“Əlbəttə, Ermənistan Qarabağı qaytarmayacaq, lakin uzun müddət onunla manipulyasiya edəcək” Ukraynalı hərbi müxbir Roman Boçkala

Müsahibələr 18:04 21.12.2021

EDNews.net Caliber.Az-ın Ukraynalı hərbi müxbir, ictimai xadim Roman Boçkala ilə müsahibəsini təqdim edir.

- İşğaldan azad edilmiş Azərbaycan ərazilərinə səfər etmiş əcnəbi ekspertlərin və jurnalistlərin fikirlərini və təəssüratlarını öyrənmək həmişə maraqlıdır. Bildiyimizə görə, siz də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində olmusunuz. Hansı rayonları ziyarət etmisiniz? Orada nə görmüsüz?

- Azərbaycanın Ukraynadakı səfirliyinin vasitəçiliyi ilə Azərbaycan Xarici İşlər Nazirliyinin ukraynalı jurnalistlər üçün təşkil etdiyi press-tur çərçivəsində çəkiliş qrupu ilə birlikdə işğaldan azad edilmiş ərazilərdə oldum. Ağdama, Füzuliyə səfər etmək imkanımız oldu. Yolda işğalçılar tərəfindən tamamilə dağıdılmış bir neçə kənd və qəsəbə gördük.

Təəssüratlarımız birmənalı deyil. Bizi ən çox təəccübləndirən şey insanların olmaması idi. Tərk edilmiş evlər, tərk edilmiş məktəblər və zamanın dayandığı təəssüratı yaranırdı.

Şəxsən mən özümü Ukraynadakı binaların, infrastrukturun qorunub saxlandığı, amma ətrafda kimsənin olmadığı təcrid olunmuş zonada hiss etdim. Qarabağın ərazisi indi təsvir etdiyim əraziyə çox bənzəyir. Reallıqda mənzərə çox dəhşətlidir.

- Sizcə, niyə erməni qəsbkarları Azərbaycan ərazisində yandırılmış torpaq siyasəti həyata keçiriblər?

- İşğal olunmuş ərazilərə münasibətdə belə barbar mövqe heç də yeni deyil. Tarixə nəzər salsaq, işğalçıların məhz ermənilərin Qarabağda və digər ərazilərdə etdikləri kimi davrandıqlarına dair çoxlu sayda nümunələr görə bilərik.

Ən azı 10 ildir müharibənin davam edən, İŞİD və digər radikal qruplaşmaların işğala məruz qalan tərəfin tarixini tamamilə silmək üçün tarixi-mədəni abidələri dağıtdığı Suriyanı yada salaq. Burada da o cür, ermənilər öz məqsədlərinə doğru vəhşicəsinə addımlayan işğalçılardır. Onlar inadla tarixi təmizləməyə, tarixi, mədəniyyət abidələrini, hətta ziyarətgahları məhv etməyə çalışıblar. Yeni nəslin onların vəhşilikləri haqqında heç nə bilməməsi üçün keçmişin izlərini məhv ediblər.

Hər şey elə edilməli idi ki, bir ölkənin ərazisinin digər ölkənin ərazisinə çevrilməsi ilə bağlı heç vaxt suallar olmasın. Görün, ruhlar şəhəri olan Ağdamı nə hala salıblar. Bütün evlər və tikililər sadəcə olaraq kərpic-kərpic sökülüb. Soruşa bilərsiz, hansı məqsədlə. Cavab çox sadədir: işğalçı barbardır və tikinti materiallarını satmaq məqsədi ilə hər şey sökülüb. Bu, bildiyimiz soyğunçuluqdur. Ona görə də bu barədə danışmaq lazımdır, bunu gözardı etmək olmaz.

Çəkiliş qrupu və mən hər şeyi olduğu kimi göstərdik.

- Qarabağa səfərinizlə bağlı Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalının dəhşətli nəticələrini əks etdirən videoçarx çəkmisiniz. Bu filmə görə ermənilər tərəfdən hər hansı təhdidlə üzləşmisizmi?

- Hərbi jurnalist olaraq həmişə yalnız obyektiv tədbirlərdə şəxsən iştirak etməyə çalışıram. Mən Qarabağa yuxarıda qeyd etdiyim kimi Azərbaycan tərəfinin dəvəti ilə səfər etmişəm. Hər şeyi öz gözlərimlə görmək və yalnız bundan sonra müəyyən nəticələr çıxarmaq mənim üçün çox vacib idi. Dərhal deməliyəm ki, Azərbaycan tərəfi heç bir halda vəziyyətin obyektiv qiymətləndirilməsinə mane olmayıb. Çəkiliş qrupunun və mənim istədiyimiz hər şeyi çəkmək imkanımız oldu, qadağalar, senzura yox idi. Hətta prezident İlham Əliyevlə görüş zamanı hər bir jurnalist əvvəlcədən razılıq almadan sərbəst şəkildə sual verə bilərdi.

Təbii ki, erməni tərəfdən qıcıqlandırıcı iradlar olub, deyirlər ki, Azərbaycan tərəfi sizi bu ərazilərə dəvət edibsə, necə obyektiv şəkildə nəsə danışa bilərsiniz. Amma hər kəs başa düşməlidir ki, jurnalist öz işini qərəzsiz, obyektiv görməlidir, biz bunu etdik. Biz hər şeydə erməni xalqını günahlandırmırıq, amma o vaxt hakimiyyətdə olan və bu cür cinayətlərə yol verən rəhbərlik öz cəzasını almalıdır.

- Bir hərbi jurnalist kimi, xüsusən də bütün bu gördüklərinizdən sonra nə düşünürsünüz, yeni Ermənistan-Azərbaycan müharibəsinin baş verməsi mümkündürmü?

- Təbii ki, münaqişənin qızışdırılması variantını istisna etmək olmaz, bunu dünyanın başqa yerlərində də oxşar proseslərin nümunələrində görmək olur. Ermənilərdə məsələyə yanaşma hələ də dəyişməyib və yaxın illərdə də dəyişməyəcək. Fikrimcə, Ermənistanda bu mövzunu manipulyasiya edərək elektorata oynayacaq hələ bir çox siyasi hakimiyyət dəyişəcək.

Gec-tez Paşinyanın yerinə “Qarabağı və Ermənistanın “keçmiş şöhrətini” geri qaytaracağıq” bayrağı altında revanşistlər gələcək. Bu militarist yanaşmanın fonunda səs toplayıb hökumət qurmağa çalışacaqlar. Əgər buna müvəffəq olsalar, o zaman vəd etdiklərini yerinə yetirməli olacaq və münaqişəni daha da qızışdırmağa çalışacaqlar. Təbii ki, Qarabağı qaytarmayacaqlar, amma uzun müddət bununla manipulyasiya edəcəklər.

- Yəni, Ermənistandan Rusiyanın vasitəçiliyi ilə imzalanmış üçtərəfli bəyanatın bəndlərinin yerinə yetirilməsini gözləməyə dəyməz?

- Hər şey siyasi polemikadan və Ermənistanda siyasi situasiyadan asılı olacaq. Rusiya da bunda öz rolunu oynayacaq. Moskva regionun sabitlik, subyektivlik və geosiyasi müstəqillik əldə etməsində maraqlı deyil. Regionda müəyyən qeyri-sabitliyin davam etməsində maraqlıdır ki, Rusiya həm Ermənistanla, həm də Azərbaycan, Türkiyə və İranla münasibətlərdə öz maraqlarını həyata keçirə və nədəsə sövdələşə bilsin.

Məncə, Azərbaycandan başqa hamı bu qeyri-sabitlikdən faydalanacaq və bəhrəsini verəcək. Bunun üçün hazır olmaq lazımdır. Rusiya çətin ki, bu münaqişənin həllində uzunmüddətli etibarlı vasitəçi ola bilsin. Axı Moskva bütün bu illər ərzində passiv də olsa, qismən bu münaqişənin iştirakçısı olub. Hamı başa düşür ki, Ermənistanla Rusiya Federasiyası arasında mövcud olan müqavilələr və Ermənistan ərazisində yerləşən bütün silahlı birləşmələr öz rolunu oynayır.

Rusiya burada öz maraqlarını güdür. Ermənistan və Rusiya bu münaqişənin həlli üçün razılaşmaların bəndlərinə ciddi əməl edəcək tərəflər deyil. Məqsəd nədəsə sövdələşmək və uzunmüddətli perspektivdə vəziyyəti öz xeyrinə çevirməyə çalışmaqdır ki, Azərbaycan bu vəziyyətdən narahat olsun. Nə dərəcədə uğur qazanacaqları başqa bir məsələdir, amma buna çalışacaqlarına əminəm.

Tərcümə: Gülnar Səlimova

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanıldı
23:25 02.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb, Sumqayıt Daşkəndlə, Qəbələ Navoi ilə qardaşlaşır
23:10 02.07.2025
Abşeronda güclü yanğın başladı
23:04 02.07.2025
Hindistanda musson mövsümü: 50-dən çox ölən var
22:50 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
22:35 02.07.2025
Roma Papası noyabrda Türkiyəyə səfər etməyi planlaşdırır
22:10 02.07.2025
Luis Suares karyerasını bitirmək istəyir
22:00 02.07.2025
"Beşiktaş" klubu hücumçusu ilə yollarını ayırıb
21:50 02.07.2025
"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib
21:35 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
21:25 02.07.2025
“Sputnik-Azərbaycan”ın ofisində aparılan tədbirlərlə bağlı Rusiyanın iradları əsassızdır - XİN
21:15 02.07.2025
XİN: Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir
21:00 02.07.2025
Tokayev Azərbaycana təşəkkür edib
20:40 02.07.2025
Hamısı