TikTok ABŞ-da Qadağan Olunsa...

Elm və texnologiya 11:48 01.04.2025

ABŞ Prezidenti Donald Tramp, TikTokun ABŞ-da qadağan olunub-olunmaması ilə bağlı qərarın verilməsi üçün 5 aprel tarixinə qədər satış razılaşmasının həyata keçirilməli olduğunu açıqlayıb. Yanvarda tətbiqin ABŞ istifadəçilərinə təqdimatı dayandırılıb, çünki yeni qəbul edilən qanuna görə, tətbiq satılmadığı halda qadağan ediləcəkdi.

Bu vəziyyət, TikTokun gələcəkdə ABŞ bazarına daxil olmaq üçün hansı şirkətlər tərəfindən alınacağına dair suallar doğurur. TikTok-un gələcəyi, eyni zamanda ABŞ-ın məlumat təhlükəsizliyi siyasəti və Çinlə gərgin əlaqələrinə bağlıdır. Tətbiqin satışı və qadağan edilməsi ilə bağlı müzakirələr hələ də davam edir, çünki bu qərar yalnız tətbiqin təsirini deyil, həm də ABŞ-ın beynəlxalq münasibətlərini və iqtisadiyyatını da əhatə edir.

TikTok, Trampın seçkiləri qazanmasından sonra yalnız bir neçə gün ərzində yenidən fəaliyyətə başladı. Prezident, tətbiqin satılması və ya qadağan edilməsi məsələsini 75 gün ərzində təxirə salan icra əmri imzaladı. Bu müddət ərzində, texnologiya şirkətləri, məşhurlar və investorlar TikTok-u almaq üçün yarışa başladılar.

Bəs, Tramp ABŞ-da TikToku qadağan etmək qərarını ləğv edib mi ?

İcra əmri, prezidentin qanunla təsdiq etdiyi təlimatdır. Tramp, TikTokun satılması və ya qadağan edilməsi məsələsini,seçkilərdən dərhal sonra,21 yanvarda imzaladı. Ancaq bununla belə, tətbiqin satılması və ya qadağan edilməsi məsələsi hələ də qeyri-müəyyəndir.

Bu, prezidentə, 17 yanvarda TikTokun qadağan edilməsini təsdiqləyən Ali Məhkəmənin qərarına qarşı çıxmaq imkanı tanıyır. Ali Məhkəmə isə qadağanın məqsədini belə izah edib: “Çin, "ByteDance"üzərindəki nəzarətini istifadə edərək ABŞ TikTok istifadəçilərinin şəxsi məlumatlarını ələ keçirməyə çalışır.”

TikTok ABŞ-da yenidən qadağan edilə bilərmi?

Tramp, TikTok-un satılması və ya qadağası ilə bağlı qərarın verilməsi üçün "ByteDance"a 5 aprel tarixinə qədər alıcı tapmaq imkanı tanıyıb. Əgər bu müddət ərzində razılaşma əldə edilməzsə, TikTok ABŞ-da yenidən qadağan edilə bilər və mobil tətbiq sırasından çıxarıla bilər.

Bununla belə,Tramp qanunun tətbiqini dəyişdirə və ədliyyə nazirliyinə onu icra etməmək barədə göstəriş verə bilər. Əgər hökumət, Apple və Google-a TikToku yükləyən istifadəçilərə qarşı cəza tətbiq etməmək barədə məlumat versə, bu, qanunun effektivliyini zəiflədə bilər. Fevralda, TikTok yenidən Google Play Store və Apple App Store-a daxil oldu, çünki onlar bu şirkətlərə tətbiqi saxladıqlarına görə cəza tətbiq edilməyəcəyinə dair təsdiq almışdılar.

ByteDance, uzun müddət TikToku satmağı planlaşdırmadığını bəyan etsə də, Trampın prezidentliyi dövründə bu mövzu hələ də mübahisəli olaraq qalır. Prezident 30 martda jurnalistlərə açıqlamasında, TikToku almağa maraq göstərən bir çox potensial alıcının olduğunu və bu məsələyə yüksək maraq olduğunu vurğulayıb. Mart ayında administrasiyasının bu məsələyə dair dörd fərqli şirkətlə danışıqlar apardığı bildirilib. Tramp, TikTokun ABŞ ilə ByteDance arasında bərabər paylara bölünmüş şəkildə satılmasını təklif edib.

Tramp, TikTokun "Oracle"şirkətinin qurucusu Larri Elison və "Tesla"nın CEO-su Elon Maska satılmasına müsbət yanaşdığını bildirib. Əvvəlki dövrlərdə TikTokun potensial alıcıları arasında milyarder Frank Kort və məşhur investor Kevin Levi də vardı."Reddit"in qurucusu Aleks Ohan, martda 'X 'platformasında Kortun təklifinə dəstək verdiyini açıqlayıb. Bununla yanaşı, dünyanın ən məşhur "You Tuber"i Cimmi Donaldson investorlarla əlaqə saxladığını və TikTokun alınmasında marağını bildirdikdən sonra bu müzakirələrdə iştirak etdiyini vurğulayıb.

Mədinə Məmmədova//EDnews

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

Efiopiyada "ASAN xidmət" açılıb
09:49 21.06.2025
Xərçəngə qarşı qidalar: Onkoloji xəstəlik riskini azaldan SƏKKİZ məhsul
09:33 21.06.2025
FIFA Klublararası Dünya Çempionatı: Pley-offun ilk iştirakçıları bəlli olub
08:21 21.06.2025
İran ABŞ-yə Yaxın Şərqdəki hərbçiləri ilə bağlı xəbərdarlıq edib
05:16 21.06.2025
" Bizim İran İslam Respublikası qarşısında hərbi öhdəliyimiz yoxdur "
18:03 20.06.2025
"İrəliləyişimiz sistemli inkişafın nəticəsidir"
16:44 20.06.2025
" Təhlükəli istiləşmədən yayınmaq üçün cəmi bir neçə ilimiz qalıb"
16:39 20.06.2025
“Abzas Media” işi üzrə həbs olunan şəxslərə hökm oxunub
16:25 20.06.2025
Ceyhun Bayramov və Kaya Kallas İsrail-İran qarşıdurmasını müzakirə edib
15:27 20.06.2025
Orban Ukraynanı Aİ-də görməyi niyə istəmir?
15:24 20.06.2025
Süfrənin Diplomatiyası: Qida və Qlobal Ayrı-Seçkilik
15:00 20.06.2025
"Xəzər regionu üzərində nüvə təhlükəsi yaranıb"
14:43 20.06.2025
ADA böyüyəcək
14:32 20.06.2025
İlham Əliyev UFC-nin prezidentini qəbul etdi
14:30 20.06.2025
Aprel döyüşləri zamanı Ermənistan tərəfindən hərbi əməliyyatlara rəhbərlik etmiş generalların adları məhkəmədə açıqlanıb
14:24 20.06.2025
İsrailin 50 qırıcı təyyarəsi Tehranı bombaladı
14:18 20.06.2025
Qax rayonunun icra başçısına qarşı əməliyyat keçirildi
14:09 20.06.2025
"Müharibəyə son qoymağın yeganə yolu atəşkəsdir"
14:02 20.06.2025
Azərbaycan Çin ilə “Kəmər və Yol” üzrə Əməkdaşlıq Planını təsdiq edib
13:48 20.06.2025
Paşinyan Türkiyədə səfərdədir
13:14 20.06.2025
Azərbaycan güləşçisi dopinqə görə diskvalifikasiya edildi
12:49 20.06.2025
"Sülh müqaviləsini dərhal imzalamağa hazırıq"
12:28 20.06.2025
"Səs mənimdir,sözlər yox" - Süni intellektin təqlid gücü və etik təhlükələr
11:47 20.06.2025
"Terror aksiyası həyata keçirsə, "Hizbullah" olmayacaq"
11:43 20.06.2025
"Ermənistan Qarabağdan imtina etməklə suverenlik qazanıb"
11:40 20.06.2025
İran və İsraildə həlak olanlar arasında Azərbaycan vətəndaşları yoxdur
11:37 20.06.2025
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Məzun günü” keçirilib
11:24 20.06.2025
"Haber Global" İPrezident İlham Əliyevin Kahramanmaraşa səfəri haqqında video-sujet hazırladı
11:18 20.06.2025
Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib
10:54 20.06.2025
Prezidentlər zəlzələdən zərərçəkənlərin evində qonaq oldu
09:15 20.06.2025
Prezidentlər onların evinə getdi
09:04 20.06.2025
" İran nüvə bombası hazırlamırdı"
06:12 20.06.2025
"Britaniya ABŞ-ni İrana zərbə endirməməyə çağırır"
02:39 20.06.2025
Meksikanın şimalında narkotik tuneli tapılıb
02:06 20.06.2025
BMT TŞ-də İran - İsrail münaqişəsi ilə bağlı təcili iclas keçiriləcək
01:03 20.06.2025
"Əməliyyatın məqsədi İran hökumətini devirmək deyil"
20:42 19.06.2025
Prezident İlham Əliyevə “Qarabağın fatehi” dedilər
17:54 19.06.2025
"Şlyapa Zahid"in məhkəmə prosesində yeni təfərrüat üzə çıxdı
17:49 19.06.2025
İranlılar şəhərləri tərk edirlər
17:23 19.06.2025
Alonso rəhbərlikdən yarımmüdafiəçi tələb edir
17:21 19.06.2025
Hamısı