Goranboyda fərdi yaşayış evində təmir zamanı baş vermiş partlayış nəticəsində xəsarət alan Gülçöhrə Əliyevanın vəziyyəti ağır olaraq qalır.
Eurasia Diary "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə Sarov kəndində qeydə alınıb. Hadisə zamanı G.Əliyevanın oğlu Rizvan Əliyev də yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, hadisəyə döşəməyə vurulmuş dolğunun qığılcım nəticəsində partlaması səbəb olub.
***
Goranboyda təmir edilən evdə dolğunun qığılcımla partlaması nəticəsində iki nəfər yanıq xəsarətləri alıb.
“Qafqazonfo”nun verdiyi xəbərə görə, hadisə rayonun Sarov kəndində baş verib. Hadisə nəticəsində ev sahibəsi, 1974-cü il təbəllüdlü Əliyeva Gülçöhrə Teymur qızı və onun oğlu, 1993-cü il təvəllüdlü Əliyev Rizvan Müzəffər oğlu yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.