Ukraynalı xanım pilot Nadejda Savçenkonun rusiyalı hərbçilər Yevgeni Yerofeyev və Aleksandr Aleksandrovla mübadiləsi barədə razılıq "Normand dördlüyü" formatında dünən gecə baş tutan telefon danışıqları zamanı əldə edilib.
Danışıqlarda Almaniya, Fransa, Rusiya və Ukrayna liderləri iştirak ediblər.
Qeyd edək ki, mübadilə barədə bu gün məlumat yayılıb. Göyərtəsində Nadejda Savçenko olan təyyarə Rostov-Dondan Kiyevə, rusiyalı hərbçilər olan hava gəmisi isə Kiyevdən Moskvaya uçub.
"Report"