Azərbaycan Şahmat Turu” çərçivəsində beşinci yarış görkəmli şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunacaq.
EDnews xəbər verir ki, “Vugar Gashimov Open 2026” beynəlxalq şahmat turniri Vüqar Həşimov Şahmat Fondu, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə keçiriləcək.
Turnir iyulun 24-dən 30-dək Bakı şəhərində baş tutacaq. Yarış çərçivəsində klassik, rapid və blits növləri üzrə mübarizə aparılacaq.
Qeyd edək ki, turnirin ümumi mükafat fondu 30 min AZN təşkil edir.
.jpg)







