“Fransanın tarixinə nəzər salsaq o bir ölkə kimi həmişə imperiya təfəkkürü ilə başqa xalqların üzərində hegomon olmaq prinsipi ilə mövcud olub. Baxmayaraq ki, İkinci Dünya müharibəsindən sonra dünyada beynəxalq təhlükəsizlik arxitekturası formalaşmışıb, Fransa bunu qəbul etməyib. Bu gün Fransa neoimperiya kimi fəaliyyət göstərir.”
Bu fikirləri Ednews TV-ə danışan Azərbaycan Milli Məclisinin Xankəndidən olan deputatı Tural Gəncəliyev bildirib ki, Fransa Cənubi Qafqazda hələ də destruktuv və aqressiv fəaliyyətinə davam edir:
“Misal üçün Ermənistan rəhbərliyi özü də dəfələrlə Azərbaycanla sülh müqaviləsi bağlamağa hazır olduğunu söz ilə də olsa bildirib. Təbii ki, Ermənistana bu sözləri deməyə Azərbaycanın dəmir yumruğu vadar etdi.
Ermənistanın bu sözlərinə rəğmən Fransa hələ də ölkəni müharibəyə sürükləmək istəyir və yeni silahlar göndərir. Bu vəziyyət mənə XIX əsrin Napoleon müharibələrini xatırladır. İndi Napoleonun müharibələrini Makron davam etdirmək istəyir.”
Daha ətraflı videoda: