“Dövlətlər mina probleminə daha çox diqqət ayırmalıdır”.
Bu sözləri Ednews -a müsahibəsində "Mine Advisory Group" - un (MAG) CEO - su Darren Kormak “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusuna həsr olunmuş III Beynəlxalq Minatəmizləmə Konfransında deyib.
"Minalarla mübarizə bir çox kontekstdə bir çox cəhətdən kəsişən məsələdir, çünki münaqişənin təsiri ərzaq təhlükəsizliyi, resurslara çıxış, miqrasiya ilə bağlı problemlər və insan təhlükəsizliyi kimi məsələlərə təsir edə bilər. Bugün keçirilən konfrans mina fəaliyyətinin profilini yüksəltmək və resursları və siyasət dəstəyini səfərbər etməklə, minaların təsirinə məruz qalmış icmaların ehtiyaclarına diqqəti saxlamaqda davam etmək üçün gündəmin bir hissəsidir. Mənim dünyaya mesajım mina təhlükəsinə qarşı diqqətli olmağa davam etmək olardı, bu, tez olmayacaq, lakin dünyanı bu ölümcül mirasdan təmizləmək üçün vacib işdir."
Əkbər Novruz