Braziliya Prezidenti Luis İqnasyu Lula Da Sİlva Rusiya Federasiyası Prezidenti Vladimir Putinin "Qələbə Günü" Paradında iştirakla bağlı dəvətinə müsbət cavab verib.
"EDnyus" xəbər verir ki, V.Putinlə telefon danışığı zamanı Lula da Silva Mayın 9-da "Qələbə günü" paradında iştirak etməkdən məmnun olacağını bildirib.
Xatırladaq ki, Lula Da Silva sağlamlığında yaranan problem səbəbilə Oktyabr ayında Rusiyanın Kazan şəhərində keçirilən BRİCS-in Sammitinə səfərini təxirə salmalı olmuşdu.