Yeni Zelandiyada Kraystçörç şəhərində və Selvin rayonunda güclü yağışın genişmiqyaslı daşqına səbəb olmasından sonra fövqəladə vəziyyət elan edilib.
“EDnews” xəbər verir ki , bu barədə “New Zealand Herald” qəzeti fövqəladə hallar naziri Mark Mitçellə istinadən məlumat yayıb.
"Kenterberidəki Kraystçörç və Selvin rayonunda fövqəladə vəziyyət elan edilib", - nəşr yazıb.
Bundan əlavə, ölkənin paytaxtı Vellinqtonda güclü külək damları zədələyib, ağacları aşırıb.
"Vellinqton hava limanında uçuşlar axşam saat 6-ya qədər ləğv edilib. Bəzi evlərin elektrik enerjisi kəsilib", - qəzet bildirib.
Fatimə Mərdanlı //EDnews