Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində görülən işlərlə tanış olublar

Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində görülən işlərlə tanış olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini iyulun 14-də Ağdam rayonunun Baş Qərvənd kəndində görülən işlərlə tanış olub, Milan Rastislav Ştefanik adına 840 şagird yerlik Baş Qərvənd kənd tam orta məktəb binasının təməlini qoyublar.

EDnews xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Azərbaycan və Slovakiya prezidentlərinə Ağdamın Baş Qərvənd kəndində görülən işlər barədə məlumat verdi.

Baş Qərvənd kəndi Bərdə-Ağdam avtomobil yolunun və Bərdə-Ağdam dəmir yolu xəttinin sağ tərəfində, Ağdam şəhərinin mərkəzindən 18 kilometr məsafədə yerləşir. Uzun illər erməni işğalı altında qalan kənd 2020-ci il noyabrın 20-də azad edilib.

Prezident İlham Əliyev kəndin təməlini 2023-cü il dekabrın 24-də qoyub.

Hazırda kənddə zəruri sosial infrastruktur qurulur, o cümlədən inzibati və xidmət binaları inşa edilir. Burada çoxfunksiyalı inzibati bina, tibb məntəqəsi, tam orta məktəb, uşaq bağçaları olacaq.

Kənddə ümumi uzunluğu 35 kilometr olan avtomobil yolları çəkilir, rabitə sistemi, elektrik, qaz, içməli su və çirkab suların axıdılması şəbəkələri yaradılır. Enerji daşıyıcılarına qənaət etmək məqsədilə Baş Qərvənd kəndində alternativ enerjidən istifadə olunacaq.

Azərbaycan və Slovakiya prezidentlərinə Milan Rastislav Ştefanik adına 840 şagird yerlik Baş Qərvənd kənd tam orta məktəbi barədə də məlumat verildi.

Bildirildi ki, məktəbin ərazisi 3 hektardır. Binada ümumilikdə 35 sinif, texnologiya, hərbi hazırlıq, kompüter otaqları, kitabxana, fizika, biologiya və kimya laboratoriyaları yaradılacaq.

Burada, eyni zamanda, akt və idman zalları, bufet və digər zəruri tədris infrastrukturu olacaq.

Binanın elektrik təchizatını təmin etmək üçün Günəş panellərinin quraşdırılması nəzərdə tutulur.

Məktəbin ərazisində həm şagirdlər, həm də sakinlər üçün qaçış zolağı olan geniş idman meydançası, oyun və istirahət sahələri yaradılacaq, yaşıllıq zolaqları salınacaq.

Azərbaycan və Slovakiya prezidentləri məktəbin təməlini qoydular.

Qeyd edək ki, Baş Qərvənd kəndinin inşasında Slovakiya şirkətləri iştirak edirlər. Kənddə inşa olunacaq məktəb isə Slovakiya tərəfindən Azərbaycana hədiyyə olunur.

Sonra dövlət başçıları kənddə inşa edilmiş evdə yaradılan şəraitlə tanış oldular.

Diqqətə çatdırıldı ki, ümumi ərazisi 480 hektara yaxın olan kəndin tikintisi 2 mərhələdə aparılacaq. Birinci mərhələ 200 hektardan çox sahəni əhatə edir. Bu mərhələdə 3703 nəfərin yaşayışı üçün 851 fərdi ev inşa olunacaq. Evlərdən 170-i ikiotaqlı, 417-si üçotaqlı, 145-i dördotaqlı, 119-u isə beşotaqlıdır.

Xəbər xətti

Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla ÇIXIŞ EDİBLƏR - YENİLƏNDİ
15:09
Avropa Komissiyasının Prezidenti Kiyevə səfər edəcək
15:00
Orta əsrlərin tükənməyə qarşı resepti
14:53
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
14:37
Cənubi Koreya birja möcüzəsi sarsıldı
14:30
Azərbaycan və Slovakiya Prezidentləri Qarabağdan səmimi görüntü paylaşdılar - FOTO
14:20
2026-cı il FIFA Dünya Kubokunda ilk finalçı bu gecə müəyyənləşəcək
14:20
İngiltərə–Argentina yarımfinalı öncəsi təhlükəsizlik həyəcanı
14:15
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində görülən işlərlə tanış olublar
14:12
"ABŞ və İran arasında qarşıdurma uzunmüddətlidir" – Politoloq
14:10
Yaponiyada niyə qadınların imperator olmasına icazə verilmir?
14:00
Ukrayna Rusiyanın ən iri neft emalı zavodlarına zərbə endirib
13:57
Ərdoğandan 15 İyulun 10-cu ildönümü ilə bağlı MESAJLAR
13:50
Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
13:46
SON DƏQİQƏ: Bəndər-Abbasda partlayış səsləri eşidilir
13:42
Masallıda yük maşını yanıb - VİDEO
13:36
BƏƏ həbsdə saxlanılan balıqçılar İrana qayıdır
13:30
Türkiyə millisi Litva sınağı qarşısında: 1/8 finalın rəqibi bəlli oldu
13:30
Babək propspektində YANĞIN SÖNDÜRÜLÜB - YENİLƏNİB
13:25
İsrail-Livan danışıqlarının altıncı raundu bu ölkədə keçiriləcək
13:22
Külək güclənəcək - YAĞIŞ YAĞACAQ
13:17
İlham Əliyevin sosial media hesabında Slovakiya Prezidentinin Şuşa səfəri ilə bağlı videoçarx paylaşılıb
13:15
İyul ayının pensiyaları ÖDƏNİLDİ - YENİLƏNİB
13:12
"Fransa İspaniyaya qarşı oyuna hazırdır" - Didye Deşam
13:10
IV Şuşa Qlobal Media Forumu BAŞA ÇATDI
13:06
“Sabah” cavab matçına çıxır
12:57
Hikmət Hacıyev Şuşada D-8-in nümayəndə heyəti ilə görüşüb
12:45
Xaçmazda avtomobil çaya düşdü - XƏSARƏT ALANLAR VAR - VİDEO
12:34
Milli Məclisin növbədənkənar sessiyası YEKUNLAŞDI
12:29
Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş LƏĞV EDİLİR
12:27
Prezidentlər Şuşada işğal dövründə güllələnmiş büstlərə baxıblar - FOTO
12:24
Lamin Yamal Fransa ilə oyun öncəsi iddialı danışdı
12:20
İlham Əliyevin Şuşada Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB
12:18
"Aviasiya haqqında" qanuna DƏYİŞİKLİKLƏR EDİLDİ
12:12
Qarsa 3 metrlik qar yolları bağladı
12:10
İlham Əliyev: Azərbaycan-Slovakiya münasibətləri güclü tərəfdaşlıq səviyyəsinə yüksəlib
12:09
Azərbaycanda 60 min qadın SEVİNƏCƏK: Pensiyalar...
12:06
Oman sahillərində tankerə hücum edilib
11:54
“Frilanser” anlayışı qanunvericiliyə daxil edildi
11:42
Slovakiya Prezidenti Azərbaycanla birgə layihələrin artırılmasına çağırıb
11:35
İran İŞİD-lə əlaqədə ittiham olunan şəxsləri EDAM EDİB
11:30
ABŞ senatorunun ölümündə Rusiyanın əli olub? - TRAMP AÇIQLADI
11:30
Slovakiya Prezidenti Azərbaycana təşəkkür edib
11:28
Media və Yayım Şurası yaradılır
11:24
Qeyri-rezidentlər üçün YENİ GÜZƏŞTLƏR
11:22
Polşa “Patriot” raketləri Ukraynaya verməyəcək
11:22
Prezident İlham Əliyev Slovakiya dövlət başçısına təşəkkür edib
11:20
Slovakiya Prezidenti: Azərbaycan bu regionun mühüm dövlətlərindən biridir
11:15
Sahibə Qafarova Qətərin sabiq əmirinin dəfn mərasimində iştirak edəcək
11:12
Azərbaycan Prezidenti: Slovakiya Qarabağın bərpasında fəal iştirak edir
11:10
Azərbaycan Prezidenti Emmanuel Makrona təbrik ünvanlayıb
11:08
Milli Məclisdə növbədənkənar sessiyanın son iclası keçirilir
11:02
Hikmət Hacıyev Şuşada Türkiyə nümayəndə heyəti ilə görüşüb
10:50
Yarımfinalın ilk oyununda İspaniya və Fransa milliləri QARŞILAŞACAQ
10:43
Müəllimlərin işə qəbulu üzrə test imtahanı mərhələsi BAŞLADI
10:28
Bakıda 6 ayın qəza STATİSTİKASI
10:25
Lisey və gimnaziyalara müraciət müddəti UZADILDI
10:22
Azərbaycan və Slovakiya prezidentlərinin təkbətək görüşü olub
10:17
Slovakiya Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
10:14
Azərbaycan nefti BAHALAŞDI
10:04
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR