Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) aviaşirkətlərə 31 avqusta qədər İran, Livan və İraqın hava məkanına uçuşlar həyata keçirməməyi tövsiyə edib.
EDnews xəbər xəbər verir ki, bu barədə EASA-nın veb saytında qeyd olunub.
"Gözlənilməz hərbi hadisələr, geniş çeşidli silahların və hava hücumundan müdafiə sistemlərinin mövcudluğu və potensial istifadəsi ilə birlikdə, bütün yüksəkliklərdə mülki uçuşlar üçün yüksək risk yaradır", - deyə məlumatda bildirilib.








