üzlüklərdən asanlıqla düzəldə bilərsiniz. Uşağınız oynayarkən siz qəhvənizi qurtumlaya və özünüzlə fəxr edə bilərsiniz.

Vəfa Ustayeva

 
Bakıda quyuya düşdüyü deyilən gənclə bağlı şok detallar üzə çıxdı -Quyunun qapağı açıq deyilmiş

Xəbər xətti

Güləş Millimiz Avropa çempionu oldu
09:05 29.06.2025
"Rəsmi izahat gözləyirik " -Ekspert danışdı
08:51 29.06.2025
"WhatsApp"dan hər kəsi sevindirəcək yenilik
08:23 29.06.2025
Şanlıurfa istilik rekordu qırdı
07:49 29.06.2025
Türkiyə kəşfiyyatı Suriya liderinə sui-qəsdin qarşısını aldı
07:18 29.06.2025
ABŞ-İran danışıqları başlayır
06:53 29.06.2025
Kasparov dövlət çevrilişinə cəhddə ittiham olunur
06:20 29.06.2025
Norris Avstriya Qran-prisinin seçmə mərhələsinin qalibi oldu
05:57 29.06.2025
Erik Tramp da prezident olmaq istəyir
05:33 29.06.2025
Pol Poqba "Monako"-ya keçdi
05:09 29.06.2025
Alp dağlarında helikopter qəzaya uğrayıb
04:47 29.06.2025
Xameneinin Azərbaycan nifrəti
04:22 29.06.2025
Türkiyədəki yanğınların əksəriyyəti nəzarət altına alınıb
03:49 29.06.2025
Ayda və planetlərdə torpaq satan Dennis Houpun təəccüblü hekayəsi
03:27 29.06.2025
Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib
02:54 29.06.2025
"Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"
02:31 29.06.2025
“Üçbaşlı yırtıcı” kimdir? -II Qareginlə bağlı dəhşətli faktlar
02:02 29.06.2025
Bu bürclər iki qat bayram yaşayacaq -Gündəlik Qoroskop
01:47 29.06.2025
Süni insan DNT-si artıq fantastika deyil
01:25 29.06.2025
Boyu süni şəkildə uzatmaq mümkündür?
00:56 29.06.2025
Klublarası Dünya Çempionatı: "Palmeyras" ilk 1/4 finalçı oldu
00:46 29.06.2025
Laçında minadan təmizlənməmiş ərazidə baş verən yanğın söndürülüb
00:43 29.06.2025
"iPhone"-nin ekranı böyüyəcək
00:38 29.06.2025
Niyə boyat şorba daha dadlı olur?
00:17 29.06.2025
Arı südü niyə belə bahadır? -Kilosu 2 min manatdır
23:59 28.06.2025
Overçukun Azərbaycana nəzərdə tutulan səfəri ləğv olundu -
23:48 28.06.2025
Putin hərbi xərcləri nə vaxt azaldacaq? -"The Telegraph"
23:39 28.06.2025
BAMF Prezidenti Umud Mirzəyev Putinə müraciət etdi: " Bu cür hərəkətlər xalqlarımızın dostluq ruhunu sarsıdır"
23:24 28.06.2025
"Erməni kilsəsi yalnız dini qurum deyil"
23:15 28.06.2025
Maqnit Anomaliyası ABŞ-yə yaxınlaşır
23:01 28.06.2025
AEBA əməkdaşları İrandakı nüvə obyektlərinə buraxılmayacaq
22:44 28.06.2025
İsrailin hücumu zamanı öldüyü deyilən Əli Şamxani üzə çıxıb
22:29 28.06.2025
Türkiyədə FETÖ-yə qarşı növbəti əməliyyat keçirildi
22:06 28.06.2025
Zelenski Trampla son görüşdən razı qalıb
21:50 28.06.2025
İsrailin İrana hava zərbələri nəticəsində ölən jurnalistlərin adları açıqlandı
21:35 28.06.2025
"Barselona" Messiyə olan borcunu indi qaytarır
21:19 28.06.2025
Çıxarışı olmayan mənzilləri də sığortalamaq mümkündür
21:04 28.06.2025
Fransada Killerlər üçün mobil proqram yaradıldı
20:51 28.06.2025
"Google"un Rusiyadakı borcu 27,2 milyardı keçdi
20:28 28.06.2025
"Həmin müğənnilər oğrularla əlbirdir"
20:04 28.06.2025
Hamısı