Umud Mirzəyev: QHT-lərin maliyyə dayanıqlığı hələ də arzuolunan səviyyədə deyil - MÜSAHİBƏ

Umud Mirzəyev: QHT-lərin maliyyə dayanıqlığı hələ də arzuolunan səviyyədə deyil - <span class="text-danger">MÜSAHİBƏ</span>

Azərbaycan vətəndaş cəmiyyətində son illər baş verən dəyişikliklər QHT sektorunun yeni inkişaf mərhələsinə daxil olduğunu göstərir. Bu sahə artıq yalnız layihə icra edən təşkilatlar toplusu kimi deyil, daha çox institusional əməkdaşlıq və tərəfdaşlıq mühitinə çevrilməkdədir. Dövlət–QHT münasibətlərində formalaşan yeni yanaşmalar və koordinasiya mexanizmləri bu transformasiyanın əsas istiqamətlərini müəyyən edir.

Xüsusilə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin fəaliyyəti bu prosesdə mühüm rol oynayır. Agentlik tərəfindən tətbiq edilən “bir pəncərə” prinsipi, qrantların vahid sistem üzrə idarə olunması və dövlət qurumları ilə QHT-lər arasında əməkdaşlığın daha sistemli şəkildə qurulması sektorun şəffaflığını və dayanıqlılığını artırır.

Bu yanaşma təkcə maliyyə mexanizmlərinin təkmilləşdirilməsi ilə məhdudlaşmır, eyni zamanda idarəetmə mədəniyyətində də yeni mərhələnin formalaşmasına təkan verir və vətəndaş cəmiyyətinin institusional gücünü daha da möhkəmləndirir. Məhz bu kontekstdə aparılan müsahibə QHT sektorunun mövcud vəziyyətini, inkişaf dinamikasını və gələcək perspektivlərini daha aydın şəkildə ortaya qoyur.

EDnews xəbər verir ki, Crossmedia.az “QHT tribunası” layihəsinin növbəti qonağı Beynəlxalq Avrasiya Fondunun prezidenti, Əməkdar mədəniyyət işçisi Umud Mirzəyevdir:whatsapp_image_2026_05_26_at_141713_1779792599.jpeg

- Bu gün Azərbaycan QHT sektorunun ümumi vəziyyətini necə qiymətləndirirsiniz?

- Azərbaycan QHT sektoru bu gün yeni mərhələyə daxil olub. Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı istiqamətində həyata keçirilən təşəbbüslər qeyri-hökumət təşkilatlarının fəaliyyət imkanlarını genişləndirmiş, onların sosial, humanitar və ictimai həyatdakı rolunu daha da gücləndirmişdir. Bu prosesdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Agentliyin son illərdə həyata keçirdiyi proqramların, institusional təşəbbüslərin, tədbirlərin keyfiyyətinin artması QHT sektorunun inkişafında yeni mərhələnin formalaşdığını göstərir. Xüsusilə postmüharibə dövründə mina təhlükəsi, şəhid ailələri və qazilərlə iş, azad edilmiş ərazilərə qayıdış, ekoloji çağırışlar, media savadlılığı, sosial müdafiə və beynəlxalq ictimaiyyətlə kommunikasiya kimi sahələrdə QHT-lərin rolu artıb. Amma bununla yanaşı, sektorun institusional güclənməsinə, peşəkarlığın artırılmasına, maliyyə dayanıqlığına və region QHT-lərinin imkanlarının genişləndirilməsinə hələ də ciddi ehtiyac var.

- Son illərdə QHT-lərin fəaliyyətində hansı əsas dəyişikliklər müşahidə olunub?

- Əsas dəyişiklik ondan ibarətdir ki, QHT-lər yalnız sosial layihələrin icrası ilə kifayətlənmirlər. QHT-lər artıq ictimai nəzarət, maarifləndirmə, dövlət-cəmiyyət dialoqu və beynəlxalq təbliğat prosesinin iştirakçıları kimi çıxış edirlər. Həmçinin, qrant layihələrin icrası zamanı müasir standartlardan istifadəni qeyd etmək istərdim. QHT Agentliyinin elektron xidmətlərində e-ərizə, e-ekspertiza, e-müqavilə, e-idarəetmə və e-hesabat sistemlərinin tətbiqi proseslərin rəqəmsallaşmasına və şəffaflığın təmin olunmasına xidmət edir.

Digər mühüm dəyişiklik beynəlxalq təşəbbüslərə və qlobal əhəmiyyətli layihələrin icrasına marağın artmasıdır. Məsələn, 2026-cı il qrant istiqamətlərində WUF13, mina təhlükəsi, regionların inkişafı və həssas qruplarla iş kimi mövzuların yer alması QHT-lərin artıq daha strateji məsələlərə cəlb olunduğunu göstərir.

- Dövlət–QHT münasibətlərində hazırda hansı mərhələdəyik?

- Hazırda dövlət–QHT münasibətlərində qarşılıqlı etimadın və institusional əməkdaşlığın gücləndiyi mərhələdəyik. Bu münasibətlər əvvəlki dövrlərdə daha çox qrant və layihə münasibətləri üzərində qurulurdusa, indi ictimai iştirakçılıq, məsləhətləşmə, birgə təşəbbüslər və milli maraqlar ətrafında səfərbərlik daha ön plana çıxır.

QHT Agentliyinin nizamnaməsində də dövlət, özəl sektor və QHT-lər arasında əməkdaşlıq mexanizmlərinin inkişafı, ictimai nəzarətin təşviqi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi əsas istiqamətlər kimi göstərilir.

- QHT Agentliyinin rolunu və dəstək mexanizmlərini necə dəyərləndirirsiniz?

- Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə QHT-lərin təşkilatlanmasında Agentliyin müstəsnə xidmətləri vardır. Qlobal Cənub QHT Platformasının yaradılması, COP29 konfransı çərçivəsində yaranan koalisiyalar və beynəlxalq şəbəkələr Azərbaycanın vətəndaş cəmiyyətinin gücünü dünyaya çatdırdı. Xüsusilə, 2025-ci ildə Xankəndidə keçirilən QHT-lərin Əməkdaşlıq Forumu Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün və dövlət-cəmiyyət birliyinin yeni reallıqda təsdiqi kimi tarixi əhəmiyyət daşıdı. Beynəlxalq Avrasiya Mətbuat Fondu da Agentliyin dəstəyi ilə yerli layihələr ilə yanaşı BMT-nin İnsan Hüquqları şurası çərçivəsində keçirilən 2 mühüm beynəlxalq tədbirin təşkilatçısı oldu. Bununla yanaşı yerli QHT-lərin BMT-nin İqtisadi və Sosial şurasında təmsilçilik imkanlarının artırılmasına dəstək layihələri də özünəməxsusluğu ilə seçildi.

QHT Agentliyi son illərdə sektorun təşkilatlanması, maliyyələşmə mexanizmlərinin şəffaflaşdırılması və QHT-lərin dövlət proqramlarına daha sistemli şəkildə qoşulması baxımından da mühüm rol oynayır. Kiçik, orta və böyük qrant mexanizmlərinin tətbiqi QHT-lərə layihələrin miqyasına uyğun müraciət etmək imkanı yaradır.

- QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericilik bazası bugünkü reallıqlara nə dərəcədə cavab verir?

- Qanunvericilik bazası əsas çərçivəni təmin edir, lakin bugünkü reallıqlar daha çevik yanaşma tələb edir. QHT sektoru artıq daha sürətli, daha rəqəmsal və daha beynəlxalq mühitdə fəaliyyət göstərir. Ona görə də qeydiyyat, qrantların rəsmiləşdirilməsi, xarici tərəfdaşlarla əməkdaşlıq və xidmət müqavilələri ilə bağlı prosedurlar maksimum sadələşdirilməlidir.

Son illərdə bəzi asanlaşdırıcı addımlar atılıb. Məsələn, xarici maliyyə mənbələri hesabına xidmət və iş müqavilələrinin qeydiyyatı zamanı bəzi sənədlərin elektron hökumət sistemi vasitəsilə əldə olunması mexanizmi nəzərdə tutulub. Bu, müsbət addımdır, amma proses daha da sadələşdirilməlidir.

- QHT-lərin qeydiyyatı və fəaliyyət imkanları ilə bağlı mövcud problemlər nələrdir?

- Əsas problemlərdən biri yeni yaranan QHT-lərin qeydiyyat prosesində bəzən çətinliklərlə üzləşməsidir. Digər məsələ regionlarda fəaliyyət göstərən QHT-lərin texniki, hüquqi və maliyyə resurslarına çıxış imkanlarının məhdud olmasıdır. QHT-lərin fəaliyyəti üçün hüquqi şəraitlə yanaşı, institusional imkanlar da vacibdir. Məsələn, ofis, peşəkar komanda, layihə yazmaq bacarığı, maliyyə idarəçiliyi, kommunikasiya və beynəlxalq əlaqələr. Bu sahələrdə sistemli təlimlərə və uzunmüddətli dəstəyə ehtiyac var.

- Azərbaycanda QHT-lərin maliyyə dayanıqlığı hansı səviyyədədir?

- Açıq demək lazımdır ki, QHT-lərin maliyyə dayanıqlığı hələ də arzuolunan səviyyədə deyil. Bir çox təşkilatlar layihədən-layihəyə fəaliyyət göstərir. Bu isə davamlı işçi və komanda saxlamağa, uzunmüddətli proqramlar icra etməyə və institusional inkişafa imkan vermir. QHT-lərin sosial qrant layihələri icra etməsi ilə yanaşı institusional inkişaf qrantları və özəl sektorla tərəfdaşlıq imkanları da genişləndirilməlidir.

- Xarici və daxili maliyyə mənbələrinə çıxış imkanları sizi qane edirmi?

- Daxili maliyyə mənbələri baxımından müəyyən irəliləyiş var. QHT Agentliyi, ayrı-ayrı dövlət qurumları və bəzi beynəlxalq tərəfdaşlar vasitəsilə layihələr dəstəklənir. Amma bu imkanlar sektorun bütün ehtiyaclarını qarşılamaq üçün yetərli deyil. Xarici maliyyə mənbələrinə çıxış isə daha çevik olmalıdır. Azərbaycan QHT-ləri beynəlxalq şəbəkələrdə, qlobal layihələrdə, BMT institutları və digər donor platformalarında daha fəal iştirak etməlidir. Bunun üçün hüquqi prosedurlar və layihələrin qeydiyyat mərhələsi aydın, sadə və proqnozlaşdırıla bilən olmalıdır. Düşünürəm ki, hazırda Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsi tərəfindən bu istiqamətdə yeni mexanizmin tətbiqi həyata keçirilir.

- QHT-lərin maliyyə şəffaflığı və hesabatlılığı sahəsində hansı boşluqlar var?

- Şəffaflıq sektorun etimadı üçün əsas şərtdir. Bu sahədə inkişaf var, xüsusilə elektron hesabat mexanizmlərinin tətbiqi müsbət addımdır. Amma bütün QHT-lər eyni səviyyədə maliyyə idarəçiliyinə malik deyil. Bəzi təşkilatlarda mühasibatlıq, donor hesabatı və kommunikasiya bacarıqları zəifdir. Mən hesab edirəm ki, hər bir QHT illik fəaliyyət və maliyyə hesabatını ictimaiyyətə açıq təqdim etməlidir. Bu, həm cəmiyyətdə QHT-lərin etimadını artırar, həm də sektorun nüfuzunu gücləndirər.

- QHT-lər cəmiyyətin problemlərinin həllində nə qədər effektiv rol oynayır?

- QHT-lər dövlətin görmədiyi yox, bəzən daha yaxından gördüyü sahələrdə vacib rol oynayırlar. Onlar insanlarla birbaşa təmasda olur, sosial problemləri yerində görür, həssas qrupların səsini ictimai müzakirəyə çıxarırlar. Xüsusilə mina təhlükəsi, ekoloji maarifləndirmə, media savadlılığı, sosial müdafiə, inklüzivlik və gənclərlə iş sahələrində QHT-lərin fəaliyyəti cəmiyyət üçün real fayda verir. Amma effektivliyin artması üçün QHT-lər daha peşəkar, daha nəticəyönümlü və daha hesabatlı olmalıdır.

- Region QHT-ləri ilə paytaxt QHT-ləri arasında hansı fərqlər mövcuddur?

- Fərq əsasən resurslara çıxışla bağlıdır. Bakıdakı QHT-lərin dövlət qurumları, donorlar, media və beynəlxalq təşkilatlarla təmas imkanları daha genişdir. Region QHT-ləri isə regiona xas problemləri daha yaxşı bilir, icmalarla daha sıx işləyir, amma maliyyə, texniki və insan resursları baxımından çətinlik çəkirlər. Düşünürəm ki, region QHT-ləri ayrıca dəstək proqramları ilə gücləndirilməlidir. Çünki vətəndaş cəmiyyəti yalnız Bakıda deyil, bütün ölkədə güclü olmalıdır.

- İctimai etimad baxımından QHT sektorunun mövqeyi necədir?

- Cəmiyyətdə fəal, şəffaf və faydalı iş görən QHT-lərə etimad var. Amma ümumi sektorun tanıdılması və cəmiyyətə izahı sahəsində boşluqlar qalır. Bu təkcə QHT-lərdən irəli gələn məsələlərlə bağlı deyil. Bəzən insanlar QHT-nin nə iş gördüyünü, hansı problemi həll etdiyini, hansı resurslarla çalışdığını tam bilmir. Bu baxımdan QHT-lər öz fəaliyyətlərini daha açıq göstərməli, cəmiyyətlə daha çox danışmalı, nəticələrini daha görünən etməlidirlər. Ancaq ümumi götürdükdə son illər QHT agentliyinin dəstəyi ilə birgə ortaya çıxan nəticələr sektorun nüfuzunun artmasına gətirib çıxarıb.

- QHT-lərin mediada və sosial şəbəkələrdə aktivliyi yetərlidirmi?

- QHT-lər yalnız tədbir keçirməklə kifayətlənməməli, gördükləri işin ictimai təsirini izah etməlidirlər. Bu gün sosial şəbəkələr ictimai rəyin formalaşdığı əsas meydanlardan biridir. QHT-lər burada daha peşəkar, daha operativ və daha yaradıcı olmalıdırlar.

Bu gün bəzi QHT-lər sosial mediadan çox yaxşı istifadə edir, bəziləri isə ümumiyyətlə sosial şəbəkə hesablarına sahib deyillər. Əslində bir az əvvəl qeyd etdiyimiz maliyyə dayanıqlığı məsələləri də bu aktivliyə təsir edir. Çünki keyfiyyətli sosial media idarətetməsi üçün də bəzən maliyyə dəstəyinə ehtiyac duyulur.

- Dezinformasiya ilə mübarizədə QHT-lərin rolu necə ola bilər?

- Dezinformasiya ilə mübarizə yalnız dövlət qurumlarının işi deyil. Bu, bütövlükdə cəmiyyətin təhlükəsizliyi məsələsidir. QHT-lər media savadlılığı, ictimai maarifləndirmə, faktların yoxlanılması, gənclərlə iş və beynəlxalq auditoriyaya düzgün məlumatların çatdırılması sahəsində mühüm rol oynaya bilərlər. Xüsusilə Azərbaycan və Qarabağla bağlı həqiqətlərin təhrif olunduğu, itkin düşmüş şəxslər və humanitar məsələlər üzrə yalan məlumatların yayıldığı bir dövrdə QHT-lərin çevik və faktlara əsaslanan fəaliyyəti çox vacibdir.

- Beynəlxalq Avrasiya Mətbuat Fondunun son çalışmaları ilə bağlı nə deyə bilərsiniz?

- Beynəlxalq Avrasiya Mətbuat Fondu uzun illərdir media, vətəndaş cəmiyyəti, humanitar fəaliyyət, icma inkişafı, minatəmizləmə və beynəlxalq əməkdaşlıq istiqamətlərində fəaliyyət göstərir. Bizim fəaliyyətimizin əsas xüsusiyyəti ondan ibarətdir ki, müxtəlif sahələrdə topladığımız təcrübəni bir-biri ilə əlaqələndirməyə çalışırıq. Yəni media bizim üçün yalnız informasiya yayımı deyil, həm də ictimai maarifləndirmə, həqiqətlərin beynəlxalq auditoriyaya çatdırılması və cəmiyyətlə dialoq vasitəsidir.

Son dövrdə BAMF-ın fəaliyyətində mina təhlükəsi və postmünaqişə dövrünün humanitar çağırışları xüsusi yer tutur. İşğaldan azad edilmiş ərazilərdə təhlükəsiz qayıdış, insanların mina riskləri barədə məlumatlandırılması, icmaların maarifləndirilməsi və bu problemin beynəlxalq platformalarda gündəmə gətirilməsi bizim üçün prioritet istiqamətlərdəndir. BAMF bu sahədə həm praktiki təcrübəyə, həm də uzunmüddətli institusional yaddaşa malikdir.

Eyni zamanda, biz yerli QHT-lərin beynəlxalq platformalara çıxışının genişləndirilməsi, xüsusilə BMT institutları ilə əməkdaşlıq imkanlarının artırılması istiqamətində də çalışırıq. Son illərdə BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində təşkil etdiyimiz tədbirlər, beynəlxalq tərəfdaşlarla birgə təşəbbüslər və Azərbaycanın üzləşdiyi humanitar problemlərin qlobal səviyyədə təqdim olunması bu baxımdan mühüm əhəmiyyət daşıyır.

BAMF həmçinin media və ictimai diplomatiya sahəsində fəaliyyətini davam etdirir. Bu gün dezinformasiya ilə mübarizə, Azərbaycanın mövqeyinin beynəlxalq auditoriyaya obyektiv çatdırılması, Qarabağla bağlı reallıqların faktlara əsaslanan şəkildə təqdim edilməsi bizim üçün çox vacibdir. Biz çalışırıq ki, fəaliyyətimiz həm ölkə daxilində ictimai fayda versin, həm də beynəlxalq səviyyədə Azərbaycanın vətəndaş cəmiyyətinin səsini daha güclü şəkildə ifadə etsin.

- Hansı yeni çalışmalarınız və planlarınız var?

- BAMF olaraq qarşıdakı dövrdə əsas məqsədimiz indiyə qədər topladığımız təcrübəni daha sistemli və davamlı təşəbbüslərə çevirməkdir. Biz media, vətəndaş cəmiyyəti, humanitar fəaliyyət, icma inkişafı, beynəlxalq əməkdaşlıq və ictimai diplomatiya istiqamətlərində fəaliyyətimizi daha da genişləndirməyi planlaşdırırıq.

Hazırda bizim üçün əsas prioritetlərdən biri Azərbaycan QHT-lərinin beynəlxalq platformalarda daha fəal iştirakı və vətəndaş cəmiyyəti təcrübəmizin dünyaya təqdim olunmasıdır. Bu baxımdan BMT institutları, beynəlxalq təşkilatlar, donor qurumlar və xarici tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. BAMF olaraq biz həm öz fəaliyyətimizi, həm də ümumilikdə Azərbaycan vətəndaş cəmiyyətinin imkanlarını beynəlxalq müstəvidə daha görünən etməyə çalışırıq.

Qarşıdakı mühüm fəaliyyət istiqamətlərindən biri də bu ay Bakıda keçiriləcək 13-cü Dünya Şəhərsalma Forumu - WUF13 ilə bağlıdır. BAMF bu mötəbər beynəlxalq platformada iki yan tədbirlə iştirak etməyi planlaşdırır. Bu tədbirlərdə postmünaqişə dövründə şəhərsalma, təhlükəsiz yaşayış mühiti, icmaların bərpası, yaşıl və dayanıqlı inkişaf, eləcə də beynəlxalq tərəfdaşlıq məsələlərinin müzakirəyə çıxarılması nəzərdə tutulur.

Eyni zamanda, media və ictimai diplomatiya sahəsində yeni təşəbbüslərimiz olacaq. Dezinformasiya ilə mübarizə, faktlara əsaslanan kommunikasiya, gənclərin və jurnalistlərin maarifləndirilməsi, regionlarda icma fəallığının artırılması və sosial-humanitar layihələrin davam etdirilməsi planlarımız sırasındadır.

 

Xəbər xətti

XİN başçısı: İranla ABŞ arasında rəsmi danışıqlar prosesi yoxdur
03:00
"Rusiya Ermənistandan kənd təsərrüfatı idxalını Azərbaycanla əvəzləmək niyyətindədir"- Putinin xüsusi nümayəndəsi
02:39
Cəlilabadda dayısının həyat yoldaşını öldürməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb - YENİLƏNİB-3
02:00
Ağ Ev: İran nüvə silahı hazırlamaqdan və almaqdan imtina etməyə razılaşıb
01:30
İran rəhbərliyi ABŞ ilə razılığa gəlmək üçün PLAN HAZIRLADI
01:09
Abbas Əraqçı: "İSRAİLƏ ZƏRBƏ ENDİRƏCƏYİK!"
01:03
SEPAH Küveytə hücumu təkzib etdi
00:58
İspaniya çempionatında ən gözəl qolun müəllifi O OLDU
00:53
TRAMPDAN AÇIQLAMA: "İranla razılaşma BU VAXT OLA BİLƏR..."
00:47
İran ABŞ-nin hərbi gəmisini vurdu
00:43
Millimiz Avropa çempionatının finalına vəsiqə qazanıb
00:38
Tovuzda ağır yol-nəqliyyat hadisəsi BAŞ VERİB
00:29
O da Sammitə görə FRANSAYA GEDƏCƏK
00:26
Bu ölkələrdə Ukrayna pasport xidmətlərində yeni qaydalar tətbiq edilir
00:20
ONLARIN ÖLÜMÜNDƏN 5 İL ÖTÜR
00:10
04.06.2026
Avropanın Putini danışıqlar masasına gətirmək üçün yeni planı AÇIQLANDI
23:59
"Fənərbaxça"dan Luis Suarez sürprizi – İlkin razılıq əldə olundu?
23:39
Rusiyadan təhdid: "Bizi sınamağa cəsarət etməyin!"
23:29
Cənubi Qafqazın dominant gücü Azərbaycandır - RƏY
23:11
Rubioadan etiraf: "Dərin zərbələr görürük!"
22:49
Əlavə məzuniyyətlərlə bağlı YENİLİK
22:29
Tramp Türkiyəyə gedəcək
21:59
Qırğızıstan tarixdə ilkə imza atdı
21:47
Qalibaf İrana qarşı təhdidlərə cavab verdi
21:27
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat etdi
20:49
Dünya alimləri Bakıda bir araya gəldi: İCSEGT 2026 başladı
20:39
XƏBƏRDARLIQ EDİLDİ: “El Nino” fəlakəti gəlir
20:23
Millimiz dünya çempionatında daha bir qələbəsini qazandı - FOTO
20:14
Netanyahu Trampdan danışdı: "Ona inanıram!"
19:57
İmişlidəki yanğınla bağlı SON MƏLUMAT
19:37
Zelenski NATO sammitində iştirak edəcəyi tarixi AÇIQLADI
19:25
Xameneinin dəfn yeri niyə mübahisə yaradır?
19:00
Paşinyanın sülh göyərçini hava qalxmadı - Video
18:53
Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi
18:42
Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi razılaşdırılıb
18:22
Tramp görüşü Braziliyada qalmaqal yaratdı: Lula sərt danışdı
18:14
TDT ölkələrinin mərkəzi banklarının toplantısı Bakıda keçiriləcək
18:05
Küveyt iki İran diplomatını “persona-non grata” elan etdi
17:58
Ukraynadan bir qrup uşaq reabilitasiya üçün Azərbaycana gətirilib
17:50
Ukrayna cəbhədə önə keçir: G7 müharibənin taleyini dəyişə bilər…
17:40
Tramp Xamenei ilə görüşəcək?  - Sülh danışıqlarının uzanmasına baxmayaraq…
17:31
Baş nazir əlilliyi olan şəxslərlə bağlı qərar imzaladı
17:24
Naxçıvanda idarə rəisi vəzifəsindən azad edildi
17:13
ATƏT PA Ermənistandakı seçkiləri müşahidə edəcək
17:08
Roma Papası Prezident İlham Əliyevə təbrik məktubu göndərib
17:00
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatarlar hərəkət edəcək
16:52
Azərbaycanda 6 saatlıq iş rejimi tətbiq olunacaq? – AÇIQLAMA
16:42
Moskvanın məqsədi Paşinyanı devirmək deyil… - SƏBƏB BƏLLİ OLDU
16:30
Azərbaycanda abort statistikası ARTIR - Sosioloqdan həyəcan təbili
16:20
Niderland rəsmiləri Bakıda enerji və əlaqəlilik məsələlərini müzakirə etdilər
16:10
Tramp ABŞ-nin blokadasının sentyabra qədər uzadıla biləcəyini bildirib
15:59
Yeni Dehlidə hotel alovlandı, çox sayda insan həlak oldu
15:53
Çörəyin qiyməti YENİDƏN BAHALAŞACAQ? - “Yaxın müddətdə…”
15:47
Moskva ilə İrəvanı nə bağlayır? – Siyasi gərginliyin arxasındakı iqtisadi reallıq
15:21
Gərginlik YENİDƏN ARTIR: “İran kapitulyasiyanı qəbul etməyəcək!”
15:15
Prezident Xarici Kəşfiyyat Xidməti ilə bağlı fərman imzaladı
15:08
Politoloqdan Başkənd açıqlaması: “Bu kəndin mübadiləsi mümkün deyil”
14:50
I sinif üzrə prioritet məktəblərdə boş qalan yerlərə qəbul başlayır
14:42
Baş katib: "Ermənistanın KTMT-yə üzvlüyü ilə bağlı qərarı xalq verəcək"
14:36
“Rəsmi Bakının beynəlxalq enerji siyasətində rolu artır” - Millət vəkili
14:30
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR