“Qismətimizdə yarımçıq sevgi yaşamaq var imiş” Şəhid zabitin xanımı - FOTOLAR

Cəmiyyət 17:44 10.01.2018

Şəhidlər qürur, and yerimizdir. Bu qəhrəmanlar vətən, xalq uğrunda əbədiyyətə qovuşublar, bizimsə onları unutmağa heç bir haqqımız yoxdur...

Budəfəki müsahibimiz “Aprel döyüşləri”ndə şəhid olmuş zabit Elvin Namazovun həyat yoldaşı Nuranə Namazovadır.

Qısa arayış: Elvin Məmməd oğlu Namazov 1990-cı ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub. 2007-cı ildə Zahid Məmmədov adına Yuxarı Salahlı kənd orta məktəbini bitirən Elvin Namazov 2008-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2012-ci ildə həmin ali məktəbi leytenant rütbəsi ilə bitirən Elvin, 2016-cı ildə baş leytenant rütbəsi alıb. Həmin ilin aprelində cəbhədəki şiddətli döyüşlər zamanı şəhid olub.

Elvin Namazov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edildi.


Şəhidin həyat yoldaşı Nuranə Namazova deyir ki, Elvinlə münasibətləri böyük sevgi üzərində qurulub.
 

“Qismətimizdə yarımçıq sevgi yaşamaq var imiş”
 

“Elvinlə 2011-ci ildə tanış olduq. Tanışlığımız 3 ilə qədər davam etdi. O zamanlar Elvin kursant idi. Bakıda ali hərbi təhsil alırdı. Mən isə ali məktəbə hazırlaşırdım. Kursa gedib-gələndə Elvin məni görmüşdü. Elə o vaxtdan yavaş-yavaş münasibətlərimiz yaranmağa başladı. Sonra ailələrimiz bu sevgidən xəbər tutdu. İlk vaxtlarda ailələrimiz tam razı deyildi. Elvin qazaxlı, mən isə ağdamlı idim. Amma biz Bakıda yaşayırdıq. Ailələr bir-birini tanıyandan sonra bu evliliyə razılıq verdilər. 2014-cü ildə nişanımız oldu və bir müddətdən sonra ailə həyatı qurduq. Bizim tanışlığımız Allahın bir qisməti idi. Biz doğulmazdan qabaq qismətimiz belə yazılıbmış: Vaxt gələcək biz tanış olacağıq, ailə quracağıq və bu sevgi, bu münasibət yarımçıq qalacaq. 
Nişan mərasimində Elvin iştirak edə bilməmişdi. Həmin gün kursda idi. Onu nişanına buraxmamışdılar”.
 

“Bilsəydim, onu hərb işindən uzaqlaşdırardım”
 

Nuranə Namazova heç vaxt hərb işinin çətinliyi barədə düşünmədiyini deyir.

“Ümumiyyətlə, hərb sahəsi çox məsuliyyətli işdir. Biz müharibə şəraitində yaşadığımıza görə bu daha çətindir. Atəşkəs tez-tez pozulur. Hər an itirmək qorxusu ilə yaşayırıq. İstənilən hərbçi ailəsi həyəcan içində yaşayır. Daim fikirləşirlər ki, bu gün təlimə, ya da döyüşə göndərdiklərimiz sağ-salamat geri qayıtmaya bilər. Biz nişanlı olanda Elvin Xüsusi Təyinatlı Qüvvələrə daxil olmağa hazırlaşırdı. Bu, onun ən böyük arzusu idi. Hətta, mənə deyirdi ki,  “çoxlu dua elə, mən bu kursu keçim. Allah sənin dualarını tez eşidər”. Çox əziyyət çəksə də, arzusuna çatdı. Hər dəfə təlimlərə gedəndə narahat olurdum.
Bir neçə dəfə təlimdən qayıdan zaman ona suallar vermişdim. Elvin isə “mənə işimlə bağlı suallar vermə. Hərbçi heç vaxt işi barədə danışmaz” deyirdi. Düzdür, həmişə mən narahat olmayım deyə, çox da danışmırdı. Heç bilməzdim ki, Elvin işini bu qədər çox sevir. Bilsəydim, onu hərb peşəsindən uzaqlaşdırardım.

 2015-ci ildə bir aylıq təlimə getmişdi. Getməzdən qabaq dedi ki, “qardaşım gəlib səni rayona aparsın”. Mən də razı oldum. Elvini təlimə yola salanda səhər vaxtı idi. Qapıdan çıxanda geri döndü və gəlib məni qucaqladı. Hətta pəncərədən baxanda mənə əl də salladı. Bir həftəlik təlim çox ağır keçmişdi. Onun döyüş yoldaşları arasında şəhid olanlar da vardı. 
Rayonda olanda yuxu gördüm. Həmişə deyirdi ki, “mən sənə zəng vurmayana qədər zəng etmə. Özüm əlaqə saxlayacam”.  Səhəri mənə zəng eləyib əhvalımı soruşdu. Ardınca “bu aralar yuxunu qarışdırmamısan?!” –deyə soruşdu. Mən də yuxuda onu çox yaxşı gördüyümü söylədim. Elvin isə cavabında yuxuların əksinə olduğunu bildirdi. Heç demə, o, ağır döyüş tapşırığını yerinə yetirib qayıdırmış”. 
 

Sonuncu gediş... Sonuncu görüş
 

Şəhidin xanımı sonuncu görüşlərini ürək ağrısı ilə xatırlayır.

“2016-cı ilin Novruz bayramını Qazaxda keçirmək istəyirdik. Elvinin işlərinə görə alınmadı. Martın 21-də bayramı Bakıda keçirtdik. Martın 27-də Elvinin anası bizə gəldi. Evdə çox yaxşı vəziyyət alınmışdı. Amma Elvin ayın 28-i təlimə gedəcəyini dedi və əşyalarını toplamağımı xahiş etdi. Sonra təlimin alınmadığını söyləyib geri qayıtdı. 
Martın 30-da təlimə getdi və bu, sonuncu gediş oldu. Mənə döyüş  barədə heç nə demədi. Martın 30-u və 31-i telefon əlaqəsi saxladıq. Aprelin 1-i günü isə axşam saat 11-də mənimlə sonuncu telefon əlaqəsi yaratdı. Biz hərbi şəhərcikdə qalırdıq. Əlaqə saxladığım hərbçi xanımları vardı. Hər biri həyat yoldaşlarının əlaqə saxladıqlarını söyləyirdi. Aprelin 2-dən başlayaraq Elvinin zəng etməməsinə görə narahat olmağa başladım. Heç kəs döyüş barədə danışmırdı. Hamı deyirdi ki, onlar təlimə gedib. Həmin vaxtlarda  evdə tək idim. Elvinin mənə zəng etməməsi qəribə gəlirdi. Axı, o, həmişə məni axtaran olub.

Aprelin 1-də axşam mətbəxdə qabları yuyurdum.Telefonum da yataq otağında idi. Dərhal otağa qaçdım. Zəng edən Elvin idi. Səsimdən həyəcanlı olduğumu hiss etdi. “Qorxma. Ayın 3-ü mütləq gələcəm. Əgər alınmasa, uzağı aprelin 5-nə qədər gələcəm. Sən ağlama. Sən ağlasan, mən nigaran qalacam” söylədi. Sonuncu zəngimizdə Elvin çox ümidli idi. “Mən olmasam..” sözünü dilinə gətirmədi. Ancaq qayıdacağını deyirdi”. 
 

“Məni bir neçə gün Elvinin sağ olduğuna inandırdılar”
 

İnsan sevdiyini həmişə ümidlə gözləyir. Nuranə Elvinin yolunu səbirsizliklə gözlədiyi məqamda şəhid xəbərlərindən qorxmağa başlayıb. Ancaq onu inandırıblar ki, Elvin sağ-salamatdır...

“Aprelin 1-dən sonra hərbi şəhərcikdə hamımız şəhid xəbərlərindən narahat olmağa başladıq. Fikirləşdik ki, cəbhədən 12 şəhid xəbəri gəlibsə, deməli, vəziyyət çox pisdir. Nəsə qızlar müharibə söhbəti eləməyə başlayanda müharibənin ola bilməyəcəyini, təlimə getdiklərini dedim. Mənə heç nədən xəbərimin olmadığını söylədilər. Nə isə, gözlədik. 
Aprelin 3-də narahatlığım artmağa başladı. Arada zəng vursam da, telefonuna zəng çatmırdı. Səhər saat 10-da əmisi oğluna zəng vurub şəhid xəbərlərinin gəldiyini bildirdim. Hər addımbaşı mənə “narahat olma” deyirdilər. Hətta atamgil yanıma gəlmək istəsələr belə, icazə vermədim. Qaynanamgil də telefonlarıma cavab vermirdilər. Sonra qaynatamla əlaqə saxlayanda Elvinin yaralı olduğunu söylədi. Elvinin yaralı olmasına inanmadım. Çünki onun döyüş dostunun xanımı mənə dedi ki, Elvin deyib ki, “Nuranəyə deyin, narahat olmasın, yaxşıyam. Özüm əlaqə saxlayacam”. 
Amma məni aldadırmışlar. Mənim bilməyimi istəmirmişlər. Elvin artıq şəhid olmuşdu. Uzun söhbətdən sonra Elvinin yaralı olduğuna inandım. 
Sonra atam gedib hərbi xəstəxanaya baş çəkdi. Ona orada Elvin adında yaralı hərbçinin olmadığını deyiblər. Mən də bu xəbərə elə sevinirdim ki!... 
Atam mənə zəng edib Elvinin ayağından yüngül yara aldığını və buna görə qorxmamağımı söylədi. Halbuki, atam Elvinin şəhid olduğunu bilirmiş. Məni aldadıb Elvinin Gəncədə hərbi xəstəxanada olması adı ilə Qazaxa gətirdilər. Gəncəyə çatanda gördüm ki, atamın xəstəxanaya girmək fikri yoxdu. Dərhal məni fikrimdən yayındırmaq  üçün əmisioğluna zəng elədi. O da Elvinin yanına adam buraxılmadığını söylədi. Bu yolla məni Qazaxa apardılar.  Artıq Qazaxa çatanda gözlərimə inanmadım. Darvazadan içəri girəndə qaynanamın qışqıraraq ağladını eşitdim.

Elvin şəhid olarkən 5 gün neytral ərazidə qalmışdı. Onun tabutu evə gətirilənə qədər şəhid olmağına inanmırdım. Çünki Elvin sağ qayıdacağına söz vermişdi. Elə bilirdim ki, o, ölə bilməzdi”.



“Əllərimlə onun cəsədinə toxundum, soyuq deyildi”
 

Nuranə Namazova deyir ki, Elvinlə o, valideyn də ola bilmədilər.

“10 ay evli qaldıq. 2 aylıq hamilə idim. Uşaq tələf oldu. Uşağın tələf olması həmin vaxtlara təsadüf etməsə də, uzaq tarixdə də baş verməmişdi. Elvin çox pis olmuşdu. Bir gün özünə gələ bilməmişdi. Elvin şəhid olanda aylarla özümə gəlməmişdim. Həkimlərin uzunmüddətli müayinəsindən sonra yavaş-yavaş özümə gəldim. Amma heç vaxt intihar etmək barədə düşünmədim. Çünki bunun günah olduğunu bilirəm. Həm intihar etsəm Elvinin yanına getməyəcəm. Heç o da geri qayıtmayacaq. Amma Elvinin ölməsinə hələ də inana bilmirəm. 
Onun tabutunu gətirəndə səhər saat 9-10 arası olardı. Dirəşdim ki, onun tabutu açılmalıdır. Bilsəydim ki, həmin an məni öldürəcəklər, yenə də tabutu mütləq açdıracaqdım. Çünki neçə vaxt idi ki, gözlərim yolda qalmışdı. Elvinin tabutu açılanda məndə qəribə hiss yarandı. Çünki Elvinin üzündə bir təbəssüm vardı. Dodaqları gülürdü. Hələ də içimdə bir şübhə var. Bəlkə də, Elvini yalandan apardılar. Heç onu dəfn də etməyiblər. Eləcə harasa aparıblar. Çünki insan dünyasını dəyişəndə rəngi ağarır. Amma Elvinin rəngində heç bir dəyişiklik yox idi. Öz rəngi idi. Əllərimlə ona toxundum. Amma soyuqluq hiss etmədim. Üstəlik tabut açılanda maraqlı bir qoxu hiss etdim.  İndiyə kimi elə bir qoxu hiss etməmişəm. Ona görə də onun ölümünə inanmıram. O, sağdır...”.
 

Yataq otağından məzarlığa boylanan kədərli gözlər
 

Nuranə Namazova bircə bu suala cavab vermək istəmirdi. Ağlaya-ağlaya “o, sualı mənə verməyin” dedi. Amma o sualın cavabı da bizi çox yandıracaq. İçimiz qovrulacaq.

“Elvinsiz ata-anasının yanında necə qaldığımı soruşursuz. Düzü, bu suala cavab vermək mənə çox çətindir. Bilirəm ki, nə Elvin var, nə də ondan yadigar bir uşağımız. Amma mən tək onunla yaşadığımız evdə qalıram. Bilirsiz, bir vaxtlar Elvinlə yaşadığımız yataq otağımızın pəncərəsi indi Elvinin məzarına baxır. Hər axşam onun məzarı üzərində dalğalanan 3 rəngli bayrağımıza baxıram, Elvinin məzarına boylanıram. Onu necə tək qoyub gedə bilərəm?! Həm Elvinin ata-anası mənə çox doğma insanlardır. Onlar mənə gəlin kimi yox, qızları kimi baxıblar. Heç atam-anam da mənə deməyib ki, “çıx gəl evimizə”. Belə şey ola bilməz. Çünki ata-anam bilir ki, Elvinə yaxın olmaq mənə daha rahatdır.

İnsan nə qədər məzarlığa gedər axı!  Adi vaxtlar olsaydı, məzarlığa getməyə qorxardım. İndi isə qəbiristanlığa gedəndə elə bilirəm ki, hansısa saraya, imarətə gedirəm. Mənə xoş təsir bağışlayır. Dəfələrlə olub ki, məzarlığa gedəndə ilanlar qarşımıza çıxıb, amma bu da məni qorxutmayıb. Çünki Elvinim orda uyuyur...”. 

İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO

Xəbər xətti

Türkiyənin Müdafiə Nazirliyi: Azərbaycan və Gürcüstanın iştirakı ilə birgə hərbi təlimlər keçirəcəyik
14:00 09.05.2024
Türkiyə COP29-da iqlim dəyişikliyi ilə bağlı "yol xəritəsi"ni açıqlayacaq
13:40 09.05.2024
PSJ baş məşqçisi ilə bağlı qərar verib
PSJ baş məşqçisi ilə bağlı qərar verib
13:20 09.05.2024
Ərdoğan: Aİ Türkiyə ilə əlaqələrə zərbə vura biləcək siyasətdən imtina etməlidir
13:00 09.05.2024
Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib, yeddi polis saxlanılıb
12:40 09.05.2024
İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO
12:20 09.05.2024
“İrana qarşı müharibə başladıla bilər...” – Türkiyəli Politoloq
12:00 09.05.2024
Moskvada Qələbə paradı keçirilir
Moskvada Qələbə paradı keçirilir
11:50 09.05.2024
Bu mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü veriləcək – SİYAHI
11:35 09.05.2024
Bəzi ərazilərə yağış, Şahdağa qar yağıb - Faktiki hava
11:30 09.05.2024
Bu şəxslərə 2000 manat ÖDƏNİLDİ – RƏSMİ
11:15 09.05.2024
İsrail XİN-in siyasi direktoru Həzi Aslanovun abidəsini ziyarət edib
11:01 09.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
10:45 09.05.2024
Onlayn alış-verişlə bağlı dələduzluq edən 21 yaşlı gənc SAXLANILDI
10:30 09.05.2024
Bayden ABŞ-ın İraq və Əfqanıstanla bağlı səhvlərini ETİRAF ETDİ
10:15 09.05.2024
İkinci Dünya Müharibəsinin iştirakçısı: "Sevincimdən özümü ikinci mərtəbədən atdım" - MÜSAHİBƏ
10:00 09.05.2024
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
09:45 09.05.2024
Mehriban Əliyevadan Faşizm üzərində Qələbə Günü ilə bağlı PAYLAŞIM
09:30 09.05.2024
Diabet xəstələri üçün olan qidalar niyə bahadır?
09:15 09.05.2024
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
09:00 09.05.2024
Qubada çörək sexində yanğın olub
06:40 09.05.2024
Lukaşenko: “Afrika Qərb müstəmləkəçiliyindən bezib, bizə ehtiyacı var”
05:15 09.05.2024
Biləsuvarda Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin konserti olub
04:54 09.05.2024
UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib
03:52 09.05.2024
KİV: Ermənistan KTMT üzvü olaraq qalır
02:11 09.05.2024
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
01:22 09.05.2024
9 May - Faşizm üzərində Qələbə günüdür
00:01 09.05.2024
Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib
23:55 08.05.2024
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
23:29 08.05.2024
Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib
22:53 08.05.2024
Hikmət Hacıyev və BMT Baş katibinin köməkçisi iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyəti müzakirə edib
22:46 08.05.2024
İsrailli diplomat: Azərbaycanda yəhudilərin azadlıq və bərabərliyini görmək ürəkaçandır
22:43 08.05.2024
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
22:32 08.05.2024
Türkiyə səfiri Rəsulzadə adına liseyin şagirdlərini qəbul edib
22:22 08.05.2024
Paşinyan AİB-ni birlik ölkələrinin milli maraqlarını nəzərə almağa çağırıb
22:00 08.05.2024
Aİ səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin müsadirə edilməsi barədə qərar qəbul edib
21:44 08.05.2024
Ermənistanın Ombudsman Aparatı İrəvandakı mitinqlə əlaqədar fövqəladə rejimdə işləyəcək
21:20 08.05.2024
“Le Figaro”: Azərbaycan-Ermənistan sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər
21:10 08.05.2024
Hərbi xidmətdən yayınmağa şərait yaradan vəzifəli şəxsin məhkəməsi başlayır
21:00 08.05.2024
Bakıda və rayonlarda intensiv yağış yağıb, temperatur aşağı düşüb - FAKTİKİ HAVA
20:50 08.05.2024
Hamısı