Yanğında zəhərlənən şəxslərin vəziyyəti ilə bağlı - Nazirlikdən açıqlama | Eurasia Diary - ednews.net

15 Dekabr,


Yanğında zəhərlənən şəxslərin vəziyyəti ilə bağlı - Nazirlikdən açıqlama

Cəmiyyət A- A A+

Səhiyyə Nazirliyi Bakıda çoxmərtəbəli binada baş verən yanğın zamanı tüstüdən boğulan şəxslərin durumu ilə bağlı məlumat yayıb. 

Nazirlikdən Eurasia Diary-ə bildirilib ki, Xətai rayonu Neapol küç. 29/42 m. 79 da mansardın yanması barədə məlumat təcili yardıma saat 01:48-də daxil olub. 

Hadisə yerinə 10 təcili tibbi yardım briqadası göndərilib: "5-i uşaq olmaqla 11 nəfər tüstüdən boğulma ehtimalı ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə çatdırılıb. Xəstələrə lazımi tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıblar".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...