Ermənistan beynəlxalq səviyyədə tanınan sərhədləri boyunca sərhədçilərinin sayını artırmaq niyyətindədir.
EDnews xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Sərhədçilər Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı bildirib.
“Bizim siyasətimiz ondan ibarətdir ki, beynəlxalq sərhədlərimizin qorunması istiqamətində sərhədçilərimizin iştirakını davamlı şəkildə artıraq. Bu, ölkəmizdə davamlı sülh və sabitliyin qurulması yolunda mühüm bir mərhələdir”, — deyə Paşinyan vurğulayıb.
Qeyd edək ki, Ermənistanın Azərbaycan, Türkiyə, İran və Gürcüstanla quru sərhədləri mövcuddur. Ermənistan sərhədçiləri hazırda Azərbaycan və Gürcüstanla olan sərhədləri qoruyurlar. Türkiyə və İranla olan sərhədlərin mühafizəsini isə Rusiyanın Ermənistandakı Federal Təhlükəsizlik Xidmətinə (FTX) tabe olan xüsusi sərhəd dəstələri həyata keçirir.
Şəms Qasımlı // EDnews