"Ramil Səfərovun atası iş yerimə gəlib üzrxahlıq etdi" Vəkil sirrləri açır

Cəmiyyət 08:00 16.08.2019

Tanınmış vəkil, ADİSAD Hüquq firmasının rəhbəri Adil İsmayılov Azərbaycan Silahlı Qüvvələrinin Macarıstanda ömürlük həbs cəzası alan zabiti Ramil Səfərovun işinə qoşulmağının tarixçəsindən yazıb. 

Eurasia Diary vəkil Adil İsmayılovun yazısını təqdim edir:

MƏN NECƏ OPERATOR OLDUM

Bu yazını məhkəmə prosesində baş vermiş və yəqin ki, mənim qədər sizləri də təccübləndirəcək bir olayla başlamaq istəyirəm. Məhkəmə iclaslarından birində dövlət ittihamçısı Veronika Kışş sədrə müraciət etdi ki, zalda məhkəməni müşahidə edənlərdən kimlərsə fotolar çəkir. Onun fikrincə prosesdə yalnız jurnalistlər bunu edə bilər. Bundan sonra sədrlik edən zalda şəkil çəkən azərbaycanlıdan jurnalist vəsiqəsini tələb etdi. Həmin şəxs jurnalist olmasını lakin vəsiqəsini oteldə unutduğunu dedi. Sədrlik edən zalda olan jurnalistlərin vəsiqələrinə baxdıqdan sonra bildirdi ki, məhkəmə prosesində yalnız jurnalist vəsiqəsi olan şəxslər çəkiliş apara bilərlər.

Yazdıqlarım məhkəmənin iclas protokolunda öz əksini tapıb. Yəqin ki, nə vaxtsa bizim məhkəmələr də jurnalistlər üçün bu şəraiti yaradacaqlar. Jurnalistlərdən söhbət düşmüşkən bir xatirəmi də paylaşım. Sonuncudan əvvəlki məhkəmə iclasında ANS-in təsisçisi Vahid Mustafayev iştirak edirdi. O, mənə dedi ki, Ramil Səfərovla müsahibə etmək istəyir, bu mümkündürmü? Vahidin xahişini Səfərovun vəkillərinə çatdırdım.Onlar hakimlə danışıb razılıq aldılar və həmin gün Mustafayev indi çoxlarınızın baxdığı müsahibəni etdi. Vahid Mustafayevin operatoru olmadığından həmin müsahibəni peşəkar kamera ilə mən çəkmişəm. Çəkilişdən qabaq Vahid mənə kameradan necə istifadə edəcəyimi başa saldı. Operatorluğum vəkilliyimə çatmasa da, məncə yazıçılığımdan pis alınmayıb.

DİDƏRGİN "OMON"ÇUNUN ARZUSU

2006-cı ildəki məhkəmə proseslərində bir nəfər daim iştirak edirdi. Onun barəsində yazmağı özümə borc bilirəm. Həmyerlimiz olan bu şəxs məhkəmədən əvvəl mənə yaxınlaşıb özünü təqdim etdi. İdmançı bədən quruluşlu təxminən 35-40 yaşlı bu şəxsin danışdıqlarından məlum oldu ki, o vaxtı ilə macəra axtarışı ilə 20 yaşlarında Qazax OMON-una qoşulanlardan biri olub. 1995-ci ildə OMON hadisələrindən sonra Azərbaycanı tərk edib. 2003-cü ildə saxta pasportdan istifadə etdiyi üçün Budapeştdə həbs olunub. Ramil Səfərov həbs edilən vaxt onunla eyni həbsxanada, hətta eyni mərtəbədə imiş və Səfərova həbsinin ilk dönəmlərində əlindən gələn yardımı edib. Ramil mənə onun dediklərini təsdiq etdi. Vətənindən didərgin düşən 08 dekabr 1973-cü il təvəllüdlü həmin OMON-çu 25 ildir ki, qaçaqdır. Respublika Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində onun barəsində 57-ci maddə ilə cinayət işi başlanaraq axtarışa verilib. Mən vətənə qayıtdıqdan sonra bir neçə dəfə ona kömək etməyə çalışsam da, prokurorluqla olan gərgin münasibətlərim buna imkan vermədi. Adının çəkilməsini istəməyən həmin şəxs bu yazını oxuyandan sonra məni aradı və çox xahiş etdi ki, mümkündürsə yazıda onun vətənə qayıtmaq və yaşlı valıdeynləri ilə görüşmək arzusunu müvafiq qurumlara çatdırım. Adının çəkilməsini istəməməsinin iki səbəbi olmasını dedi, bir özünü reklam etmək istəmədiyi, iki bundan sonra hüquq-mühafizə orqanlarımızın ona kömək etmək əvəzinə tutulmasından ötrü daha intensiv hərəkətə keçəcəyindən ehtiyatlandığı üçün. Mən onun arzusunu paylaşdım. Bilirəm ki, səhifəm hüquq-mühafizə orqanları tərəfindən daim izlənilir. Onların həmyerlimizin arzusunu gerçəkləşdirmək üçün əməli addımlar ataçağına ümidim var. Beləcə bu yazımın da bir vətəndaşımıza faydası olardı...

RAMIL SƏFƏROVLA SONUNCU GÖRÜŞÜMÜZ - HEKAYƏNİN SONU

Nəhayət hamının səbirsizliklə və həyəcanla gözlədiyi gün gəldi. 13 aprel 2006-cı ildə Ramil Səfərov barəsində hökm oxundu. Hakimin oxuduqlarını mənə Anadolu ajansının Budapeştdəki təmsilçisi türk dilinə tərcümə edirdi. Nə cəza verildi sualıma adam "mühebbet verdilər, abi" dedi . "Mühebbet nədi" soruşanda isə ömrünün sonuna kimi həbsxanada olacaq dedi. Vəziyyətimi təsəvvür edə bilərsiniz. Hakimin məhkəmə boyu davranışı bunun əksindən xəbər versə də, mən həqiqətən son dəqiqəyə kimi Səfərova ömürlük həbs cəzası veriləcəyi fikrini yaxın qoymamağa çalışırdım.

Bu bizim Ramil Səfərovla sonuncu görüşümüz oldu. Bakıya qayıdanda məni növbəti sürpriz gözləyirdi. Ramilin atası iş yerimə gəlib üzrxahlıq etdi və ona vəkillikdən kənarlaşdırılmağımın məsləhət görüldüyünü dedi. Məsləhətli don gen olar və haqqımı halal edirəm deyərək həmin gündən sonra bu işdən uzaqlaşdım. Məndən imtinanın səbəbini başa düşmək üçün o dövrdəki fəaliyyətimə nəzər yetirsəniz kifayətdir. 2005-ci iin martında Hacı Məmmədov, iyulunda Zakir Nəsirov həbs edilmişdilər, bu işdə Zakir Nəsirovun və paralel olaraq oktyabr ayından dövlət çevrilişinə cəhd işində təqsirləndirilənlərdən adının çəkilməsini istəməyən birinin vəkili idim. 2006-cı ilin mayında Zakir Nəsirovun işi məhkəməyə getdi. Həmin işlərdəki prinsipial mövqeyim bəzilərinin xoşuna gəlmirdi.

Maraqlıdır ki, o vaxt apardığım bütün işlərdə mənə qarşı təzyiqlər vardı, eyni zamanda müdafiə etdiyim şəxslərə də məndən imtina etmələri üçün təzyiqlər olurdu, bu proses müəyyən fasilələrlə bu günə kimi də davam edir. 2005-2006-cı ildə iki dəfə baş prokurorun birinci müavini, bir dəfə isə özü mənim VK-dan uzaqlaşdırılmağım üçün VK-ya təqdimatlar göndərdilər. Bu az qala mənim vəkillikdən uzaqlaşdırılmağımla nəticələnəcəkdi. Şərhlərdə səslənən sualları ümumiləşdirib cavab olaraq deyim ki, mən bu müddət ərzində 11 dəfə, bundan 4 dəfəsini öz vəsaitim hesabına Budapeştə getmişəm və hər dəfə Ramil Səfərovla görüşmüşəm. 23 noyabr 2004-cü, 8 fevral,10 may, 27 sentyabr, 15 dekabr 2005-ci və 7 mart, 4 aprel, 13 aprel 2006-cı illərdə məhkəmə iclaslarında iştirak etmişəm. Ramil Səfərovun həbsindən sonra pul yığılmasından məlumatım olsa da, cəmi nə qədər pul yığılmasından və hara xərclənməsindən xəbərim yoxdur. Bu işlə bağlı Ramil Səfərovun ailəsindən və heç bir iş adamından pul istəməmişəm və almamışam, əslində pul verən də olmayıb. Verən olsa bəlkə də götürərdim. Bu işdə yardımçı olan insanlar çox olub, söhbət maddiyatdan getmir, hər birinə minnətdaram. Mən vəkillikdən uzaqlaşandan sonra məlum oldu ki, Ramil Səfərovun müdafiəsinə Azərbaycandan iki tanınmış vəkil qoşulub. Bunlardan biri Azərbaycan Vəkillər Kollegiyasının sədri rəhmətlik Azər Tağıyev, o biri isə VK-nın Rəyasət Heyətinin üzvü, hazırda Bakı Apellyasiya Məhkəməsinin hakimi olan İkram Şirinov idi. Mənim üçün çox qəribə idi ki, İkram Şirinov az müddət öncə Rəyasət heyətində mənim vəkillikdən çıxarılmağım təklifini verəndə VK RH-nın 9 üzvündən 8-i lehinə səs vermişdi, bir nəfər əleyhinə səs verən isə Azər Tağıyev idi. ( Bu iclas barədə də nə vaxtsa yazacam). 2007-ci il fevralın 22-də Budapeşt Apellyasiya Məhkəməsində Ramil Səfərovun ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə dair Budapeşt məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmündən verilmiş apellyasiya şikayətinə baxıldı və hökm dəyişdirilmədən saxlanıldı. Müdafiə tərəfi nəyə görəsə bu qərardan kassasiya şikayəti vermədi.

Beləliklə, Səfərov 2012-ci ilin avqust ayına kimi həbsdə qaldı. 31 avqust 2012-ci ildə Səfərov Azərbaycana ekstradisiya olundu və həmin gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə cəza çəkməkdən azad edilərək əfv edildi. Bu barədə fikirlərimi FB-də və KİV-lərdə ətraflı paylaşmışam. Kim istəsə tapa bilər. Sentyabrın 2-də mən gözaydınlığı vermək üçün Biləcəriyə onların evinə getdim. Mən gələndə Ramil və atası evdə deyildilər, tanıdığım başqa kimsə də yox idi.. Məlum oldu ki, Müdafiə Nazirliyinə gediblər. Bir qədər oturub oranı tərk etdim. Arada özümə sual verirəm ki, zaman geri qayıtsa oxşar situasiyada yenə də eyni cür davranardımmı? Cavabım tərəddüd etmədən “HƏ” olur. MƏN hər nə edirəmsə özümə görə edirəm, etmişəm və bundan sonra da edəcəm. Bu işdə iştirak etmiş üç yəhudi barədə yazdıqlarımı bir daha oxumanız məsləhətdi, bəlkə nə vaxtsa hakim haralıdı sualı vermək ağıla da gəlməyəcək, didərgin vətəndaşlarımız vətənə dönəcək . Məndən bu qədər. Həyat prinsiplərim və peşə etikasının imkan verdiyi çərçivədə bu iş barədə xatirələrimi faktları təhrif etmədən paylaşdım. Qiymət vermək sizlikdi. Ola bilsin nə vaxtsa insanlar bir-birinin kitabını oxumağa başlayanda xatirələrimi kitab şəklinə salacam.

Qeyd edək ki, Adil İsmayılovun daha öncəki yazılarını saytımızda dərc etmişik. Həmin yazılarla buradan tanış ola bilərsiniz.

BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

Aİ prezidenti: “İsrailin Rafah sakinlərinin təhlükəli ərazilərə köçürülməsi tələbi qəbuledilməzdir” - FOTO
10:20 12.05.2024
COP29-un Danışıq Qrupu ada ölkələrindən olan yüksək səviyyəli nümayəndə heyətləri ilə görüşüb
10:00 12.05.2024
Bakıda yol qəzasında 4 nəfər xəsarət alıb
09:40 12.05.2024
İngiltərə Premyer Liqası: "Çelsi" autsayderi məğlub edərək "Nyukasl"la xallarını bərabərləşdirib
09:20 12.05.2024
Ukrayna Silahlı Qüvvələri Xarkovun bir sıra mövqelərindən geri çəkildiyini açıqlayıb
09:00 12.05.2024
Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib
00:03 12.05.2024
İngiltərə Premyer Liqası: “Tottenhem” Premyer Liqanı tərk edən “Börnli” üzərində əzmkar qələbə qazanıb
23:40 11.05.2024
Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq
23:23 11.05.2024
Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib
23:00 11.05.2024
Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib
22:40 11.05.2024
Ukrayna Rusiyanın Su-25 qırıcısını vurub
22:22 11.05.2024
Belqorodda ağır yol qəzasında hərbçilər də daxil olmaqla 8 nəfər yaralanıb
22:00 11.05.2024
Fəxrəddin Manafov "Xarıbülbül" festivalı barədə ürək sözlərini bölüşdü - VİDEO
21:30 11.05.2024
Lənkəranda əsas təkandan sonra xırda afterşoklar qeydə alınıb
21:25 11.05.2024
Donetskin atəşə tutulması nəticəsində 9 nəfər ölüb
21:16 11.05.2024
Zeynəb Xanlarova "Xarıbülbül" festivalından danışdı - VİDEO
21:00 11.05.2024
ABŞ səfiri: ADA Universiteti və Vaşinqton Hüquq Kollecinin tərəfdaşlığı akademik dialoqa töhfə verir
20:51 11.05.2024
"Heç kəsin yuxusuna da gəlməzdi ki..." - Polad Bülbüloğlu - VİDEO
20:30 11.05.2024
FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb
20:25 11.05.2024
"Azərbaycan inkişaf möcüzəsi ilə dünyanı heyrətləndirməkdə davam edəcəkdir"
20:09 11.05.2024
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində ilk gənclər konfransı keçirilib
19:55 11.05.2024
"Zəfərimizə layiq bir festival oldu" - Anar Rzayev - VİDEO
19:53 11.05.2024
İspaniyalı jurnalist-fotoqraf: Qarabağda gördüyüm mina təhlükəsi və dağıntılar məni dəhşətə gətirdi
19:43 11.05.2024
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında çıxış edib - VİDEO
19:15 11.05.2024
Azərbaycan qarğıdalı idxalını 34 % artırıb
19:15 11.05.2024
Zəlzələnin hiss edildiyi rayonlar açıqlanıb
19:10 11.05.2024
Azərbaycanda 5,2 maqnitudalı zəlzələ olub
18:56 11.05.2024
İlham Əliyev Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında çıxış edib - VİDEO
18:48 11.05.2024
Luka Modriç mövsümün sonu "Real"dan ayrılacaq
18:29 11.05.2024
Baş nazir: Gürcüstan Aİ ilə bağlı xarici siyasətini dəyişməyəcək
18:00 11.05.2024
Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb
17:34 11.05.2024
BAMF – ın tərəfdaşı Heidi Kühn ABŞ dövlət katibi Entoni Blinken ilə görüşüb - FOTOLAR
17:08 11.05.2024
Makrondan növbəti VƏD: “Aİ Ukraynaya hərbi dəstəyi gücləndirəcək”
17:00 11.05.2024
“Xarıbülbül” festivalına ICESCO-ya üzv ölkələr də qatılıb
16:30 11.05.2024
DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
16:00 11.05.2024
İspaniyalı fotoqraf Qervasio Sançez BAMF-ın qonağı olub - FOTOLAR
15:40 11.05.2024
ICESCO-nun Baş direktoru: Heydər Əliyev Fondu əldə etdiyi nailiyyətlərə görə təbrikə layiqdir
15:30 11.05.2024
Baş direktor: “ICESCO işğaldan azad olunmuş torpaqlara ayaq basan ilk beynəlxalq missiyadır”
15:25 11.05.2024
Prezident: “Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir”
15:23 11.05.2024
İlham Əliyev: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:20 11.05.2024
Hamısı