"Ölənlərə görə məsuliyyət Səudiyyə Ərəbistanı hökumətinin üzərinə düşür" - İlahiyyatçıdan RƏY

Müsahibələr 10:30 21.06.2024

Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı ölən zəvvarların sayı 900-ü keçib. Məkkədə temperaturun 51,8 dərəcəyə qalxması insanların ölümünə səbəb olub. Ölənlər arasında 600-ə yaxın şəxs misirli zəvvarlardır. Bu hadisə fonnunda Ali İmran surəsinin 97-ci ayəsi paylaşılıb, müzakirə edilir. Ayədə qeyd edilir ki, Kəbəyə daxil olan şəxs əmin-amanlıqdadır, təhlükədən kənardır. Belə olan halda ayədə yazılanlar necə anlaşılmalıdır? Niyə insanların kütləvi ölümü baş verir?

Mövzu ilə bağlı Ednews-a açıqlama verən ilahiyyatçı Tural İrfan bildirib ki, ümumiyyətlə, İslam dinində Həccə sağlam, həddən artıq qoca olmayan, oradakı ayinləri icra edə biləcək qüdrətə və qüvvəyə sahib olan müsəlmanlar getməlidir. 

Onun sözlərinə görə, hazırda Məkkədə baş verən bədbəxt hadisədə ciddi tədbirlərin görülməməsi, Səudiyyə Ərəbistanının aidiyyəti qurumlarının zəvvarların təhlükəsizliyini düzgün təmin edə bilməməsi ucbatındandır. 

"Əgər o adamlar xəstə idilərsə ümumiyyətlə getməməli idilər. Onların gəldiyi ölkələrin aidiyyatı qurumları cavabdehdir. Birdən bir mindən artıq adamın həlak olması o deməkdir ki, Səudiyyə Ərəbistanı əsasən pul qazanmaqda maraqlıdır. Müsəlmanların təhlükəsizlik məsələlərində yox. Əgər isti normadan artıq idisə o zaman ayin icra etməyin özü Qurana ziddir. Quranda deyilir özünüzü bilərək təhlükəyə atmayın. Əgər ehtimal varsa ki, insan hansısa ibadət zamanı zərər çəkə bilər, həmin ayini daha asan yolla başqa icraatla əvəzləyə bilər. Tutaq ki, su ilə dəstəmaz zərərli olanda torpaqla təyəmmüm edilir. Ayaq üstə namaz qıla bilməyənlərə oturub qılmağa icazə verilir. Ona görə də Həcc zamanı uzaq məsafələri qət etmək kimi ayinlər də belədir. Əgər təhlükə varsa o təxirə salına bilərdi. Ancaq görünür buna fətva verəcək ağılda Səudiyyədə hələ ki, alim yoxdur. Əks halda hər il minlərlə adamın qanına bais olmazlar. Qeyd edilən ayədə deyilən əminamanlıq o mənadadır ki, orada heç kəs heç kəsə qarşı cinayət törədə bilməz, qisas hökmü icra edə bilməz, intiqam ala bilməz. Yəni həmin ərəfədə zəvvarlara toxunulmazlıq hüququ verilir. Yoxsa ilahi əzabdan, təbbii fəlakətdən heç kəs sığortalanmayıb". 

İlahiyyatçı qeyd edib ki, Kəbəyə daxil olan hər kəs amandadır, ona qarşı hansısa hökmün icrası baş verə bilməz. Bu şəriətlə qadağandır. Yəni, oradan çıxandan sonra ona əməlinə görə cəza verilə bilər:

"Orada dava-dalaş salmaq, savaşmaq, kiminsə həyatına təhdid yaratmaq, kimisə incitmək haramdır. Yəni həmin ibadətin icrası zamanı hər kəs amandadır. Kainat, dünya Allah tərəfindən öz nizamına uyğun xəlq edilib və dövr edir. Bu zaman təbii hadisələr, ölümlər də baş verir. Burada xüsusi məna axtarmağa lüzum yoxdur. Hadisələrin fəlsəfəsi, əsl hikməti isə yalnız Allaha məlumdur. Məsələn, yüzlərlə adamın ölməsi zahirən ədalət prinsipinə zidd görünə bilər. Ancaq onun batini hikməti, səbəbi və səbəbin də səbəbi var. Bunu isə yalnız Allah özü bilir ki, o hadisə niyə baş verdi, yaxud Allahın özü tərəfindən yaradıldı, o insanlar da nəyə görə həlak oldu... Ancaq Allah Quranda insanlara ağıllarını işləməklə bağlı çox təkid edir. Yəni, insanlar istər təbii fəlakətlər zamanı, istər də digər məsələlər ilə bağlı xurafi yozumlara yox, elmə müraciət etməlidirlər. Məgər Səudiyyə  Ərəbistanında hava proqnozunu müəyyənləşdirən qurumlar yoxdur? Yoxdursa bu nə cəhalətdir? Əgər vardısa onlar bilməli idilər ki, müsəlmanları bu istidə aparıb qırmaq olmaz. Necə ki, pandemiya zamanı Həcc ziyarəti təxirə düşmüşdü, indi də istiyə görə elə olmalı idi. İndi biri deyir orada ölənlər Cənnətə gedir, biri deyir orada ölmək xoşbəxtlikdir. Bu öz yerində, ancaq istəyirlər hər vəchlə insanların ölümü qəzavü - qədərə bağlayıb Allahın üzərinə qoysunlar. Bu belə deyil. Bütün ölənlərə görə məsuliyyət Səudiyyə Ərəbistanı hökumətinin üzərinə düşür. Çünki insan səhhəti üçün təhlükəli bir hava şəraitində insanları qoruya bilməyiblər. O adamları qınamaq da lazım deyil. Onlar bəlkə də ömründə ilk dəfə idi Məkkədə olurdular. Onlar haradan biləydilər ki, isti bu həddə olacaq və oranın iqlimi bu həddə təhlükəlidir".

Oğuz

Həşəratlara qarşı hansı dərmanlardan istifadə etməliyik?

Xəbər xətti

Bəylər Eyyubov vəzifəsindən azad edildi
17:39 30.06.2025
Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək
17:24 30.06.2025
Simonyandan Paşinyan haqqında danışdı: - “Antixristin kiçik barmağıdır”
17:09 30.06.2025
Peskov Azərbaycan XİN-in etirazına reaksiya verdi
16:54 30.06.2025
Avrasiya İttifaqı Özbəkistana “qarmaq” atır
16:39 30.06.2025
"Azərbaycanlıların Rusiyada öldürülməsi kök salmış şovinizmin təzahürüdür"
16:21 30.06.2025
Daha bir qrup dərman vasitəsinin qiyməti tənzimlənib
16:06 30.06.2025
İran ABŞ-dən zəmanət tələb edir
15:51 30.06.2025
Rusiya FTX-nin "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanıldı
15:36 30.06.2025
İranda "Starlink" istifadəçiləri şallaqlana bilərlər
15:21 30.06.2025
Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib
15:08 30.06.2025
Metsamor Cənubi Qafqazı Çernobilə çevirə bilər
14:53 30.06.2025
Səfərov qardaşlarının nəşi təhvil verildi
14:41 30.06.2025
Mirzoyan Lavrova elə öz sözləri ilə cavab verdi
14:38 30.06.2025
Rusiyada azərbaycanlıların cinayət işi Mərkəzi İstintaq Komitəsinə tapşırıldı
14:24 30.06.2025
"Sputnik Azərbaycan"da əməliyyat keçirilib
13:40 30.06.2025
Avropa liderləri Trampı Rusiyaya qarşı siyasəti sərtləşdirməyə çağırıblar
13:25 30.06.2025
İran Avropa “üçlüyü” ilə danışıqları bərpa etmək istəyir
13:09 30.06.2025
Mirzoyan KTMT-nin iclasında iştirak etmədi
12:52 30.06.2025
"İran rəsmiləri ABŞ ilə danışıqlara başlamaq üçün Xameneinin icazəsini gözləyirlər"
12:37 30.06.2025
ABŞ maliyyə naziri Yaponiya rəsmisini qəbul etmədi
12:22 30.06.2025
Rusiyada banklarında Trilyonluq “ümidsiz borclar” həyəcan təbili çalır
12:07 30.06.2025
Ukrayna müharibəsi 2026-cı ilə qədər davam edə bilər
11:51 30.06.2025
Almaniyada rusiyayönlü partiyanın fəaliyyəti qadağan oluna bilər
11:39 30.06.2025
Yaxın günlərdə xoş xəbər alacaq 5 bürc
11:27 30.06.2025
Rusiya niyə yalnızlaşır? -Analitik Baxış
11:14 30.06.2025
Çində yeni dəb yaranıb
10:59 30.06.2025
Səfərov qardaşlarının nəşi bu gün Bakıya gətiriləcək
10:49 30.06.2025
"ABŞ zərbələrdən iki saat əvvəl İrana xəbərdarlıq edib" -Pentaqon
10:44 30.06.2025
Yağışdan çıxıb yağmura düşən Mali xalqı - Afrikada rus neomüstəmləkəçiliyi
10:29 30.06.2025
Ağdamda minaya düşən polis əməkdaşının son vəziyyəti açıqlandı
10:26 30.06.2025
"Yəqin ki, orada üç yox dörd nüvə obyekti var"
10:14 30.06.2025
Lizinqlə avtomobil alanların diqqətinə: Müqavilələri diqqətlə oxuyun!
09:57 30.06.2025
Ay ətrafında ilk dövrəni tısbağalar vurub
09:29 30.06.2025
Zelenski Rusiyanın Ukraynaya qarşı hücumlarını şərh edib
09:14 30.06.2025
Yurasek "Beşiktaş"da
08:58 30.06.2025
Rusiyada bonus və mükafatlar kütləvi şəkildə ləğv edilir
08:34 30.06.2025
Boşanma uşaqları ölümə aparır
08:12 30.06.2025
Kəngərliyə növbəti köç baş tutdu
07:54 30.06.2025
" Tramp ABŞ-ni borc köləliyinə aparır"
07:49 30.06.2025
Hamısı