Qurani-Kərimdə müasir elmin dəlilləri

Elm və texnologiya 22:08 14.06.2019
İslam dini VII əsrin əvvəllərində Qərbi Ərəbistanda yaranıb. Allah tərəfindən insanların hidayəti üçün göndərilən İslam, dünyanın ikinci ən böyük və son illər sürətlə inkişaf edən dinidir. Bəzi hesablamalara görə bu gün dünyada 1 milyard, 720 milyona yaxın müsəlman yaşayır. 35 ölkənin əhalisinin çoxu İslama sitayiş edən insanlardır, həmçinin 28 dövlətin rəsmi dini İslamdır. 
Qurani-Kərim İslam dininin müqəddəs və ən əsas kitabıdır. Allahın buyurduğu sözlərdən ibarət olan Qurani-Kərimdə 114 surə və 6236 ayə var. Digər səmavi dinlərə məxsus kitablardan fərqli olaraq, Quran 23 ilə hissə-hissə nazil olmuşdur. 
Qurani-Kərim 1400 il öncə Yer üzünün sonuncu Peyğəmbəri, Mühəmməd Peyğəmbərə (s) Hira mağarasında Allah tərəfindən mələklərindən biri- Cəbrayil vasitəsilə vəhy yolu ilə göndərilib. Ən mükəmməl səmavi kitab hesab olunan Quranın mənası oxumaq, qiraət etmək deməkdir. Fatihə surəsi ilə başlayan Qurani-Kərim Nas surəsi ilə bitir. 
İslamın ən möhtəşəm abidəsi kimi Qurani-Kərim əsrlərdir ki, dünyanı heyran etməkdədir. Çünki bu, ən mükəmməl səmavi kitab özündə dünyanın, yaradılışın bütün sirlərini özündə birləşdirir. Dünya alimləri zaman-zaman bu barədə araşdırma aparıb və bu qənaətə gəliblər ki, Qurani-Kərim elmi həqiqətləri ehtiva edən ilahi bir kitabdır. Məhz elmi əsaslara söykənməsi Qurani-Kərimi digər səmavi kitablardan fərqləndirir, onu kainatın əlçatmaz zirvəsinə yüksəldir. 
Əsrlər bir-birini əvəz etdikcə, elm, texnika və texnologiya inkişaf edib mükəmməlləşdikcə  Qurani-Kərimdəki  hikmət, elmi dərinlik bəşəriyyəti heyrətləndirir, insanın zəkası dərinləşir, onu yeni elmi kəşflərə təşviq edir, bu işdə onun yolunu aydınladır. 
İnkar edilməz bir həqiqətdir ki, kainatı Uca Allah yaradıb. Bunun əksini sübut etməyə belə ehtiyac yoxdur. Çünki heç bir şeyin öz-özünə və heç bir səbəb olmadan yaranması mümkün deyil. Gündəlik həyatımızda buna minlərlə nümunə gətirmək olar. Ətrafımızdakı hər hansı bir şey öz-özünə yarana bilərmi? 
Qurani-Şərifdə də sübut olunur ki, kainatın öz-özünə yaranması mümkün deyil, onu yaradan Uca və Qadir Allahdır. Təlaq surəsinin 12-ci ayəsində belə buyurulub: “Yeddi (qat) göyü və bir o qədər yeri yaradan Allahdır. Allahın hər şeyə qadir olduğunu, Allahın hər şeyə öz elmi ilə ehtiva etdiyini biləsiniz deyə, Allahın əmri onların arasında bütün məxluqata nazil olur”.
Qurani-Kərim bir daha anladır ki, bu kainatı, ucsuz-bucaqsız  dünyanı, sonsuz asimanı, torpaqları, dəniz və nəhəng okeanları, əzəmətli dağları, səmadakı sonsuz qalaktikanı, bir sözlə hər şeyi Allah-Təala yaradıb. Üstəlik Allahın yaratdığı hər şey nizam-intizamlı, gözəl və nöqsansızdır. Bu haqda Qurani-Kərimdə buyurulur: “Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Gözünü qaldırıb bir səmaya bax, heç orda bir yarıq, çatlaq, nöqsan görə bilərsənmi?”
Həqiqətən də hər şeyə qadir Allah-Təaladan başqa heç kəs dünyadakı fenomenləri bu qədər dəqiq nizam-intizamlı yarada bilməz, sonsuz kainatı idarə etməyə qüdrəti çatmaz. Yuxarıda qeyd etdiyimiz kimi, Qurani-Kərim həqiqətləri bu gün öz elmi əsasları ilə dünyanı heyran qoymaqda davam edir. Dünyanın müxtəlif ölkələrində yaşayan və ayrı-ayrı elm sahələrini araşdıran alimlər hər dəfə yeni elmi kəşflər edərkən bu barədə hələ VII əsrdə İslamın müqəddəs kitabı olan Qurani-Kərimdə bəhs edildiyinin şahidi olurlar. 
Bu barədə Qurani-Kərimdə buyurulur: “Biz göyü  qüdrətimizlə yaratdıq və biz onu genişləndirməkdəyik”. Müqəddəs kitabımızda qeyd edilən bu məsələ barədə alimlər yalnız XX əsrin əvvəllərində elmi izah verə bildilər və ötən əsrin ən böyük kəflərindən biri də məhz kainatın genişlənməsi barədə qanun oldu. 
Elmdən də məlum olduğu kimi, bu gün sonsuz kainatda müşahidə etdiyimiz bütün qalaktikalar sistemi metaqalaktika adlanır. Metaqalaktikanın özü də sonsuz kainatın bir hissəsidir. Qalaktikanın hərəkəti onların arasındakı məsafələrin arasıkəsilmədən artmasında özünü bir daha göstərir. Bu bir daha onu göstərir ki, qalaktikalar həm bizdən, həm də bir-birlərindən bütün istiqamətdə uzaqlaşırlar.
Bu gün alimlərin elmi araşdırmaları kimi təqdim olunan bu elmi məsələ 1400 il öncə Quranda dəqiq şəkildə ifadə olunub: “Məgər onlar göyləri və yeri yaratmış və onları yaratmaqdan yorulmamış Allahın ölüləri də diriltməyə qadir olduğunu anlamırlarmı?” Quran-Kərimdəki “göyləri və yeri yaratmış və onları yaratmaqdan yorulmamış” kəlamı kainatın daim hərəkətdə olmaqla genişlənməkdə davam etdiyinin dəlilidir. 
Kainatın genişlənməyə başlamazdan əvvəl özünün lap ilkin mərhələdə nədən ibarət olduğu Quranda dəqiqliklə qeyd olunur. Allah-Təala bu barədə Quranda belə buyurur: “Məgər kafir olanlar bilmirlər ki. Yerlə göy əvvəl bitişik idi? Onları biz bir-birlərindən ayırdıq və bütün canlıları sudan yaratdıq”. 
Bu gün özünün yüksək inkişaf mərhələsinə yetişən elm və texnologiya müqəddəs kitabımızda buyurulan bu məsələnin elmi izahını təsdiqləyir və Qurandakı bu hikmətin qarşısında baş əyməkdən başqa əlacı qalmır. Elm təsdiq edir ki, həqiqətən real kainat genişlənən kainat modelləri ilə yaxşı təsvir olunur. Alimlərin elmi hesablamalarına görə, əvvəllər qalaktikalar orta hesabla indiki vəziyyətlərinə nisbətən bir-birinə yaxın olub. 10-15 milyard il bundan öncə isə kainatda maddənin sıxlığı o qədər böyük, temperatur isə o qədər yüksək olub ki, bu halda maddə yalnız elementar hissəciklər şəklində mövcud ola bilərdi. Elmi əsasa görə, genişlənmə prosesində kimyəvi elementlərin əmələ gəlməsi, tədricən qalaktikaların və başqa obyektlərin formalaşması baş verib. 
Əgər bu gün elm bu həqiqətləri sübut etməyi bacarırsa bu, yerlə göyün əvvəl bitişik olması barədə Qurani-Kərimdə buyurulan Allah kəlamının əyani dəlil-sübutu deyilmi? Elm və texnologiyanın bu gün təsdiq etməyə çalışdığı kainatın bir vaxtlar yalnız elementar hissəciklərdən ibarət olduğunu bir daha təsdiqləmirmi? 
Qurani-Kərimin Bəqərə surəsində buyurulduğu kimi, göyləri və yeri yoxdan yaradan Odur. Allah-Təala bir şeyin yaranmasını istədiyi zaman ona “Ol”-desə o da olar. Müasir dövrümüzdəki əldə edilən elmi kəşflər bir daha sübut edir ki, hər şey məhz Allaha məxsusdur: “Göylərdə və yerlərdə nə varsa hamısı Allaha məxsusdur. Allah hər şeyi öz elmi və qüdrəti ilə ehtiva etmişdir” (Nisa surəsi)
Bir daha sübut olunur ki. Quranda öz əksini tapan Allah kəlamları başdan-başa həyat həqiqətləridir. Qurani-Kərimin qəlbi hesab olunan Yasin surəsinin 38. 39. eləcə də 40-cı ayələri Allah-Təalanın yaratdığı Günəşin, Ayın və ulduzların daim hərəkətdə olduğunu, öz dairələrində dövr etdiklərini buyurur: “Günəş də qüdrət əlamətlərimizdən biri kimi, özü üçün müəyyən olunmuş yerdə seyr edər. Bu yenilməz qüdrət sahibi olan və hər şeyi bilən Allahın əzəli hökmüdür”. Hələ 1400 il öncədən Qurani-Kərimdə göstərilib ki, yerin göyün çevrəsindən çıxaraq kainatı, kosmosu fəth etmək mümkündür. (Ər-rəhman 33)
Dünya elmində böyük uğur qazanan dahi alim İsak Nyutonun adı ilə bağlı olan dünya cazibə qanunu nəticəsində məlum oldu ki, sürətin müəyyən qiymətində cisim cazibə mərkəzi ətrafında çevrə cızır. Elmdə bu, birinci kosmik sürəti və ya dairəsi adlanır. Məhz bu kəşfin köməyi ilə insanın Aya yol açması reallaşdı. 1969-cu ildə Amerika Birləşmiş Ştatlarını (ABŞ) təmsil edən astronavtlar Armstrong, Oldrin və Kolium ilk dəfə Aya uçdular. Bu, böyük bir tarixi hadisənin reallığa çevrilə biləcəyi, göylərin və yerlərin çevrəsindən kənara çıxa biləcəyi barədə müqəddəs kitabımız hələ əsrlər öncə insanlara anladıb. Əl-Fatir surəsində buyurulur: “İki dənizin suyu eyni deyildir. Birinin suyu çox şirin dadlı və içməyə çox rahat, digərinki isə həddindən artıq  şor və acıdır. Onların hər birindən təzə ət, balıq, taxtığınız inci və mərcan kimi bəzəklər çıxardırsınız”. 
Həmin surənin 12-ci ayəsində qeyd edilən məsələ Ər-Rəhman surəsinin 19 və 20-ci ayələrində belə buyurulub: “Suları şirin və acı olan iki dənizi qovuşdurdu. Amma onların arasında bir maneə vardır, bir birinə qarışmazlar”. 22-ci ayədə isə buyurulur ki, "o iki dənizdən inci və mırcan çıxar".
Bütün bu məsələlər barədə dünya alimləri yalnız 1897-ci ildə Qırmızı dənizdə aparılan sualtı tədqiqatlardan sonra elmi fikir yürütməyi bacardılar. Onların səyləri nəticəsində müəyyən  olundu ki, burada su isti və duzludur. Araşdırma zamanı 2100 metr dərinlikdə suxurlar aşkarlandı və məlum oldu ki, bunlar qırmızı, sarı, mavi, çəhrayı  və qəhvəyi rəngdədirlər. Temperatur isə 163 C dərəcədir. Elmi dairələrə o da məlum oldu ki, bu ərazilərdə çoxlu sulfat   ehtiyatları var, eyni zamanda ərazi qiymətli metallarla xeyli zəngindir.
Bu kəşflərdən sonra dünya alimləri müxtəlif zamanlarda Qırmızı dənizdə ardıcıl tədqiqatlar aparmağa başladılar. Bu, nadir  isti və həm də şor olan ammonyaklı yeraltı sahənin çöküntülərinin dibində 10 faiz qızıl, 20 faiz sink, 3 faiz mis, 10 faiz gümüş aşkarlandı. Təxminən 100 ildən çox tədqiqat aparılmasına rəğmən, burada sulfat filizinin əmələ gəlməsinin səbəblərini tapmaq mümkün olmur. Qırmızı dənizdə yaranan sədd şirin, isti və şor suları bir-birilərinə qovuşmağa qoymur. Həqiqətən də bu, qüdrət və kəramət sahibi olan Allahın hökmlərindəndir. 
Qurani-Kərim Əl-Hədid surəsində buyurur: “Biz həddindən artıq möhkəm olan və insanlara fayda verən dəmiri də yaratdıq”. 
Elmə məlumdur ki, yer və göylər əvvəllər bitişik olarkən onların ayrılmasında, eləcə də kimyəvi elementlərin əmələ gəlməsin də bir sıra  proseslər baş verib. Əl-Hicr surəsinin 22-ci ayəsində buyurulur: “Yerdə, göydə elə bir şey yoxdur ki, onun xəzinələri olmasın, lakin biz ancaq ondan lazım olduğu qədər göndəriririk. Onun nə qədər lazım olduğu isə yalnız bizə məlumdur”. Müasir elm də bunu sübut edib. Qurani-Kərim barədə ətraflı bilgisi olan Amerikalı tanınmış alim N. Armstrong müsəlmanların müqəddəs kitabındakı bu ayəsində yazılanlara heyran qaldığını bildirib: "Dəmir bizim yerə xas olmayan, kənardan gətirilən elementdir. O heç bir halda yerdə yarana bilməzdi. Quranı oxuduqca valeh oluram, bu, səmavi kitabdır. Kosmologiya elmi hələ bizə məlum olan 5 planetin Günəşə görə düzülüşlərini, Günəşdən orta məsafələrini, orbitlərinin uzunluqlarını və hərəkətlərinin fırlanma müddətlərini, diametrlərinin uzunluqlarını müəyyən edib. Bununla da Allahın bütün varlıqlar kimi, vaxtı, zamanı da öz qüdrəti ilə yaratmış olduğu təsdiq olunub. Belə ki, əgər Günəşdən orta məsafəsi 58 milyon km. olan Merkuri planeti Günəş ətrafında cəmi 88 gün müddətində dövr edirsə, Günəşdən 150 milyon km. məsafədə yerləşən yer Günəş ətrafına 365 günə, yəni bizim hesablamalarımızla bir ilə dövr edə bilir. Lakin daha uzaqda günəşdən 4 milyard 540 milyon kim. məsafədəki Neptun planeti Günəş  ətrafında 164 il, 32 gün müddətində, 5 milyard 920 milyon km. məsafədə yerləşən Pluton planeti isə 248 il dövr edir. Göründüyü kimi, məsafələr artdıqca müddətlər də dəyişir”.
Bu yaxınlarda Amerikanın Kaliforniya ştatındakı rəsədxanada kainatın indiyə kimi elmi aləmə məlum olmayan yeni ən uzaq obyekti kəşf olunub. Bu, indiyədək Yer planetindən 10 milyard işıq ili uzaqlığında yerləşir. Əgər işığın sürətinin saniyədə 3. 0000000 km. olduğunu nəzərə alsaq, bu məsafənin rəqəmlərə belə sığmadığı aydın görünür. Bütün bunlar isə Qurani-Kərimin Əl-Məaric surəsində buyurulan: “Mələklər və ruh (Cəbrayıl) onun dərgahına dünya ili ilə müqayisədə müddəti əlli min il olan bir gündə qalxar” kəlamının Əl-Həcc surəsinin 47-ci ayəsində buyurulan “Onlar  səni tələsdirib əzabın tez gəlməsini istəyərlər. Allah öz vədinə heç vaxt xilaf çıxmaz. Rəbbinin dərgahında olan bir gün sizin saydıqlarınız (hesabladığınız vaxtın) 1000 ili kimidir”. kəlamlarının müasir elm tərəfindən bir daha təsdiqi sayıla bilər. 
Qurani-Kərimin hərfləri, kəlmə və ayələri elə bir şəkildə düzülüb ki, onun bir hərfini belə yerini dəyişmək mümkün deyil. Yazımızın əvvəlində qeyd etdiyimiz kimi, Qurani-Şərif 23 il ərzində nazil olub. Hər göndərilən ayə Həzrət Peyğəmbərin (s) göstərişi ilə öz yerinə müvafiq yerləşdirilib. Nazil olmasından uzun müddət keçməsinə baxmayaraq, hərflərin kəlmələrə, kəlmələrin ayələrə, ayələrin isə surələrə yerləşdirilməsindəki tərtibin mükəmməlliyi, eyni zamanda surələrin bir-biri ilə əlaqəli olaraq Quranın içərisinə yerləşdirilməsi də oradakı vəhdət və mütənasibliyi ortaya qoyan ecazkarlığın bir nümunəsidir. Tarix boyu onun dili və üslubundan törəyən özünəməxsusluğun anoloji bənzərliyi heç bir səmavi kitabda müşahidə edilməyib. 
Bu gün Qurandakı bu ecazkarlıqdan danışanda klassik əsərlərimizdə də qeyd olunduğu kimi, “onun bütün insanları özünə bənzər bir kitab meydana gətirməkdə aciz qoyması” nəzərdə tutulur. Bu anlayışa görə, Qurani-Kərim bənzərini meydana gətirmə baxımından, bəşər qüdrətinin aciz qaldığı çox yüksək bir mərtəbədədir. O dövrdə üslubca bənzərsiz olan Qurani-Kərim vəhy edilərək həm Kəbə divarından asılan şeirlərin səviyyəsini ortaya qoydu, həm də ərəblərə özünə bənzər bir söz düzümünü meydana gətirə bilməyəcəyini isbat etdi. Onun yüksək ədəbi üslubu qarşısında Həsən bin Sabit, Amr ibn Əkva, Tufeyl ibn Əmir, Əsvəd ibn Səri, Kəb inb Zuheyr kimi bir çox şair və xətiblər baş əyməyə məcbur oldular. Buna baxmayaraq bəziləri o an sırf təslim olmamaq üçün mücərrəd bir iddia kimi (Quranın ifadəsi ilə) “İstəsək biz də buna bənzərini deyə bilərik” (Əl-Ənfal 31) fikrini ortaya atsalar da. Boş iddialarını sübuta yetirə bilmədilər. Bunun müqabilində Allah Quranı-Kərimin dili ilə onun ilahi qaynaqlı bir kitab olduğuna qarşı çıxanlara meydan oxudu, onlardan Qurani-Kərimə bənzər bir kitab gətirmələrini istədi. Ancaq bunu edərkən əvvəlcə: “(Ya Mühəmməd) De ki, əgər (iddianızda) haqlısınızsa, bu ikisindən (Qurandan və Tövratdan) daha doğru yol göstərən bir kitab gətirin, ona tabe olaq!” ayəsi ilə ondan daha üstün bir kitab gətirmələrini təklif etdi. Bunu bacarmayacaqları təqdirdə isə “Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qurana bənzər bir şey gətirmək üçün bir-birinə gömək etsələr, yenə də ona bənzərini gətirə bilmzlər” ayəsi ilə də onların bu səylərinin boşa çıxacağını xüsusi bir vurğu ilə bildirdi. 
Qurani-Kərim bu mərhələdən sonra vəziyyəti daha da sadələşdirdi. Əvvəlcə on surənin, ən sonda isə bir surənin gətirilməsini istədi. Lakin bütün bu tələblər hər dəfə də cavabsız qaldı. Quranda bu barədə belə buyurulur: “Yoxsa müşriklər Quranı özündən uydurdu-deyirlər. Onlara de ki, əgər doğru deyirsinizsə, onu kimi özünüzdən on surə uydurub gətirin və (bu işdə) Allahdan başqa, kimi bacarırsınızsa, onu da köməyə çağırın”. (Hud 13) “Yoxsa: (Peyğəmbər) onu özündən uydurdu-deyirlər. De ki, əgər doğru deyirsinizsə ona (Qurana) bənzər bir surə gətirin və Allahdan başqa, kimə gücünüz çatırsa, onu da (köməyə) çağırın!” (Yunus 38) 
Qurani-Kərimin bu ecazkarlığı qarşısında heç kim onun bir surəsinə bənzərini gətirə bilmədilər. Tarix boyu ona ciddi mənada nəzirə yazılmaması, bundan sonra da yazılmayacağı açıq bir dəlildir. Çünki əsrlərdir ki, alim və filosoflar, şair və ədiblər bu müqəddəs kitabın sehrinə düşərək onun qüdrətini və böyüklüyünü qəbul ediblər. Məsələn. bir dəfə məşhur ərəb filosofu əl-Kindidən (h.260 m.873) Qurani-Kərimə bənzər bir şey yazmasını istəyirlər. o da bəzi hissələrə nəzirə yazacağına söz verir. Lakin aradan uzun bir müddət keçməsinə rəğmən bu işin bacarmayacağını anlayaraq belə deyir: “Allah and olsun ki, mən ona bənzər bir şey yaza bilmədim. Buna heç kimin də gücü çatmaz. Bir dəfə “Qurani-Kərimi açdım və qarşıma “Maidə” surəsi çıxdı. Onun ilk ayəsi əhdə vəfa ilə başlayır, anlaşmaları pozmağı qadağan edir, (ov etməyi) ümumi olaraq halal qılır. Sonra isə istisnanı istisna edir. Daha sonra da qüdrət və hikməti bildirir. Həm də bunların hamısını bir sətirdə vermişdir. Bu cür geniş ifadəni iki sətrə heç kim sığışdıra bilməz.  Belə geniş ifadənin başa salınması üçün cildlərlə əsərin yazılması lazımdır”. 
Ən qüdrətli söz ustaları, filosoflar fikir və ideyalarını təsvir etmə barəsində müxtəlif üslublarının bir  və ya ikisində uğur qazana bilərlər, amma  hər üslubda eyni qüdrəti göstərmək gücündə deyilər. Xüsusi ilə də elmə, əxlaqa, hüquqa və kosmologiyaya aid mövzularda eyni fəsahət və bəlağəti göstərmək hər kəlam sahibinə nəsib olan qabiliyyət deyil. Müqəddəs kitabımız olan Qurani-Kərim isə əhatə etdiyi bütün üslublarda, bütün mövzularda eyni qüdrəti, eyni fəsahəti və bəlağəti qoruyaraq ecazkar mükəmməllik nümayiş etdirir. 
 
Bakı İslam Universitetinin
4-cü  kurs  tələbəsi 
Milli Mənəvi Dəyərlərimizə Dəstək İctimai Birliyinin Mətbuat Rəhbəri
   Ağayeva  Xədicə
 
 
İstifadə olunan ədəbiyyat:
 
1. Üsuli kafi cild 2. s 610
2. Mülk surəsi (Ziya Bünyadov və Vasim Məmmədəliyevin tərcüməsində)
3. Zariyat 43 (Ziya Bünyadov, Vasim Məmmədəliyev) 
4. “Üç nöqtə” qəzeti 5 may 2015-ci il
5. Əhqaf 33
6. Ənbiya 30
7. “Kredo” qəzeti 12 dekabr 2016
 8. Bəqərə 117
9. Nisa 126
10. “Mərkəz” qəzeti 12.10 2010.
11. “Dövlət və din” ictimai fikir toplusu. s. 209
12. “Dövlət və din” ictimai fikir toplusu. s. 211.
13. “Dövlət və din” ictimai fikir toplusu. səh. 208
14. “Hərbi an” 
 
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO

Xəbər xətti

Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
Hamısı