Twitter son yeniləməsi ilə diqqət çəkib. Bəzi hesablardakı profil şəkilləri formanı dairədən kvadrata dəyişir.
Bəs, Twitter-də kvadrat profil şəkilləri nə deməkdir? "Twitter Blue for Business" dekabrın 20-də istifadəyə verilib.
Ednews xəbər verir ki, Twitter bu tətbiqi aşağıdakı kimi təyin edir; "Twitter Blue for Business" yalnız seçilmiş biznes qrupu üçün mövcud olan pilot layihədir. Twitter gələn il bu funksiyanı daha çox biznes üçün əlçatan edəcəyini bildirib.
Şirkət hesablarından sonra tezliklə "dövlət" hesablarında da boz rəng işarə olacaq.
Mövzu ilə bağlı Twitter, "Biz bu əlaqəni qurmaqla bizneslərin öz təşkilatları daxilində Twitter vasitəsilə şəbəkə yaratmalarına imkan yaradırıq",- deyə açıqlamasında bildirib. Bu yenilik vasitəsilə şirkətlər artıq öz rəhbərliyini, markalarını, dəstək hesablarını, işçilərini və ya komandalarını özləri ilə əlaqələndirə biləcəklər.
Nəzrin Eldarqızı