Səudiyyə Ərəbistanı iranlılara viza verilməsini dayandırıb.
“EDnews” xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müşaviri Məhəmmədhüseyn Rəncbəran bəyan edib.
Onun sözlərinə görə, qərarın qəbuluna səbəb ultra-radikal mühafizəkar din xadimi Qulamrza Qasimianın Məkkə və Mədinə barədə səsləndirdiyi təhqiramiz ifadələr və Səudiyyə Ərəbistanı hakimiyyətinə yönəltdiyi sərt tənqidlər olub.
Rəncbəran qeyd edib ki, din xadimi bu çıxışları ilə 85 mindən çox iranlının həcc ziyarətindən məhrum edilməsi ehtimalına məhəl qoymayıb.