Məktəb direktoru şikayət edən hərbçini hədələdi Başına müsibət açdıracam

Cəmiyyət 16:36 22.09.2017

Bir hərbçi valideyn Milli.Az-a ünvanladığı məktubunda Abşeron rayonu Perekeşkül qəsəbəsindəki hərbi şəhərcikdə yerləşən Əfqan Qadaşov adına tam orta məktəbdən və məktəbin direktoru da daxil olmaqla həmin məktəbin müəllimlərindən şikayət edib:

"Bu məktəbdə aşağıda sadaladığım problemlər valideyn olaraq məni çox narahat edir. Müəllim üçün jurnal almağı, məktəbdə sinif guşəsinin hazırlanması üçün məvacib yığmağı, testlərin şagirdlər tərəfindən "kserokopiya" olunması, məktəbdə olan printerə və ya onun kartriclərinə məvacib yığılmağı şagirdlərə tapşırılır. Təbii ki, bunu da valideyinlər təmin edir və en esası da budur ki, məktəbdə təhsil alan müəllim uşaqları ilə adi uşaqlar arasinda böyuk fərq qoyulur. Mən 20.09.2017-ci ildə həmin məktəbə valideyn iclası adı ilə çağırılmışdım, təbii ki, iştirak etdim. Bütün bunlar barəsində məktəb direktoruna öz şikayətimi bildirdim. Məktəb direktoru Qasımova Turə öz müavininə məni göstərərək "bu adam gəlib mənim əsəblərimlə oynayır," - deyərək hətta mənim şəxsi ləyaqətimə toxunacaq dərəcədə sərt danışdı. Mən bir valideyn kimi bu məktəbdə çox özbaşınalıq gördüm".

Məsələ ilə bağlı adıçıkilən məktəbin direktoru Turə Sadıqovanın da mövqeyini öyrəndik. T.Sadıqova Milli.Az-a açıqlamasında bildirib ki, məktəbdə cəmi 10 faiz mülki şəxslərin övladları təhsil alır, qalanı əsasən hərbçilərin övladlarıdır. Şikayət məsələsinə gəlincə, onun sözlərinə görə, əslində vəziyyət tam başqa cürdür və həmin valideynin şikayətinin də əsasında başqa mətləb durur:

 

"Əvvəla, həmin iclasda mən heç olmamışam. Həmin o hərbçi valideynin isə bizdə iki övladı təhsil alır. Onun övladlarından biri 6-cı, digəri 8-ci sinifdə oxuyur. Keçən mövsüm onlardan birinin qiymətləri arasında bir 4 olduğuna görə "Fəxri Fərman" almayıb. Biz hər il bütün fənlərdən "5" alan uşaqlara "Fəxri Fərman" veririk. Bu da uşaqları həvəsləndirir. Amma "4"ü olana verilmir. Belə olanda uşaq daha çox çalışır yaxşı oxusun ki, növbəti il bütün qiymətləri "5" olsun. Valideyn isə bundan narazı qalıb. O, deyir ki, müəllimlər həmin "4"ü düz yazmayıblar. Mən də ona təklif eləmişəm ki, gəl, komissiya təşkil edək, istəsən, başqa yerdən, məktəblərdən də adamlar çağıraq, həmin müəllim dərs keçsin. Bax, gör, müəllim düzgün qiymətləndirir, ya yox. Valideyn isə bununla razılaşmır. Ona görə də bizim məktəb haqqında belə sözlər deyir. Onun uşağı əvvəlki illərdə hər il "Fəxri Fərman" alıb. Necə oldu? Onda yaxşı adam idim, indi pis oldum?"

Direktor məktəbdə pul yığılması məsələsinə də aydınlıq gətirib: "Bəli, summativ testləri valideynlər özləri çıxarıb gətirirlər. Çünki onların çıxarılması üçün dövlət heç nə ayırmayıb, ya da bir müəllimə də tapşırılmayıb ki, bunu o etməlidir. Hər dəfə bir valideyn summativləri çıxarıb gətirir. Bu heç kimə gizli deyil, bunu hamı hər yanda bilir. O savadlı adam olsa, bilər ki, insanı şərləməyə görə nə qədər iş düşür. Gəlib sübut eləsin ki, mən kimdənsə nəsə almışam, ya da mənə heç olmasa bircə gül verib.
Valideynlər komitəsi var, sinif guşəsini də özləri hazırlayıb gətirib asırlar. Summativləri də valideynlər çıxarıb gətirir. Özümüzün printerimiz də var. Hərdən birinə veririk ki, aparıb kartrici doldurub gətirsin "kserokopiya" üçün. Bunlara görə kimə cinayət işi açırlarsa, qoy açsınlar. Kartrici doldurmaqla valideynlər məktəbə kömək edir. Valideynlərin əksəriyyəti hərbçilər olduğuna görə, çox zaman onlara doldurmağa qoymuram, yeri gələndə bəzən özüm onu doldurtdururam. Bilirsiz ki, kartric tez işlənib qurtarır. Onun da bir dəfə doldurulması 8 manatdır. İndi əgər 8 manat verib kartric doldurublarsa, kimə cinayət işi açırlarsa, açsınlar. Bəlkə dar ağacından asacaqlar? Bəlkə hansısa bayramda mənə bir dəstə gül gətirib? Heç istəmirəm də. Neylirəm gülü? Amma onun düşüncəsi belədir. Sənin uşağına "Fəxri Fərman" verilməyib, buna görə məni asıb kəsirsənsə, gəl kəs. Amma onun ixtiyarı yoxdur ki, müəllimi təhqir eləsin.

Məktəb direktoru qeyd edib ki, həmin hərbçi müəllimi təhqir etdiyinə görə, Şərəf Məhkəməsinə çıxarılacaq: "Müəllimi təhqir etdiyinə görə, akt tərtib eləmişəm, onun hərbi hissə komandirinə göndərəcəm. Onu cəzalandıracam. Hətta onu iş yerindən "perevod" da elətdirəcəm". İndi övladı "4" alıb deyə, deyir ki, dünyanı dağıdacam, sizə komissiya gətirdəcəm. Komissiya da gətir, yoxlatdır. Bəlkə də Azərbaycanda yeganə düzgün məktəb varsa, bu məktəbdir. Azərbaycanda deyirəm, haaa. Yoxlasınlar, müqayisə eləsinlər. Burda dərs gedir, təlim-tərbiyə var, şəffaflıq var. Əgər bir "4"ə görə "Fəxri Fərman" verməmişəmsə, deməli burda şəffaflıq var. Əgər mən rüşvət alan olsaydım, elə alıb qiymət yazardım da. Mənim öz nəvəm burda oxuyur. Bir "4"ü olduğuna görə şəklini "Şərəf Lövhəsi"nə vurmamışam. Hətta öz nəvəmə qarşı da belə etmişəm. İndi mənim kimi adamdan o şikayət edirsə, deməli, o, yolundan çıxıb. Mən indi onun başına müsibət açdıracam. Tapşırmışam, rəisə, onu hərbi hissədə Şərəf Məhkəməsinə çıxaracaqlar. Qoy tədbir görsünlər. İndi uşağı "4" alıb deyə məktəbə pis deyir. Qoy desin".

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

" Bizim İran İslam Respublikası qarşısında hərbi öhdəliyimiz yoxdur "
18:03 20.06.2025
"İrəliləyişimiz sistemli inkişafın nəticəsidir"
16:44 20.06.2025
" Təhlükəli istiləşmədən yayınmaq üçün cəmi bir neçə ilimiz qalıb"
16:39 20.06.2025
“Abzas Media” işi üzrə həbs olunan şəxslərə hökm oxunub
16:25 20.06.2025
Ceyhun Bayramov və Kaya Kallas İsrail-İran qarşıdurmasını müzakirə edib
15:27 20.06.2025
Orban Ukraynanı Aİ-də görməyi niyə istəmir?
15:24 20.06.2025
Süfrənin Diplomatiyası: Qida və Qlobal Ayrı-Seçkilik
15:00 20.06.2025
"Xəzər regionu üzərində nüvə təhlükəsi yaranıb"
14:43 20.06.2025
ADA böyüyəcək
14:32 20.06.2025
İlham Əliyev UFC-nin prezidentini qəbul etdi
14:30 20.06.2025
Aprel döyüşləri zamanı Ermənistan tərəfindən hərbi əməliyyatlara rəhbərlik etmiş generalların adları məhkəmədə açıqlanıb
14:24 20.06.2025
İsrailin 50 qırıcı təyyarəsi Tehranı bombaladı
14:18 20.06.2025
Qax rayonunun icra başçısına qarşı əməliyyat keçirildi
14:09 20.06.2025
"Müharibəyə son qoymağın yeganə yolu atəşkəsdir"
14:02 20.06.2025
Azərbaycan Çin ilə “Kəmər və Yol” üzrə Əməkdaşlıq Planını təsdiq edib
13:48 20.06.2025
Paşinyan Türkiyədə səfərdədir
13:14 20.06.2025
Azərbaycan güləşçisi dopinqə görə diskvalifikasiya edildi
12:49 20.06.2025
"Sülh müqaviləsini dərhal imzalamağa hazırıq"
12:28 20.06.2025
"Səs mənimdir,sözlər yox" - Süni intellektin təqlid gücü və etik təhlükələr
11:47 20.06.2025
"Terror aksiyası həyata keçirsə, "Hizbullah" olmayacaq"
11:43 20.06.2025
"Ermənistan Qarabağdan imtina etməklə suverenlik qazanıb"
11:40 20.06.2025
İran və İsraildə həlak olanlar arasında Azərbaycan vətəndaşları yoxdur
11:37 20.06.2025
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Məzun günü” keçirilib
11:24 20.06.2025
"Haber Global" İPrezident İlham Əliyevin Kahramanmaraşa səfəri haqqında video-sujet hazırladı
11:18 20.06.2025
Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib
10:54 20.06.2025
Prezidentlər zəlzələdən zərərçəkənlərin evində qonaq oldu
09:15 20.06.2025
Prezidentlər onların evinə getdi
09:04 20.06.2025
" İran nüvə bombası hazırlamırdı"
06:12 20.06.2025
"Britaniya ABŞ-ni İrana zərbə endirməməyə çağırır"
02:39 20.06.2025
Meksikanın şimalında narkotik tuneli tapılıb
02:06 20.06.2025
BMT TŞ-də İran - İsrail münaqişəsi ilə bağlı təcili iclas keçiriləcək
01:03 20.06.2025
"Əməliyyatın məqsədi İran hökumətini devirmək deyil"
20:42 19.06.2025
Prezident İlham Əliyevə “Qarabağın fatehi” dedilər
17:54 19.06.2025
"Şlyapa Zahid"in məhkəmə prosesində yeni təfərrüat üzə çıxdı
17:49 19.06.2025
İranlılar şəhərləri tərk edirlər
17:23 19.06.2025
Alonso rəhbərlikdən yarımmüdafiəçi tələb edir
17:21 19.06.2025
İsrail Məşhədi "vurdu"
17:06 19.06.2025
İtaliya ABŞ-yə öz bazalarını təklif edə bilər
17:01 19.06.2025
Bolqarıstanın İrandakı səfirliyi Azərbaycana köçürülüb
16:47 19.06.2025
Sökülən binalarda evlər hansı üsulla qiymətləndirilməlidir? -Ekspert Danışdı
16:37 19.06.2025
Hamısı