Böyük Britaniyada 1 milyon insanı siqareti tərgitməyə təşviq etmək üçün pulsuz elektron siqaret dəstləri paylanacağı qeyd olunub.
Ednews BBC-yə istinadən xəbər verir ki,siqareti dayandırmaq şərti ilə hamilə qadınlara da 400 funt sterlinq bəxşiş veriləcək.
Digər tərəfdən, paketlərdə siqareti buraxmaq üçün tövsiyələrin daxil edilməsi üçün siqaret istehsalçıları ilə danışıqlar aparılacaq.
Həmçinin yetkinlik yaşına çatmayanlara qanunsuz elektron siqaret satışının qarşısının alınması məqsədi daşıyır.
Böyük Britaniya hökuməti 2030-cu ilə qədər ölkədə siqaret çəkənlərin sayını 5 faizə endirməyi hədəfləyir.
Kazımlı Rübabə