Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiya Günü münasibətilə Qərb siyasətçilərinə ünvanlanan simvolik videomüraciət yayımlayıb.
EDnews xəbər verir ki, Medvedev "Telegram" kanalında süni intellekt vasitəsilə hazırlanmış qısa videorolik paylaşıb.
Görüntülərdə o, Avropanın bir sıra tanınmış siyasi liderlərinin portretlərini bir-bir götürərək ofis sənəd doğrayıcısına atır.
Videoda Almaniya kansleri Fridrix Merts, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Böyük Britaniyanın Baş naziri Kir Starmerin fotoları nümayiş etdirilir. Şəkillər sənəd doğrayıcıdan keçirildikdən sonra Medvedev kameranın qarşısında dayanır və ekranda Rusiya Günü ilə bağlı təbrik yazısı görünür.
Medvedev paylaşımını qısa, lakin sərt mesajla müşayiət edib:
“Heç bir düşmən Vətənimizin inkişafına və firavanlığına mane ola bilməz”.
Qeyd edək ki, Dmitri Medvedev son illərdə Qərb ölkələrinə qarşı sərt ritorikası ilə seçilir. Onun bu paylaşımı da Moskva ilə Qərb arasında davam edən siyasi gərginlik fonunda diqqət çəkib.
Aysel Hacıyev | EDnews






.jpg)

