#Azerbaijan həştəqi “Twitter”in dünya trendində 1-ci yerə yüksəlib.
Ednews xəbər verir ki, bu, Zəfər Günü ilə bağlı çoxsaylı paylaşımlar səbəbindən baş verib.
Digər sıralarda isə, #KarabakhisAzerbaijan (tərcüməsi:Qarabağ Azərbaycandır), #Shusha həştəqləri yer alıb.
Qeyd edək ki, bu gün - 8 noyabr Azərbaycanda Zəfər Günü kimi qeyd edilir. Bununla bağlı sosial şəbəkələrdə çoxsaylı təbrik paylaşımları edilir.