Moldovada Azərbaycan xalçalarına həsr olunmuş sərgi açılıb

Xarici siyasət 10:18 19.05.2025

Azərbaycanın zəngin mədəni irsi, xalqımızın həyat tərzi və qədim adət-ənənələri ilə sıx bağlı olan xalçaçılıq sənəti və məktəbinin Avropada tanıdılması məqsədilə Kişineu şəhərindəki Moldova Milli Tarix Muzeyində Azərbaycan xalçalarına həsr olunmuş sərgi açılıb.

“EDnews” xəbər verir ki, “Gözəlliyin harmoniyası” adlı sərgidə Azərbaycanın müxtəlif xalçaçılıq məktəblərinə aid klassik və müasir dizaynda çoxsaylı xalça nümunələri sərgilənir. Həmçinin böyük ekran vasitəsilə xalçaçılıq sənətini, eləcə də tanınmış xalça toxucularımızdan bəhs edən film nümayiş olunub. Tədbirdə Moldova dövlət qurumlarının nümayəndələri, moldovalı deputatlar, xarici səfirliklərin diplomatları, diaspor fəalları, şəhər sakinləri iştirak ediblər.

Azərbaycanın Moldovadakı səfiri Ülvi Baxşəliyev çıxışında bildirib ki, Azərbaycan xalçası dünya mədəniyyətinin ən böyük sərvətlərindən biridir.Azərbaycan xalçaçılığı UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsinin bir hissəsi kimi tanınan bədii sənətkarlığın ən qədim növlərindən biridir.

“Müasir Azərbaycan xalçaçılığının inkişafını dövlət dəstəyi və mədəni irsin qorunmasına strateji yanaşma olmadan təsəvvür etmək mümkün deyil. Bu prosesdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi rolu var. Onların diqqət və səyi nəticəsində xalçaçılıq mədəniyyət sahəsində prioritet dövlət siyasəti səviyyəsinə yüksəlib, bütün ölkədə xalça mərkəzləri yaradılıb və müasirləşdirilib, ənənəvi məktəblər dirçəldilib, Azərbaycan Milli Xalça Muzeyi yaradılıb”, - deyə səfir əlavə edib.

Moldovanın mədəniyyət naziri Sergiu Prodan çıxışında qeyd edib ki, bu sərgi sadəcə bədii təqdimat deyil, ölkələrimiz arasında səmimi və perspektivli dialoqun göstəricisidir. Mədəniyyət xalqlar arasında ən davamlı körpüdür.

“Bu gün nümayiş etdirilən xalçalar sadəcə bəzək əşyaları deyil, onlar diqqətlə işlənmiş hekayələr, ənənələrin, kollektiv yaddaşın, Azərbaycan milli kimliyinin əks-sədasıdır. Hər motiv, hər rəng, hər ilmə dərin məna, nəsildən-nəslə ötürülən dəyər daşıyır”, - deyə nazir vurğulayıb.

"Azərxalça" ASC İdarə Heyətinin sədri, Əməkdar incəsənət xadimi Emin Məmmədov çıxışında iki ölkə arasında mədəni mübadilənin vacibliyini qeyd edib, sənətin sərhəd tanımadığını və insanların mənsubiyyətindən asılı olmayaraq bir-birini birləşdirdiyini vurğulayıb. 100 illik “Azərxalça” ASC tarixindən söz açan sədr bildirib ki, qurumun tarixi boyunca ən böyük məqsədi Azərbaycan xalçaçılıq sənətinin inkişafı, təbliğat və təşviqatı olub. Emin Məmmədov çıxışında mayın əvvəlində Bakıda keçirilən, dünyaya səs salan Beynəlxalq Xalça Festivalından, sərgidə nümayiş olunan bütün xalçaçılıq məktəblərinə aid xalçalardan da danışıb. Cəmiyyətin istehsal etdiyi xalçaların ərsəyə gəlməsində yerli və xarici rəssamlarla, eləcə də dizaynerlərlə əməkdaşlıq çərçivəsində ənənəvi xalçalara istinadla müasir xalçalar yaradıldığını və beləliklə, xalça sənətinin daim inkişaf etdiyini diqqətə çatdırıb.

Sonra tədbirdən çıxış edən muzeyin direktoru Eudjen Sava, Moldova Parlamentinin deputatı, Azərbaycanla Dostluq Qrupunun sədri Vitali Yakot sərginin əhəmiyyətindən danışıblar.

Daha sonra Azərbaycan dövləti adından Moldova Milli Tarix Muzeyinə iki milli xalçamız hədiyyə olunub.

Tədbir Azərbaycan milli musiqisinin təqdimatı ilə başa çatıb.

Tədbirdən sonra "Azərxalça" ASC İdarə Heyətinin sədri Emin Məmmədov AZƏRTAC-a açıqlamasında bildirib ki, Beynəlxalq Muzeylər Günündə Moldovanın nüfuzlu muzeyində Azərbaycan xalçalarının sərgisinin açılması olduqca əhəmiyyətlidir. “Sərgidə Azərbaycandan gələn toxucu da var. Sərginin açılışından əvvəl ustad dərsləri də keçirilib. Muzeyin rəhbərliyinin açıqlamasına görə, bu müddətdə muzeydə 10 min 600-dən çox ziyarətçi olub. Burada iştirak edən hər bir kəs Azərbaycan mədəniyyətinin bir parçasını aparır”, - deyə Emin Məmmədov əlavə edib.

Tədbirlə bağlı fikirlərini bölüşən Moldova Milli Tarix Muzeyinin direktoru Eudjen Sava AZƏRTAC-a açıqlamasında bildirib ki, digər xarici ölkələrdə də nüfuzu ilə tanınan Azərbaycan xalçalarının Moldovada sərgisi ilk dəfə təşkil olunur. Bu cür sərgilərin keçirilməsi Moldova ilə Azərbaycan arasında etnik, mədəni əlaqələrin möhkəmləndirilməsində olduqca vacibdir. “Azərbaycanın Moldovadakı səfirliyi ilə muzeydə bir neçə tədbir və sərgi keçirilib. O cümlədən bir neçə il öncə Azərbaycanın tanınmış siyasi lideri Heydər Əliyevə həsr olunan yubiley sərgisi açılıb. İnanıram ki, bu əməkdaşlıq gələcəkdə də davam edəcək”, - deyə muzeyin direktoru əlavə edib.

Qeyd edək ki, sərginin kolleksiyasına müxtəlif ölçülü, fərqli xalçaçılıq məktəblərinə aid həm müasir, həm də klassik üslubda toxunmuş 22 xalça daxildir.

Fatimə Mərdanlı //EDnews 

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

Makron İrandan nüvə proqramının sülh xarakterinə dair zəmanətlər tələb edib
16:35 21.06.2025
Dəb Necə Siyasiləşir?
15:52 21.06.2025
"Mərakeş azad edilmiş ərazilərin bərpasına investisiya yatırmaqda maraqlıdır"
15:27 21.06.2025
"Gözlətdiyim üçün üzr istəyirəm"
15:21 21.06.2025
Niyə mən 2018-ci ildə “Qarabağ Ermənistandır!” dedim? - Paşinyan İZAH ETDİ
15:00 21.06.2025
MEDİA 17 qəzetə pul ayırdı - Siyahı
14:56 21.06.2025
BTQ Dənizaşırı ərazilərdə internetin vəziyyətinə dair araşdırma aparıb zəif sürət, yüksək qiymət
14:41 21.06.2025
ABŞ və Aİ Xameneiyə əvəz axtarır
14:38 21.06.2025
"Azərbaycanda əyləncə turizmi yeni iş yerləri və investisiya imkanları yarada bilər"
14:35 21.06.2025
İsrail İranın Qum şəhərinə zərbələr endirib
14:31 21.06.2025
İsrail Şirazda hərbi mərkəzi "vurdu"
14:28 21.06.2025
"İqlim böhranı ilə mübarizəni pulsuz qoymaq cəhdləri uzaqgörən yanaşma deyil"
14:09 21.06.2025
Çinin 740-dan çox vətəndaşı İrandan Azərbaycana təxliyə edilib
13:31 21.06.2025
İstanbulda İƏT Xarici İşlər Nazirləri Şurasının qapalı iclası keçiriləcək
13:20 21.06.2025
“Polis haqqında” qanuna təklif edilən dəyişiklik qəbul olundu
12:39 21.06.2025
Ermənilər Üzeyir Hacıbəylini niyə öldürmək istəmişdilər?
12:08 21.06.2025
Bu gün Bakıda ilk dəfə UFC turniri keçiriləcək
11:40 21.06.2025
Efiopiyada "ASAN xidmət" açılıb
09:49 21.06.2025
Xərçəngə qarşı qidalar: Onkoloji xəstəlik riskini azaldan SƏKKİZ məhsul
09:33 21.06.2025
FIFA Klublararası Dünya Çempionatı: Pley-offun ilk iştirakçıları bəlli olub
08:21 21.06.2025
İran ABŞ-yə Yaxın Şərqdəki hərbçiləri ilə bağlı xəbərdarlıq edib
05:16 21.06.2025
" Bizim İran İslam Respublikası qarşısında hərbi öhdəliyimiz yoxdur "
18:03 20.06.2025
"İrəliləyişimiz sistemli inkişafın nəticəsidir"
16:44 20.06.2025
" Təhlükəli istiləşmədən yayınmaq üçün cəmi bir neçə ilimiz qalıb"
16:39 20.06.2025
“Abzas Media” işi üzrə həbs olunan şəxslərə hökm oxunub
16:25 20.06.2025
Ceyhun Bayramov və Kaya Kallas İsrail-İran qarşıdurmasını müzakirə edib
15:27 20.06.2025
Orban Ukraynanı Aİ-də görməyi niyə istəmir?
15:24 20.06.2025
Süfrənin Diplomatiyası: Qida və Qlobal Ayrı-Seçkilik
15:00 20.06.2025
"Xəzər regionu üzərində nüvə təhlükəsi yaranıb"
14:43 20.06.2025
ADA böyüyəcək
14:32 20.06.2025
İlham Əliyev UFC-nin prezidentini qəbul etdi
14:30 20.06.2025
Aprel döyüşləri zamanı Ermənistan tərəfindən hərbi əməliyyatlara rəhbərlik etmiş generalların adları məhkəmədə açıqlanıb
14:24 20.06.2025
İsrailin 50 qırıcı təyyarəsi Tehranı bombaladı
14:18 20.06.2025
Qax rayonunun icra başçısına qarşı əməliyyat keçirildi
14:09 20.06.2025
"Müharibəyə son qoymağın yeganə yolu atəşkəsdir"
14:02 20.06.2025
Azərbaycan Çin ilə “Kəmər və Yol” üzrə Əməkdaşlıq Planını təsdiq edib
13:48 20.06.2025
Paşinyan Türkiyədə səfərdədir
13:14 20.06.2025
Azərbaycan güləşçisi dopinqə görə diskvalifikasiya edildi
12:49 20.06.2025
"Sülh müqaviləsini dərhal imzalamağa hazırıq"
12:28 20.06.2025
"Səs mənimdir,sözlər yox" - Süni intellektin təqlid gücü və etik təhlükələr
11:47 20.06.2025
Hamısı