Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ

Siyasət 15:40 19.04.2024

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb. 

Bu barədə Ednews-a Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib. 

Məlumata görə, telefon danışığı zamanı Azərbaycan və Fələstin arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, habelə Qəzzadakı vəziyyət müzakirə olunub. 

C.Bayramov Baş nazir Məhəmməd Mustafanı bu əhəmiyyətli vəzifəyə təyinatı münasibətilə təbriklərini çatdırıb.

Baş nazir də öz növbəsində ölkəmizi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi münasibətilə səmimi qəlbdən təbrik edib. 

İki ölkə arasında siyasi, iqtisadi, mədəni, humanitar və s. istiqamətlər üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin mövcudluğu, regional və beynəlxalq təşkilatlar çərçivəsində göstərilən qarşılıqlı dəstək məmnunluqla qeyd olunub. 

Azərbaycanın Fələstin məsələsinin beynəlxalq hüquq normaları, o cümlədən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən “iki dövlət həlli”nin tərəfdarı olduğunu hər zaman dəstəklədiyini, bu istiqamətdə milli səviyyədə, o cümlədən Qoşulmama Hərəkatına sədrlik dönəmində münaqişənin nəticələrinin aradan qaldırılması sahəsində əməli addımlar atdığı diqqətə çatdırılıb. 

Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyi (UNRWA) vasitəsilə Fələstinə göstərdiyi 2 milyon ABŞ dolları məbləğində yardımı, eləcə də fələstinli tələbə və diplomatlar üçün təlim-tədris proqramlarının mövcudluğu məmnunluqla qeyd olunub. 
Teledon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Bakıda restoranın fəaliyyəti dayandırıldı - VİDEO

Xəbər xətti

Səfərbərlik Xidmətinin bəzi əməkdaşları təltif olundu
15:30 13.02.2025
Samir Şərifova daha bir vəzifə verildi
15:28 13.02.2025
Maqsud İbrahimbəyovun 90 illiyi qeyd olunacaq
15:26 13.02.2025
Tramp "Şimal-Cənub" dəhlizini bloklayır
15:21 13.02.2025
AKP "Qəzza Türkiyəyə birləşməlidir" fikrinə münasibət bildirdi
15:11 13.02.2025
Teymur Rəcəbov Azərbaycan çempionatında mübarizəni dayandırdı
14:25 13.02.2025
"Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırır?
14:04 13.02.2025
Rəsmi Moskva ABŞ ilə danışıqların aparmaq üçün qrup yaradır
13:30 13.02.2025
"Sputnik" və BBC-nin Azərbaycan nümayəndəlikləri bağlanır
12:49 13.02.2025
İlyas Yalçıntaş cərimələndi
12:37 13.02.2025
"Avropa Parlamentinin qətnaməsi Gürcüstana qarşı növbəti hücumdur"
12:08 13.02.2025
"ƏDV ödəyicilərinin sayında üç dəfəyə yaxın artım var"
12:07 13.02.2025
HPV peyvəndi pulsuz olacaq
11:46 13.02.2025
"Qalatasaray" - "Fənərbağça" görüşünü əcnəbi hakim idarə edəcək
11:38 13.02.2025
Azərbaycan Ermənistandan tam təzminat tələb edir
11:31 13.02.2025
Tramp Kiyevsiz sülh planı hazırlayır?
10:54 13.02.2025
Keçmiş nazir axtarışa verildi
09:33 13.02.2025
"Onların hamısını alaq otu kimi məhv etmək lazımdır"
09:01 13.02.2025
Belarus səmalarında naməlum PUA-lar uçuşur
07:22 13.02.2025
Süni intellekt həyatımızı alt-üst edəcək?
06:02 13.02.2025
"İsrailin maraqları Azərbaycanı Ermənistanla münaqişədə dəstəkləməyi tələb edir"
05:51 13.02.2025
"ABŞ Quantanamonu geri qaytarmalıdır"
05:36 13.02.2025
"Qudison Park"-da Mersisayd dramı
01:46 13.02.2025
Lars fon Trier xəstəxanaya yerləşdirildi
00:42 13.02.2025
Mondi Trampla görüşəcək
00:06 13.02.2025
"ABŞ Rusiyanı rəqib kimi görür"
22:02 12.02.2025
Ukraynanın Milli Təhlükəsizlik Şurası Poroşenkoya sanksiyalar tətbiq etdi
21:16 12.02.2025
"Alüminium bahalaşsa, plastik butulkalara keçəcəyik"
19:07 12.02.2025
Azərbaycan-Pakistan Ticarət və Sənaye Palatasının açılışı oldu
18:13 12.02.2025
Aİ “missiyası” növbəti dəfə Ermənistan-Azərbaycan sərhədində müşahidə aparıb
18:02 12.02.2025
"Əfv Məsələləri Komissiyasının ilk iclasında 100-dən çox müraciətə baxılıb"
17:35 12.02.2025
"Son beş ildə məişət zorakılığı ilə bağlı müraciətlərin sayı 3,3 dəfə artıb"
17:12 12.02.2025
"Aİ ilə bağlı qanun AİB və Rusiya ilə münasibətlərdə riski artırmır"
17:09 12.02.2025
"Kanada heç vaxt ABŞ-nin 51-ci ştatı olmayacaq"
17:04 12.02.2025
"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"
16:53 12.02.2025
"ABŞ İsraili İrana hücum etməyə təhrik edir"
16:29 12.02.2025
Ukrayna Antiterror Mərkəzinin rəhbəri Rusiya ilə əməkdaşlığa görə saxlanıldı
15:13 12.02.2025
Rusiya Sudanda Hərbi Dəniz Bazası quracaq
14:23 12.02.2025
"Qəzza Türkiyə muxtariyyəti olmalıdır"
13:54 12.02.2025
Ərdoğan İndoneziya Prezidentinə "Togg" hədiyyə etdi
13:45 12.02.2025
Hamısı