ABŞ Prezidenti Donald Tramp NATO sammiti çərçivəsində Ankarada səfərdə olduğu bir vaxtda, uzun müddətdir onun bioloji qızı olduğunu iddia edən Ankaralı Necla Özmen yenidən gündəmə gəlib.
Özmen Tramp üçün xüsusi dizaynda tort hazırlayaraq görüntüləri sosial media hesabında paylaşıb və ABŞ prezidenti ilə görüşmək arzusunu bir daha dilə gətirib.
Xatırladaq ki, Necla Özmenin adı ilk dəfə ictimaiyyətə 2025-ci ilin sonlarında açıqladığı iddialarla məlum olub. O, Ankarada məhkəməyə müraciət edərək Donald Trampın bioloji atası olduğunu iddia edib və DNT testinin keçirilməsini tələb edib. Lakin məhkəmə iddianın kifayət qədər sübutlarla əsaslandırılmadığı qənaətinə gələrək işi rədd edib. Özmen isə qərardan apellyasiya şikayəti verdiyini açıqlayıb.
Özmenin sözlərinə görə, onu böyüdən anası 2017-ci ildə ölümündən əvvəl həqiqəti açıqlayıb. İddiasına əsasən, doğulduğu xəstəxanada amerikalı "Sofiya" adlı qadın tərəfindən ailəsinə verilib və həmin qadın uşağın atasının Donald Tramp olduğunu bildirib. Lakin bu iddiaları təsdiqləyən heç bir rəsmi sənəd və ya DNT nəticəsi indiyədək təqdim edilməyib.
Necla Özmen son həftələrdə Trampın Türkiyəyə səfəri ərəfəsində ABŞ-nin Ankaradakı səfirliyinə məktub göndərərək onunla görüşmək istədiyini də açıqlamışdı.
Donald Trampın hazırda Ankarada olması fonunda sosial şəbəkələrdə əsas müzakirə mövzusu da məhz budur: Necla Özmənin uzun müddətdir arzuladığı görüş baş tutacaqmı?
Aytac | EDnews







