Bir neçə gün öncə Səudiyyə Ərəbistanında saxlanılan iranlı din xadimi Qulamrza Qasimian azadlığa buraxılıb.
“EDnews” xəbər verir ki, Qasimian özü də bu xəbəri "X" (keçmiş "Twitter") hesabında təsdiqləyib və təyyarənin içərisindən şəklini paylaşıb.
"Sizin dualarınız və İranın Səudiyyə Ərəbistanındakı konsulluğunun səyləri nəticəsində mən həbsdən azad edildim və vətənimə qayıdıram", - deyə o bildirib
Qeyd edək ki, Qulamrza Qasimian ultra-radikal mühafizəkar cərəyana mənsub din xadimidir. O, Səudiyyə Ərəbistanının Mədinə şəhərində yerləşən Peyğəmbər Məscidinin qarşısında dayanaraq, bu ölkənin hakimiyyətini tənqid edən video paylaşdıqdan sonra yerli hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdı.