Meksikanın Çyapas əyalətində quraqlıq yaşanması və ardından anbarlarda suyun çəkilməsi coşğuyla qarşılanır.
Bunun səbəbi Nezahualkoyotl göl anbarında su səviyyəsinin 25 metrə düşdüyündə XVI əsrdə inşa edilən Santiyago məbədinin görsənməsidir. Keşişlərin tikdiyi bu məbəd 1770-ci illərdə epidemiya üzündən tərk edilmişdi.
1966-cı ildə sular altında qalan 61 metrlik məbəd o zamandan bəri cəmi iki dəfə su üzünə çıxıb: birinci dəfə 2002-ci, ikinci dəfə isə 2015-ci ildə. Kilsənin genişliyi 14 metrdir. 2002-ci və 2015-ci ildə su üzünə çıxan kilsə turistlərin və pul qazanmaq istəyən balıqçıların əsas diqqət mərkəzinə çevrilmişdi.
Məbəd böyük bir su anbarının açılması səbəbiylə sular altında qalmışdı.