Ən dayanıqlı bakteriya: Nə radiasiya, nə də kosmik vakum ona təsir edir

Maraqlı 15:23 24.03.2025

Dünyada ən çətin şəraitdə sağ qala bilən canlılar mövcuddur. Onlardan biri də "Konan bakteriyası" adlandırılan Deinococcus radioduransdır.

“EDnews” xəbər verir ki, Rutgers Universitetinin təkamül bioloqu Skott Trevers "Forbes" nəşrində dərc olunan məqaləsində bu bakteriyanın fövqəladə xüsusiyyətlərindən bəhs edib. 

O qeyd edir ki, Deinococcus radiodurans təkcə sağ qalmaqla kifayətlənmir, eyni zamanda demək olar bütün digər canlıları məhv edəcək ekstremal mühitlərdə inkişaf edə bilir. O, hətta güclü qamma şüalanmasına və kosmik vakuuma dözmək qabiliyyətinə malikdir.

Mütəxəssisin sözlərinə görə, bu bakteriya insan üçün ölümcül olan radiasiya dozalarından minlərlə dəfə yüksək səviyyələrə tab gətirə bilir. "Konan bakteriyası" 15.000 Qreyd (Gy) radiasiya dozasına məruz qalaraq 37% sağ qalma ehtimalına malikdir.

Bundan əlavə, Deinococcus radiodurans aqressiv kimyəvi maddələrə, ekstremal soyuğa, turşulara və hətta uzun müddət susuz qalmağa qarşı yüksək dayanıqlıdır.

Trevers xatırladıb ki, 2020-ci ildə bu bakteriya Beynəlxalq Kosmik Stansiyaya göndərilib. Aparılan təcrübələr nəticəsində müəyyən olunub ki, o, üç il ərzində kosmosun sərt vakuumuna və radiasiyasına tab gətirə bilər.

Alimin sözlərinə görə, Deinococcus radiodurans təsadüf nəticəsində kəşf edilib. 1956-cı ildə Oregon Kənd Təsərrüfatı Eksperimental Stansiyasının mikrobioloqu Artur Anderson qamma şüalanmasından istifadə edərək ət konservlərini sterilizasiya etməyə çalışırdı. O, bütün məlum mikrobları məhv edəcək qədər yüksək radiasiya dozası tətbiq etsə də, bəzi konservlər hələ də xarab olurdu. Sonrakı araşdırmalar göstərdi ki, Deinococcus radiodurans bu radiasiyaya tab gətirib və hətta çoxalmağa davam edib.

2022-ci ildə "Astrobiology" jurnalında dərc olunan tədqiqat isə bu bakteriyanın Mars şəraitində yaşama potensialını ortaya qoyub. Məlum olub ki, Deinococcus radiodurans orta hesabla -63°C temperatur, sərt quraqlıq və kosmik radiasiyaya dözə bilir.

Alimlər bildiriblər ki, bu bakteriya Mars səthinin 10 metr dərinliyində 280 milyon il sağ qala bilər. Tədqiqatçılar hesab edirlər ki, qırmızı planetdə bu cür ekstremal şəraitə uyğunlaşmış digər mikroorqanizmlər də mövcud ola bilər.

Bioloqun sözlərinə görə, Deinococcus radiodurans-ın fövqəladə dözümlülüyü onun genetik və biokimyəvi xüsusiyyətlərində gizlidir. Bu bakteriya hər hüceyrəsində 10-a qədər genom nüsxəsini saxlayır. Güclü radiasiya nəticəsində DNT zədələnsə belə, bu ehtiyat genomlar orijinal DNT-ni sürətlə və dəqiq şəkildə bərpa etməyə imkan verir.

Trevers qeyd edir ki, bu bakteriya digər orqanizmlərdən fərqli olaraq, DNT parçalarını xüsusi toroid (halqa şəkilli) strukturlar şəklində təşkil edir. Bu, hüceyrənin genetik materialı tez bir zamanda bərpa etməsinə şərait yaradır.

Bundan əlavə, Deinococcus radiodurans-ın güclü antioksidant müdafiə sistemi var. Bu sistem margan ionları vasitəsilə işləyir və ionlaşdırıcı radiasiya nəticəsində yaranan sərbəst radikalları zərərsizləşdirir.

Hazırda elm adamları bu bakteriyanın qoruyucu mexanizmlərindən ilhamlanaraq, astronavtları kosmik radiasiyadan qorumaq üçün sintetik antioksidantlar üzərində işləyirlər. Həmçinin, radiasiya fəlakətləri zamanı xilasetmə işçilərini qorumaq üçün yeni texnologiyalar hazırlanır.

Daha əvvəl elm adamları Antarktida yaxınlığında, okeanın dibində nəhəng dəniz hörümçəyi aşkar ediblər. Bu hörümçəklərin ölçüləri bəzən insan üzü qədər böyük ola bilər.

Bundan əlavə, suda yaşayan "tixoqod" adlanan mikroskopik canlıların xüsusi bir proteininin insanları nüvə radiasiyasından qoruma potensialına malik olduğu müəyyən edilib. Alimlər bu mexanizmin gələcəkdə tibbi sahədə tətbiq edilə biləcəyini araşdırırlar.

Tatların yaşadığı kənddə nələr gizlədilib?

Xəbər xətti

"Tramp Türkiyəyə gəlsə, Putinin də gələcək"
17:23 26.06.2025
"ABŞ İranla müharibədə heç nə əldə etməyib"
17:09 26.06.2025
İzmirdəki meşə yanğını söndürüldü
16:53 26.06.2025
"Hörmüz boğazının bağlanması böyük bəlalara səbəb ola bilər"
16:38 26.06.2025
"Ermənistan yalnız sülhə əməl etdiyi təqdirdə təcriddən çıxa bilər" -Müsahibə
16:19 26.06.2025
Əli Xamenei İran xalqını təbrik etdi
16:02 26.06.2025
Floridada Tornado evləri "yıxdı"
15:48 26.06.2025
Etiketlə yarışıb, reklamla vuruşanlar – rəqabət qaydalarını kimlər pozub?
15:31 26.06.2025
"Azərbaycan Ordusunun NATO səviyyəsinə yüksəlməsindən qürur duyuruq"
15:06 26.06.2025
Futbolçular arasında dava düşdü
14:50 26.06.2025
"Qiyamət günü" radiostansiyası qəfil aktivləşdi
14:34 26.06.2025
Aİ liderlərinin ənənəvi görüşü başlayır
14:20 26.06.2025
“Azərbaycan ŞƏT ilə əməkdaşlığın dərinləşdirilməsinə xüsusi önəm verir”
14:03 26.06.2025
Şimali Koreya Rusiyaya əlavə qoşun göndərə bilər
13:47 26.06.2025
"Qalatasaray" David Alabanın agenti ilə danışıqlara başladı
13:34 26.06.2025
Moskvada Maqsud İbrahimbəyovun xatirə gecəsi keçirilib
13:17 26.06.2025
Türkiyə Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin 107-ci ildönümünü təbrik edib
13:02 26.06.2025
İlham Əliyev Pezeşkianı Azərbaycana dəvət etdi
12:59 26.06.2025
Milyonçular hara köçür?
12:43 26.06.2025
"Daşnaksütun" rəhbərliyinin nümayəndəsi iki ay müddətinə həbs edilib
12:33 26.06.2025
FTB İrana uğursuz zərbələrlə bağlı məlumatları KİV-ə sızdıran şəxsi axtarır
12:07 26.06.2025
Azərbaycan lideri Pezeşkianı təbrik edib
11:45 26.06.2025
Xankəndidə Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərin yürüşü keçirildi
11:20 26.06.2025
BAMF Azərbaycan ordusunu təbrik etdi
10:59 26.06.2025
Çində daşqın nəticəsində altı nəfər həlak olub
10:34 26.06.2025
Hərbi Parada başlanğıc Prosesindən -FOTOLAR
10:14 26.06.2025
Azərbaycan nefti bahalaşdı
10:08 26.06.2025
İsrail ordusunun zərbələri nəticəsində Qəzzada 80 nəfər həlak olub
09:54 26.06.2025
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi
09:07 26.06.2025
Gəlin tartiximizə, mədəniyyətimizə, mədəni irsimizə məsuliyyətlə yanaşaq
09:02 26.06.2025
NATO sammiti Ukraynanın vəziyyətini yaxşılaşdırmayacaq
08:35 26.06.2025
Niderland kraliçası Trampı yamsıladı
08:12 26.06.2025
İŞİD lideri Livanda tutuldu
07:38 26.06.2025
"CNN-nin jurnalistini "iti qovan kimi" qovmaq lazımdır"
07:26 26.06.2025
Yerin fırlanma sürəti artır
06:54 26.06.2025
Qitələrdən biri parçalana bilər
06:31 26.06.2025
Xırçıldayan qidalarla arıqlama arasında əlaqə müəyyən edilib
05:56 26.06.2025
Azərbaycanda Məhərrəm ayı başladı
05:29 26.06.2025
Tehranı tərk edənlər geri dönür
04:51 26.06.2025
Dördüncü ixtisar dalğası: "Microsoft"un oyun bölməsində nə baş verir
04:36 26.06.2025
Hamısı