Sentyabrın 25-də vergi sahəsində dəyişikliklər, habelə mövcud qanunvericilik, vergi inzibatçılığı və xidmətlər barədə əsas məlumat və kommunikasiya alətlərindən biri olan Vergilər Nazirliyinin rəsmi internet saytının yenilənmiş versiyası istifadəyə verilib.
Eurasia Diary xəbər verir ki, yenilənmiş sayt həm dizayn, həm də məzmun cəhətdən əvvəlki versiya ilə müqayisədə daha da təkmilləşdirilib və yeni iniformasiyalarla zənginləşdirilib. İstifadəçi rahatlığını təmin etmək üçün daha müasir proqram təminatlarından istifadə olunub. (qafqaz.infi)