Prezident İlham Əliyev türk dünyasının böyük hərbi güc olduğunu söyləyib. Bu mesajı qarşıdakı dövrdə “Türk NATO-su” formatlarında hərbi blokun qurulacağı mesajı kimi oxumaq olarmı?
Bu barədə Ednews-a açıqlamasında politoloq Fikrət Sadıqov bildirdi ki, türk dünyası həqiqətən böyük bir gücə malik olan qüvvədir. Bütün sahələrdə əməkdaşlıq inkişaf mərhələsindədir:
“Biz bu ölkələrlə hərbi texniki əməkdaşlıq edirik, bundan sonra da edəcəyik. Onu da əlavə etmək istərdim ki, türk dövləti təşkilatın demək olar nüvəsini Azərbaycan və Türkiyə təşkil edir. Düşünmürəm ki, hazırda hansısa bir blok, bir hərbi təşkilat yaransın. Çünki bir sıra hərbi texniki məsələləri elə türk dövlətləri təşkilatı çərviçəsində həll etmək olar. Onu da yaddan çıxarmaq lazım deyil ki, Qazaxıstan, Qırğızıstan KTM-nin üzvləridir. Bu da müəyyən bir amildir. Eyni zamanda düşünürəm ki, heç də yaxın gələcəkdə hərbi təşkilatın yaranması bəlkə də heç istisna deyil”.
Oğuz